Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-294/2023 29.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçının Cavabdeh qarşı «aliment məbləğinin azaldılması və aliment borcunun silinməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı « aliment məbləğinin azaldılması və aliment borcunun silinməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək məhkəmənin xx.xx.2017-ci il tarixli, 2(062)-2010 saylı qətnaməsinin ləğv edilməsi, alimentin bir uşaq üçün 70 manat olmaqla cəmi 140 manat məbləğdə müəyyən edilməsi və toplanmış aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(062)-2010 saylı qətnaməsi ilə ondan tutulan alimentin miqdarı iki uşaq üçün 140 manatdan heç bir əsas olmadan 272 manata qaldırılmışdır. Borclarının yaranmasının səbəbi 2017-2018-ci illərdə işsiz olması ilə bağlıdır. Bu barədə məşğulluq mərkəzində qeydiyyata alınmışdır. 2018-ci ilin sentyabr ayında “Akkord” şirkətinə işə girmiş və mühafizəçi kimi 2019-cu ilin yanvar ayına qədər 180 manat, həmin tarixdən 2020-ci ilin fevral ayının 1-nə kimi isə 200 manat zəhmət haqqı müqabilində işləmişdir. 2020-ci ildə pandemiya olduğu və qapanmalar olduğundan aliment öhdəliklərini icra edə bilməmişdir. Ümumiyyətlə 200 manat əmək haqqı aldığı halda, onun 272 manat aliment pulu verməsi mümkün olmamışdır. Cavabdeh Bakı şəhərində 2019-cu ildən “Bravo Market” mağazalar şəbəkəsində satıcı vəzifəsində işləyir və məhkəmə qətnaməsi əsasında onun himayəsinə verilmiş Mübariz və Muraz adlı uşaqlar iddiaçının anası ilə Qovlar şəhərində yaşayırlar. Göründüyü kimi cavabdeh tərəfindən qətnamə icra olunmamış və uşaqları özü ilə Bakı şəhərində aparmamaqla valideynlik borcunu yerinə yetirməmişdir. Həmçinin alimenti iddiaçının bank kartına ödəyir ki, bu da həmin pulun onun tərəfindən şəxsi ehtiyaclar üçün xərclənməsi deməkdir. Bundan başqa özü onurğa sütunu yırtığından əziyyət çəkir və müalicəsi üçün hər ay dərman preparatlarına ən azı 50 manat pul xərcləyir. Özü 2020-ci ildən Dövlət Məşöulluq Xidmətində iş axtaran kimi qeydiyyatda olsa da, hələ də işlə təmin olunmamışdır. Bundan əlavə işlə təmin olunmaq üçün icra şöbəsinə müraciət etsə də, ərizəsi təmin edilməmişdir. Həmçinin himayəsində olan 73 yaşlı qoca anasına baxır. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(062)-2010 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, xx.xx.2017-ci il tarixdən başlayaraq İddiaçı tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü Muraz və xx.xx.2013-cü il təvəllüdlü Mübariz adlı uşaqların yetkinlik yaşına çatana kimi bir uşaq üçün 136 manat olmaqla cəmi 272 manat məbləğdə alimentin alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri alimentin miqdarının azaldılması və aliment borcundan azad olunma üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsidir. Eyni zamanda iddia tələbinin həllində əlaqəli hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cüil üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Göründüyü kimi, bu normada müəyyən olunmuş aliment məbləğinin dəyişdirilməsi və aliment ödəməkdən azad edilməsinə əsas olan konkret hallar müəyyən olunmuşdur. Bu hallara aşağıdakılar aiddir: Tərəflərin ailə vəziyyətində dəyişiklik olması; Tərəflərin maddi vəziyyətində dəyişiklik olması; Hər iki hal üçün xas olan ümumi cəhət ondan ibarətdir ki, bu vəziyyət qətnamə çıxarılandan sonra yaransın və təyin olunmuş aliment məbləğinin dəyişdirilməsi və aliment ödəməkdən azad edilməsi təsirinə malik olsun. İşin halları bu normanın dispozisiya şərtləri əsasında təhlil olunduqda görünür ki, uşaqların maddi rifahının aşağı salınması üzrə tərəflərdən birinin ailə və maddi vəziyyətində ciddi dəyişiklik olmamışdır. İddiaçının iddia ərizəsində gətirdiyi dəlillər uşaqların yaşayış səviyyəsinin aşağı salınmasına əsas vermir. Nəzərə almaq lazımdır ki, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Mövcud vəziyyətdə uşaqlar üçün müəyyən edilmiş aliment məbləği isə hazırki uşaqlar üçün müəyyən olunan yaşayış minimumu ilə müqayisədə kəskin dərəcədə azdır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, valideyn uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən əhəmiyyətli dərəcədə aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçının Cavabdeh qarşı «aliment məbləğinin azaldılması və aliment borcunun silinməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-294/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-294/2023
29.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver