Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3187/2024 19.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment tələbinə» dair mülki işə Tovuz şəhərində 19 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq birgə yaşayışlarından 07 avqust 2023-cü il tarixdə anadan olmuş Cavid adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin hər növ qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment və uşağın 3 yaşına çatanadək saxlanılmasına görə anası üçün hər ay 100 manat aliment ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh ilə evlənmişlər, nikahlarını rəsmilşdirmişlər. Birgə nikahlarından 07 avqust 2023-cü ildə Cavid adlı uşaqları olmuşdur. Cavabdeh ilə aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışdır. Uşaq onun himayəsindədir. Cavabdeh uşağın saxlanılması üçün könüllü olaraq heç bir yardım etmir. Cavabdeh polis işçisidir. Cavabdehdən uşağın saxlanılması üçün aliment tələb edir. Odur ki, birgə nikahlarından 07 avqust 2023-cü ildə anadan olmuş Cavid adlı uşaqların saxlanılması üçün cavabdehin əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment və uşağın 3 yaşına çatanadək saxlanılmasına görə anası üçün hər ay 100 manat aliment tutulmasını xahiş edir. Cavabdeh məhkəmə iclası barədə məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İşə əlavə olunmuş arayışdan görünür ki, tərəflər arasında 04 avqust 2022-ci ildə nikah qeyd etdirilmişdir. İşə əlavə olunmuş doğum haqqında arayışdan məlum olur ki, tərəflərin birgə nikahlarından 07 avqust 2023-cü ildə Cavid adlı uşaqları anadan olmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər el adəti ilə evlənmiş, nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 07 avqust 2023-cü ildə Cavid adlı uşaqları olmuşdur. Tərəflər arasında ər-arvad münasibətləri faktiki olaraq kəsilmişdir. İddiaçı uşağın böyüyüb saxlanması üçün cavabdehdən əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment və uşağın 3 yaşına çatanadək saxlanılmasına görə anası üçün hər ay 100 manat aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Konstitutusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» 12 noyabr 1989-cu il tarixli Konversiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər daşıyırlar. Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş minimum dolanacaq məbləğindən az olmayan maddi təminat hüququ vardır və həmin Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə uşağın diqqətəlayiq mənafeyini nəzərə alaraq hesab edir ki, 28 oktyabr 2024-cü ildən başlayaraq 07 avqust 2023-cü ildə anadan olmuş Cavid adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 14-cü fəslində ər-arvadın və keçmiş ər-arvadın aliment öhdəlikləri nəzərdə tutulmuşdur. Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqları doğulduğu gündən üç il ərzində arvad ərindən aliment tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, 07 avqust 2023-cü il tarixdə anadan olmuş Cavid adlı uşağın 3 yaşına çatanadək Cavabdeh maddi yardıma ehtiyacı olan İddiaçı üçün hər ay 80 manat məbləğində aliment tutulmalıdır. Maddi yardımın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göründüyü kimi cavabdehin bir il ərzində ödəməli olduğu alimentin məcmusu 1000 manatdan yuxarı məbləğ təşkil edir. Ona görə də Cavabdeh 55,04 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 28 oktyabr 2024-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından 07 avqust 2023cü ildə anadan olmuş Cavid adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının və bütün növ gəlirlərinin ¼ hissəsi miqdarında aliment və uşağın 3 yaşına çatanadək saxlanılmasına görə anası üçün hər ay 80 manat aliment alınaraq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 55,04 (əlli beş manat dörd qəpik) manat dövlət rüsumu alınsın. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-3187/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3187/2024
19.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver