Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3575/2025 18.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin azaldılması» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli 8(062)-301/2025 nömrəli qərardadı ilə müəyyən olunmuş hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.076 misli həddində, yəni bir uşağa 430,4 manat cəmi 860,8 manat sabit pul məbləğində alimentin məbləğinin azaldılaraq hər uşaq üçün 180 manat cəmi 360 manat olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Tovuz Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli 8(062)-301/2025 nömrəli qərardadına əsasən Tovuz Rayon Məhkəməsin 12 noyabr 2018-ci il tarixli 2(062)-2407/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmuş, 22 avqust 2009-cu ildə anadan olmuş Rəhman və xx.xx.2015-ci ildə anadan olmuş Rəvan adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 01 avqust 2025-ci ildən hesablanmaqla ondan sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.076 misli həddində, yəni bir uşağa 430,4 manat cəmi 860,8 manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh verilməsi qərara alınmışdır. Təyin olunmuş aliment məbləği həddən artıq çoxdur, ödəyə bilmir. O, üçüncü dərəcəli əlil olmaqla qismən əməyə qadir deyil və OS-Uveitdən sonrakı vəziyyət, daxili çəpgözlük xəstəliyindən əziyyət çəkir. Özünün daimi müalicəyə ethiyacı var. Ona görə də, onun xəstəliyini və işsizliyini nəzərə alaraq həmin məbləği ödəyə bilməyəcəyini nəzərə alaraq aliment məbləğni azaldaraq hər uşaq üçün 180 manat cəmi 360 manat məbləğndə müəyyən edilməsi xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və göstərdi ki, o əlildir və hər uşağa 180 manat ödəməyə imkanı çatır. Ona görə də, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh, iddianı qəbul etməyərək bildirdi ki, balaca oğlunun gözündə problemlər var, onun xərcləri çoxdur. Odur ki, alimentin azaldılmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(062)-301/2025 saylı qərardadın surətindən görünür ki, Tovuz Rayon Məhkəməsin xx.xx.2018-ci il tarixli, 2(062)-2407/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunnuş, xx.xx.2009-cu ildə anadan olmuş Rəhman və xx.xx.2015-ci ildə anadan olmuş Revan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 01 avqust 2025-ci ildən hesablanmaqla İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.076 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə yaşayışlarından bir övladlarının olması, uşağın ananın yanında qalması, uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçı alimentin indeksasiyadan sonra minimum əməkhaqqının 1.076 misli həddində müəyyən edilməsinin onun maddi və sosial vəziyyətinə uyğun olmadığını əsas gətirərək məhkəmə qətnaməsi ilə təyin edilmiş məbləğin azaldılmasını xahiş edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı əlildir və rəsmi qaznc yeri yoxdur. Qeyrirəsmi gəlirlərin olması barədə isə cavabdeh məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Belə ki, iddiaçının faktiki gəliri olmamaqla, müəyyən edilmiş aliment özünün yaşayış minimumundan da çox olmaqla, alimentin onun tərəfindən ödənilməsi imkanları da real görünmür. Eyni zamanda məhkəmə alimentin indeksasiya edilmiş həddə qeyri-mümkünlyünü onunla izah edir ki, təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qayda qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarından da göründüyü kimi Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iddiaçının tələb etdiyi miqdaradək alimentin azaldılması da uşaqların maraqlarına uyğun deyildir. Odur ki, alimentin məbləği hər ay bir uşaq üçün 220 manat, cəmi 440 manat məbləğində müəyyən edilməlidir. İndeksasiya edilmiş aliment məbləği iddiaçının ödəmə qabiliyyətindən açıq-aşkar yüksək olduğuna görə hazırkı iddia tələbi üzrə Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən əsaslar mövcuddur. Bu norma aliment ödəyicinin faktiki gəlir səviyyəsi ilə aliment öhdəliyi arasında ədalətli və proporsional münasibət yaradılmasını təmin etməyə yönəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 22 avqust 2009-cu ildə anadan olmuş Rəhman və xx.xx.2015-ci ildə anadan olmuş Rəvan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Tovuz Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli 8(062)-301/2025 saylı qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarı azaldılaraq hər ay bir uşaq üçün 220 manat, cəmi 440 manat manat müəyyən edilməlidir. Məhkəmə xərci ilə bağlı məhkəmə onu qeyd edir ki, MPM-nin 113.1-ci maddəsinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə görə isə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qərardadı ilə indeksasiya edilmiş alimentin aylıq məbləği 430,4 manat olduğundan, əvvəlki məhkəmə qətnaməsi ilə hazırki qətnamə ilə müəyyən edilmiş aliment ödəməsi arasındakı fərq bir uşağa münasibətdə (220-140)80 manat olduğundan, bu halda alimentin artırılmış hissəsinin illik məcmusu 1920 manat təşkil edir ki, iddiaçı da 50 manat məbləğində mediasiya təşkilatına ödəniş etdiyindən həmin məbləğ məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumuna hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli 8(062)-301/2025 saylı qərardadı ilə indeksasiya olunmuş alimentin miqdarı azaldılaraq hər ay bir uşaq üçün 220 manat müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 22 avqust 2009-cu ildə anadan olmuş Rəhman və xx.xx.2015-ci ildə anadan olmuş Rəvan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 220 manat, cəmi 440 manat məbləğində aliment İddiaçı alınaraq Cavabdeh verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-3575/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3575/2025
18.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver