Məhkəmə qərarları › İş №2(062)-3882/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3882/2025

27.01.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3882/2025 27.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər X5, Cavabdeh və Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X5, Cavabdeh və Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixdə X10 ilə Cavabdeh arasında bağlanmış “alqı-satqı” müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Qovlar qəsəbəsi Yusif Məmmədlǝiyev küçəsi Tovuz rayon X11 İcarəyyə Komitəsi Rəyasət heyyətinin 31 oktyabr 1996-cı il tarixli 261 N-li əmri ilə 0,08 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsindən yaşayış yeri kimi istifadə edir, hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınması ilə bağlı olaraq müraciət etdikdə məlum olmuşdur ki, həmin torpaq sahəsində iş ürzə cavabdeh X4 adına rəsmiləşdirilməklə çıxarış verilmişdir. O, öz növbəsində həmin çıxarışın verilməsinə səbəb olmuş qeydiyyat vərəqəsinin ləğv edilməsi ilə bağlı olaraq Gəncə İnzibati məhkəməsinə müraciət etmiş, həmin mübahisəyə baxılan zaman cavabdeh DƏDRX-nin 15 saylı Əİ-nin nümayəndəsi tərəfindən sənəd təqdim edilməklə bildirilmişdir ki, həmin mübahisə olunan torpaq sahəsi digər Cavabdeh xx.xx.2025-ci il tarixdə alqı-satqı edilməklə satılmışdır. Amma ki, Cavabdeh həmin alqı-satqı müqaviləsinin bağlanmasına etiraz etmiş və həmin torpaq sahəsini özününkü saymamışdır. Hazırda da həmin torpaq sahəsində heç bir sərəncam vermədən, həmin torpaq sahəsinin digər cavabdeh X4 istifadəsində və mülkiyyətində olduğunu bildirir. Həmin alqı-satqı müqaviləsi etibarsız sayılmalıdır. Çünki həmin torpaq sahəsi məhz xx.xx.1996-cı il tarixli 261 N-li əmri ilə İddiaçı 0,08 ha torpaq sahəsinin verilməsi barədə rəsmi sənəd təqdim edilmişdir. Amma bu sənədlərin olmasına baxmayaraq, cavabdeh X5 reyseterdən çıxarış verilmiş və həmin reyseterdən çıxarışla digər cavabdeh olan Cavabdeh ilə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin alqı-satq müqaviləsindən xəbərsiz olmuş, digər Cavabdeh həmin alqı-satqının tam olaraq əksinədir, çünki alqı-satq aparılan zaman həmin torpaq sahəsinin mübahisəli olduğunu, həmin işin Gəncə İnzibati məhkəməsində baxılması barədə heç bir məlumatının olmadığı üçün həmin alqı-satqı müqaviləsini bağladığını bildirir. Yəni ki, cavabdeh müqavilə bağlayan zaman yanıldığını bildirir. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etmişdir ki, həmin torpaq sahəsi onun olmuşdur. DƏDRX 2020-ci ildə cavabdehə çıxarış vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək əsassız olduğunu bildirmiş və həmin torpaq sahəsinin özgəninkiləşdirilməsinin kökündə məhkəmə qərarları dayanır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X6 məhkəməyə xx.xx.2026-cı ildə iddiaya qarşı etiraz göndərmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı eyni məzmunlu iddia, eyni predmet, eyni tələb haqqında qanuni qüvvəyə minmiş 12 məhkəmə qərarı və qətnamələri var. Azərbaycan Respublikası MPMnin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar, həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3 cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3 cü maddəsinin şərh edilməsinə dair" 23 fevral 2016 cı il tarixli qərarında qeyd olunmuşdur ki, "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3 cü maddəsinin mənasına görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin(və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir." Həyətyanı torpaq sahəsinin boşaldılması tələbinə dair onun iddiasına Tovuz rayon məhkəməsində baxılmış, Tovuz rayon məhkəməsi istinad etdiyi sübutlara görə torpaq sahəsi İddiaçı 1996-cı ildə qanunu əsasla verilmişdir. Halbuki həmin vaxt İddiaçı 13 yaşı olmuşdur. Qanuna görə yetkinlik yaşına çatmamış şəxsə ayrıca torpaq sahəsi verilməsi qadağan olunur. Mülki Məcəllənin 28-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq qabiliyəti onun yetginlik yaşına çatdığı vaxtdan başlayır, yəni 18 yaşdan. Onun əlində heç bir hüquqi sənəd yoxdur. Sonradan Tovuz rayon Prokurorluğunda özləri etiraf etdilər ki, saxta arayış alıblar. Tovuz rayon məhkəməsinin məlum qərarından Gəncə Apellyasiya Məhkəməsinə aqpellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya məhkəməsinin Mülki Kolleqiyasının 14 may 2013- cü il (iş (104)-531/2013 saylı) qərarı ilə Tovuz rayon məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin edildi. Gəncə Apellyasiya məhkəməsinin 14 may 2013-cü iltarixli qərarından cavabdehlər X7 və İddiaçı Ali Məhkəməyə Kassasiya şikayəti verdi. Ali Məhkəmənin Mülki Kollegiyası hakim Quluyev Gündüz Ağababa oğlunun sədrliyi ilə işə (2(102)-3607/2013 saylı) 11 oktyabr 2013-cü il tarixdə baxılmış işə yenidən baxılması üçün Gəncə Apellyasiya məhkəməsinə qaytarılmışdır. Gəncə Apellyasiya məhkəməsinin Mülki Kollegiyası 21 iyun 2016-cı il (iş (104)-27/2016 saylı) tarixdə təkrar işə baxdı və şikayəti təmin edildi. Cavabdeh İddiaçı Gəncə Apellyasiya məhkəməsinin Mülki Kollegiyasında baxılmış işlə bağlı təkrar Ali Məhkəməyə Kassasiya şikayəti verdi. Ali Məhkəmənin Mülki Kollegiyası cavabdeh İddiaçı şikayətini təmin etməmiş, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək "Tovuz rayonu Qovlar Bələdiyyəsinin hərəkət və ya hərəkətsizliyini qanunsuz hesab edilərək, ona verilmiş 0.08 ha həyətyanı torpaq sahəsinin plan ölçüsünün hazırlanması vəzifasinin Qovlar Bələdiyyəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi 15 dekabr 2017 ci il tarixli 2-1(83)-2975/2017 saylı qərardadı ilə iddia mümkünsüz sayılmışdır. İddiaçı Gəncə İnzibati Məhkəməsinin 15 dekabr 2017 ci il tarixli 2-1(83)-2975/2017 saylı qərardadından Gəncə Apellyasiya Məhkəməsinin X1 şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kolleqiyası İddiaçı apellyasiya şikayətini təmin etməmişdir. İddiaçı qüvvəyə minmiş 7 məhkəmə qərarına məhəl qoymamış, torpaq üzərində qeyri-qanuni inşa etdiyi daş hasarı sökməmiş, onun həmin torpaq sahəsinə girişini məhdudlaşdırmışdır, yəni ona məxsus olan 0.07 ha həyətyanı torpaq sahəsini boşaltmamış, ona təhvil verməmişdir. Bununla bağlı cavabdeh İddiaçı onun mülkiyyətimdə olan torpaq sahəsində qeyri-qanuni inşa etdirdiyi, darvaza ilə birlikdə 16 metr uzunluğunda hasarın sökülməsi barədə Tovuz rayon məhkəməsində iddia qaldırdı. Tovuz Rayon Məhkəməsi 04 mart 2021 ci il tarixli 2(62)-81/2021 saylı qətnamə qəbul edərək onun iddiasını təmin etdi. Cavabdeh İddiaçı Tovuz rayon məhkəməsinin məlum qərarından Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verdi. Apellyasiya məhkəməsinin Mülki Kolleqiyası qətnaməni qüvvədə saxlanıldı. Cavabdeh İddiaçı Gəncə Apellyasiya məhkəməsinin 26 dekabr 2022 ci il iş (104)-270/20122 saylı qətnaməsindən Ali Məhkəməyə Kassasiya şikayəti verdi. Məhkəmənin Mülki Kollegiyası işə 15 may 2023 cü il tarixdə 2(102)-1903/2023 sayla baxmış, cavabdeh İddiaçı şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı iddiası əsasında Gəncə İnzibati Məhkəməsinin icraatına qəbul olunmuş 2-1(114)- 3264\2025 saylı iş rədd edilmişdir. Həmin torpaq sahəsi 5 fevral 2025 ci il tarixdə AN-İ ******* saylı Tovuz Asan Xidmət Mərkəzinin Alqı-Satqı Müqaviləsi ilə Tovuz rayonu Qovlar şəhər sakini Cavabdeh satılmışdır. İddiaçı vicdanlı alıçı Cavabdeh qarşı Tovuz rayon Məhkəməsində iddia qaldırmış, alqı-satqı müqaviləsinin ləğvini xahiş etmişdir. Tovuz rayon Məhkəməsində 8.12.2025 ci ilə təyin olunmuş 2(62)-3882/2025 saylı işlə bağlı prosseslər davam edir. Bundan başqa vicdanlı alıcı Cavabdeh evinə basqina gedərək ona hədə qorxu gəlmişdir. Bunu əsas gətirən Cavabdeh alqı satqı müqaviləsini ləğv etmiş torpağı geri qaytarmışdır. Hal-hazırda həmin torpaq sahəsi mənim X4 mülkiyyətindədir. Göründüyü kimi hazırkı mübahisə predmeti olan məsələyə hüquqi qiymət verilmişdir. Məhkəmələrin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. İddiaçı iddialarının hüquqi əsasları yoxdur. Ona görə də, İddiaçı iddiasını mümkünsüz hesab edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki iş materiallarını tədqiq edib, sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Odur ki, məhkəmə hesab edir ki, Əhmədov Orucunn adına mövcud olan çıxarışın mövcudluğu ondan sonrakı vəziyyətin mübahisələndirilməsini istisna edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : İddiaçı cavabdehlər X5, Cavabdeh və Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələblərinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar