Məhkəmə qərarları › İş №2(062)-2726/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2726/2024

04.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2726/2024 04.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin azaldılması» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəmə tərəfindən müəyyən olunmuş 250 manat alimentin azaldılaraq 150 manat məbləğində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında olan nikah Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Cavabdehlə aralarında keçirilmiş mediasiya prosesinin nəticəsi olaraq xx.xx.2022-ci il tarixdə barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin nəticəsi olaraq birgə nikahlarından xx.xx.2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək anası Cavabdeh yanında saxlanılması, həmçinin Turxanın yetkinlik yaşına çatanadək saxlanılması üçün onun hərbiçi olduğu dövr ərzində 250 manat alimentin Cavabdeh verilməsi barədə razılaşmışlar. O da müddətdən artıq hərbi qulluqçu kimi işlədiyi dövr ərzində hər ay 250 manat aliment ödəmişdir. Lakin xx.xx.2023-cü il tarixdə ehtiyata buraxılmışdır. Bundan sonra o, dövlətdən məvacib almadığı üçün 250 manat aliment ödəyə bilmir. Ona görə də Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-313/2023 saylı qətnaməsinə əsasən ondan hər ay 250 manat alimentin tutularaq cavabdehə verilməsi barədə qətnamə qəbul olunmuş və icra olunması üçün icraya yönəldilmişdir. Lakin o, hal-hazırda işləmir heç bir yerdən gəliri yoxdur. Ona görə də bir uşaq üçün 250 manat aliment ödəyə bilmir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və göstərdi ki, o, hərbiçi olduğu müddətlərdə hər ay uşağı üçün 250 manat aliment ödəmişdir. Hazırda iş olmadığı üçün alimenti ödəyə bilmir. Onun aliment borcu yaranmışdır. O, hazırda 150 manat aliment ödəyə bilər. Ona görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, izahatında bildirdi ki, qanunla müəyyən olunmuş 235 manat aliment ödəməsinə razıdır. Ona görə də, iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-313/2023 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə yaşayışlarından xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçıundan hər ay bir uşaq üçün 250 manat alıment alınaraq Cavabdeh verilməsinə dair barışıq sazişi təsdiq olunaraq məcburi icraya yönəldilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə yaşayışlarından bir övladlarının olması, uşağın ananın yanında qalması, uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə araşdırılması zamanı, o cümlədən ərizəyə əlavə edilmiş hərbi hissə komandirinin əmrindən çıxarışdan müəyyən edilmişdir ki, tərəflər arasında barışıq sazişi bağlanılarkən İddiaçı hərbiçi olmuş, lakin sonradan o həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq işlərini və vəzifəsini təhvil vermiş hesab edilmişdir. Hazırda isə iddiaçının başqa sahədən əvvəlki qədər qazancının olmasını təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. İşdən görünür ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra İddiaçı maddi vəziyyətində dəyişiklik olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, alimentin miqdarı azaldılaraq 200 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-313/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı azaldılaraq 200 manat müəyyən edilməli və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla hər ay 200 manat məbləğində aliment İddiaçı alınaraq Cavabdeh verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-313/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı azaldılaraq 200 manat müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla xx.xx.2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat məbləğində aliment İddiaçı alınaraq Cavabdeh verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar