Məhkəmə qərarları › İş №2(062)-2760/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2760/2023

13.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2760/2023 13.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin dəyişdirilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz 1 saylı Mediasiya Təşkilatının 06 iyun 2023-cü il tarixli barışıq sazişinin dəyişdirilməsinə və aliment məbləğinin azaldılaraq 160 manat sabit pul məbləğində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 23 yanvar 2019-cu ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından 14 oktyabr 2019-cu il tarixdə Zümrüd adlı bir nəfər uşaqları anadan olmuşdur. Tovuz 1 saylı Mediasiya Təşkilatının 06 iyun 20123-cü il tarixli barışıq sazişinə əsasən 14 oktyabr 2019-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 200 manat alimenti Cavabdeh verməyi barədə razılığa gəlmişlər. Həmin vaxt dövlət işində işləyirdi və hər ay maaş aldığı üçün hər ay 200 manat ödəməyi imkanı çatırdı. Hazırda işini itirdiyinə görə həmin məbləği Cavabdeh ödəyə bilmir. Ona görə də, Tovuz 1 saylı Mediasiya Təşkilatının 06 iyun 2023-cü il tarixli barışıq sazişinin dəyişdirilməsinə və aliment məbləğinin azaldılaraq 160 manat sabit pul məbləğində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 bildirdi ki, qızı Aytən heç bir yerdə işləmir. Maddi imkanı zəifdir. Ona görə də, nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirib hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, 1)tərəflər xx.xx.2019-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək anası Cavabdeh yanında və himayəsində saxlanması, 2). xx.xx.2019-cu ildə anadan olmuş X1yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay sabit məbləğdə 200 manat alimenti Cavabdeh verməyi, 3). İddiaçı 200 manat alimenti hər ayın 1-dən gec olmayaraq verməyi, 4). İddiaçıövladı Zümrüd ilə hər həftənin şənbə günləri saat 11:00-dan 17:00-a qədər görüşə və ünsiyyətdə olması, və Cavabdeh məxsus cehiz əşyalarının Tovuz rayonu Bozalqanlı kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evindən çıxarılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 2-ci bəndinə əsasən, yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcələsinin 95.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə sazişin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız sayılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquqi əqdlərin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız sayılması barədə normaları tətbiq olunur. Azərbaycan Respublikası Ailə Məcələsinin 95.4-cü maddəsinə əsasən, tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi və pozulması üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinin göstərişinə əsasən, məhkəmə qeyd edir ki, alimentin miqdarının müəyyən edilməsindən sonra atanın qazancında dəyişikliyin olması, yəni onun artıq rəsmi iş yerinin olmaması ailə vəziyyətində dəyişiklik kimi qiymətləndirilməklə alimentin azaldılması üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən təyin olunmuş 200 manat alimentin məbləği azaldılaraq 180 manat müəyyən olunsun. Alimentin dəyişdirilmiş məbləğdə tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar