Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-274/2025 15.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədov Samir Zöhrab oğlunun katibliyi, İddiaçı Cavabdeh və cavabdehin nümayəndəsi (anası) X1 iştirakı ilə İddiаçı İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dаir mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz Rayon Məhkəməsinin 2(062)-650/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qət edilmiş aliment məbləğinin azaldılmasına, hər uşağa görə 100 manat aliment müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2018-ci ildə evlənib ailə qurmuşlar. Birgə nikahdan Onur və Uğur adlı uşaqlar dünyaya gəlmişdir. Aralarında olan narazılığa görə ayrılmışlar və uşaqlar anasının yanında saxlanılmışdır. Uşaqların böyüyüb tərbiyə olunması hər uşağa görə 170 manat aliment ödənilməsi qət edilmişdir. Müharibə veteranıdır və ailəlidir. Aldığı xəsarətə görə əməliyyat olunmalıdır. Açıq kəllə-beyin travması almış və yaxın günlərdə kəllə sümyünün plastiklə əvəz olunması ilə bağlı əməliyyat olunacaqdır. Məhkəmənin qətnaməsi ilə təyin edilmiş 340 manat alimenti ödəyə bilməyəcək. İkinci Qarabağ müharibəsində aldığı xəsarətə görə başqa işlə məşğul olmağa həkim icazə vermir. Bu səbəbdən fiziki işlə məşğul ola bilmir. Aldığı pensiya 500 manata qədərdir. Həmin pulu öz müalicəsinə sərf etməlidir. Ona görə də hesab edir ki, onun maddi vəziyyətinə, aldığı xəsarətə və fiziki qüsuruna görə aliment məbləği azaldıla bilər. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, aldığı pensiyanın böyük hissəsini müalicəsinə sərf edir, qalan 200 manatı aliment kimi ödəyə bilər. Aliment təyin edilməsi ilə bağlı qətnamə qəbul edildikdən sonra atası və qardaşı dünyasını dəyişmişdir. Ailənin maddi ehtiyaclarının qarşılanması atası tərəfindən həyata keçirildiyi üçün hazırda maddi çətinlik çəkir. Qardaşının ailəsinə də hazırda o, baxır. Həmçinin səhhəti ilə bağlı hazırda həkim tərəfindən 650 manat dəyərində dərman müalicəsi təyin edilmişdir. Ona pensiya müalicəsinə sərf etməsi üçün verildiyindən həmin məbləğdən aliment tutulması yolverilməzdir. Həmçinin, hesab edir ki, cavabdeh ona uşağın saxlanması üçün aliment kimi ödədiyi pulu uşaqların ehtiyaclarına sərf etmir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, iddiaçının tələb etdiyi miqdarda, yəni 100 manat alimentlə uşağın saxlanması mümkün deyildir. Ona görə də diddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 bildirmişdir ki, həm uşaqlar, həm də qızı xəstədir. Təyin edilmiş aliment ehtiyaclarına bəs etmir. İddianın təmin edilməməsini xahiş edir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Tovuz rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 506639 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 (atası İddiaçı, anası Cavabdeh) xx.xx.2020-ci il tarixdə Tovuz şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 4240 nömrə ilə qeyd edilmişdir. Tovuz regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsindən verilmiş arayışa əsasən X14 xx.xx.2022-ci il tarixdə Tovuz rayonunda anadan olmuşdur. Bu barədə xx.xx.2022-ci il tarixdə 975 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-650/2024 saylı qanuni qüvvəyə minmiş qətnaməsində qət edilmişdir ki, İddiaçı Hesen oğlu ilə X5 arasında Tovuz regional Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində 15 avqust 2020-ci il tarixdə 109 sayla qeydə alınmış nikah qeydi pozulsun. Nikahın pozulması zamanı İddiaçı 20 (iyirmi) manat dövlət rüsumu alınsın. X6 bu rüsumdan azad edilsin. Tərəflərin birgə nikahlarından 04 oktyabr 2020-ci ildə anadan olmuş Uğur və 22 iyun 2022-ci ildə anadan olmuş Onur adlı uşaqlar iddiaçı X2 yanında saxlanılsın. 11 yanvar 2024-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından 04 oktyabr 2020-ci ildə anadan olmuş Uğur və 22 iyun 2022-ci ildə anadan olmuş Onur adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı her ay hər uşağa göre 170 manat məbləğində aliment alınaraq iddiaçı X4 verilsin. X12 1 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş MŞT/MT024/2024-1205 saylı arayışdan müəyyən olunur ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etsə də, qarşı tərəfə ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə bildiriş göndərilmiş, lakin Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. İlkin mediasiya xərcləri (50 manat) İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən İddiaçı ikinci dərəcəli əlilliyi müəyyən olunmuş, bununla bağlı xx.xx.2024-cü il tarixdə təyinat verilmişdir. xx.xx.2024-cü il tarixli AZ İİ seriyalı 434852 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X9 xx.xx.2024-cü il tarixdə ölmüşdür. xx.xx.2022-ci il tarixli AZ İİ seriyalı 250095 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X10 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Şəxsiyyət vəsiqələrinə əsasən X15 xx.xx.2020-ci il tarixdə, X7 xx.xx.2016-cı il tarixdə və X8 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. Elektron Məhkəmə İnformasiya Sistemi məlumatlarına əsasən İddiaçı "xxxx" MMCdə odadavamlı kərpici düzən fəhlə vəzifəsində çalışır. Əmək haqqı 350 manatdır. Həmçinin, ona 220 və 400 manat olmaqla, cəmi 620 manat məbləğində pensiya təyin edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” BMT Konvensiyası Maddə 3.Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 18.1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Maddə 27. Hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1.2. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı. 8.13. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşağın “üstün maraqları” konsepsiyası – 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi” nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində istifadə edilmişdir. Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə, dövlətdaxili qanunvericilikdə, o cümlədən Avropa İnsan hüquqları Məhkəməsinin presedentlərində (Pençevi Bolqarıstana qarşı, Şvitsgebel İsveçrəyə qarşı və s.) təsbit edilmişdir. Mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması uşaqların üstün mənafelərinin qorunmasına yönəldilmişdir. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarının uşaqları ilə bölüşdürməyə borcludurlar. Məhkəmə qeyd edir ki, hazırki şəraitdə iddia ərizəsi ilə azaldılması tələb olunan məbləğdə, yəni ayda 100 manat məbləğində alimentlə uşağın artan tələbatını ödəmək və onun əvvəlki təminat səviyyəsini saxlamaq qeyri-mümkündür. 2024-cü ildə uşaqlar üçün yaşayış minimumunun məbləğinin 235 manat, 2025-ci ildə 264 manat müəyyən edilməsini nəzərə alsaq 170 manat məbləğində müəyyən edilmiş alimenti hazırki iş üzrə iddiaçının maddi və sosial vəziyyətinə uyğun hesab etmək olar. İddiaçının müharibə zamanı xəsarət alması, əmək qabiliyyətini itirməsi, daimi müalicəyə ehtiyacı olması kimi hazırki iddia ərizəsində istinad etdiyi hallar alimentin təyin edilməsi ilə bağlı qətnamə qəbul edilərkən mövcud olmuş və nəzərə alınmışdır. İddiaçı izahatında onun maddi ehtiyaclarının qarşılanmasına kömək edən atasının ölümü ilə maddi vəziyyətinin çətinləşdiyini, həmçinin bahalı dərman müalicəsinə ehtiyacı olduğunu bildirsə də məhkəmə həmin halları uşaqların mənafeyinin və təminat səviyyəsinin qorunması ilə müqayisədə alimentin məbləğinin aşağı salınması üçün yetərli səbəb hesab etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 2021-ci il Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nın 2.1-ci bəndinə əsasən əlilliyi olan şəxslər bu Qaydaya 2 nömrəli əlavədə müəyyən edilmiş “Əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan ən vacib dərman preparatlarının siyahısı”nda nəzərdə tutulmuş dərman preparatları ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə müəyyən etdikləri siyahıda nəzərdə tutulan dövlət müalicə-profilaktika müəssisələrində təşkil edilmiş aptek məntəqələri vasitəsilə təmin olunurlar. Bununla yanaşı, alimentin təyin edilməsindən sonra İddiaçı ikinci dərəcəli əlilliyi təyin edilmiş və ona maddi vəziyyətinə müsbət təsir edən əlilliyə görə pensiya müəyyən edilmişdir. İddiaçı izahatında həmin pensiya məbləğinin onun müalicəsi üçün olduğunu, buna görə də həmin məbləğdən aliment verməli olmadığını qeyd etsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri”nin 1.2-ci bəndinə əsasən aliment valideynin faktiki alınan pensiyasından tutula bilər. Həmin sənədin 5-ci bəndində alimentin tutulmadığı gəlir növləri konkret müəyyən edilmişdir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №2(062)-274/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-274/2025
15.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver