Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3063/2024 18.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment öhdəliyindən azad edilmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 2022-ci ilin mart ayından 2024-cü ilin iyul ayınadək müddətə görə xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh ödəyəcəyi 3770 manat məbləğində alimenti ödəmə öhdəliyindən azad edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 15 noyabr 2016-ci ildə nikahlarını rəsmiləşdirməklə evlənmiş, birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X11 anadan olmuşdur. Tovuz rayon məhkəməsinin 20 may 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarındakı nikah pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X9 cavabdehin himayəsində saxlanılmaqla, ondan hər ay 130 manat sabit pul məbləğində alimentin alınıb cavabdehə verilməsi qət edilmişdir. Cavabdeh ilə 2022-ci ilin mart ayında yenidən barışmışlar və onunla həmin vaxtdan uşağı Arzumla birlikdə onun atası X2 evində yaşamağa başlamışlar. Cavabdeh vǝ uşağı Arzum həmin vaxtdan ailə üzvü kimi onun atasının evində qeydiyyata alınmışdır. Həmin müddətdə uşağı Arzum onun və valideynlərinin öhdəsində olmaqla, onun bütün saxlanma xərclərini, o cümlədən, yemək, geyim, dərs ləvazimatları, təhsil və sair bütün xərclərini valideynləri ilə birgə o ödəmişdir. Cavabdeh uşağı Arzumla 2024-cü ilin iyul ayınadək onlarla birgə yaşamış və həmin müddət ərzində aliment tələb etməmişdir. Ona görə də hesab edir ki, uşağı Arzumun onun öhdəsində olduğu onun üçün cavabdehə ödəməli olduğu, 29 ayliq müddət ərzində alimenti ödəmə öhdəliyindən azad edilməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, o həqiqətən də iddiaçının göstərdiyi müddətlərdə, yəni 2 il yarım iddiaçının valideynləri ilə birlikdə yaşamışdır. Ancaq bu müddət ərzində Rauf ona və uşaqlarına baxmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Arzu Hüseynova bildirdi ki, o Raufun anasıdır. Təhminəyə öz qızı kimi baxmışdır. Oğlunun başqa aliment öhdəliyi olub. 2022-ci ilin mart ayına kimi Təhminə onun evində qalmış, onun və uşaqlarının bütün xərcləri ailə tərəfindən ödənilmişdir. Məhkəmə, tərəfləri, şahid ifadəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Tovuz rayon Məhkəməsinin 2(062)-239/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək X7 ilə X8 arasında 15 noyabr 2016-cı il tarixdə Tovuz Rayon Qeydiyyat Şöbəsində 738 sayla bağlanmış nikahın pozulması; X7 ilə X4 birgə yaşayış və nikahlarından 21 oktyabr 2015-ci il tarixdə anadan olmuş Arzum adlı uşağın iddiaçı X5 yanında və himayəsində saxlanılması; 27 noyabr 2019-cu il tarixdən başlayaraq, X7 ilə X4 birgə yaşayış və nikahlarından 21 oktyabr 2015-ci il tarixdə anadan olmuş Arzum adlı uşağının rının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdeh X3 hər ay 130 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X6 verilməsi qət edilmişdir. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, məhkəmə qətnaməsinə əsasən, 27 noyabr 2019-cu il tarixdən başlayaraq, X7 ilə X4 birgə yaşayış və nikahlarından 21 oktyabr 2015-ci il tarixdə anadan olmuş Arzum adlı uşağın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdeh X3 hər ay 130 manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh verilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Hazırkı iş üzrə iddiaçı 2022-ci ilin mart ayından 2024-cü ilin iyul ayınadək 3770 manat aliment borcundan azad olunmasını xahiş etmiş və tələbini həmin dövrdə birgə yaşadıqlarından uşaqların saxlanması üçün lazımi xərcləri çəkdiyi ilə əsaslandırmışdır. Məhkəmə iclasında dindirilmiş şahidin və cavabdehin özünün də məhkəmə iclasında verdiyi izahatından müəyyən edilir ki, cavabdeh iki il yarım Raufun evində qalmış, həmin müddət ərzində Təhminəvə uşağı Raufun valideynləri tərəfindən zəruri xərclərlə təmin edilmişdir. Təhminənin yaşadığı evdə hər hansı hüququ olmadan iddiaçının valideynləri tərəfindən ona orada yaşamağa icazə verilməsi,bununla da Təhminənin yaşayış sahəsinə olan ehtiyacının qarşılanması onu deməyə əsas verir ki, iddiaçının valideynləri tərəfindən onun digər xərcləri də qarşılanmışdır. Məhkəmə ona görə də hesab edir ki, aliment borcu da məhz bu səbəbdən əmələ gəlmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının ailəsiylə yaşadığı 2022-ci ilin mart ayından 2024-cü ilin iyul ayınadək olan müddətlərdə yığılmış aliment borcunun 3640 manat hissəsi silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Tovuz rayon Məhkəməsinin 2(062)-239/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş İddiaçı aliment borcunun 2022-ci ilin mart ayından 2024-cü ilin iyul ayınadək olan 3640 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-3063/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3063/2024
18.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver