Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-4127/2025 12.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Əsgərova (Məmmədzadə) Aytac Arif qızına qarşı «alimentin məbləğinin azaldılması» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əsgərova (Məmmədzadə) Aytac Arif qızına qarşı «alimentin məbləğinin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-368/2025 saylı qərardadı ilə xx.xx.2017-ci il tarixdə dünyaya gəlmiş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay tutulan alimentin məbləğinin azaldılaraq 200 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-368/2025 saylı qərardadı ilə cavabdehlə əvvəlki evliliyindən xx.xx.2017-ci il tarixdə dünyaya gəlmiş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün har ay tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (170:250=0,68) 0,68 misli həddində indeksasiya olunmuşdur. Bu gün onun yaşadığı vəziyyət bu məbləği vaxtında təmin etmə gücünu sarsıdır. Çünki onun halhazırda ikinci evliliyi vardır və həmin evlilikdən 2 uşağı da dünyaya gəlib. xx.xx.2020-ci il tarixdə qızı X6 və xx.xx.2021-ci il təvəllüdlü X7. X1 xəstədir və onun müalicəsi üçün maddi təminat da ağırlaşib. Üzərinə çox yük düşür. Qeyd etdiyi ünvanda onunla birlikdə həmin 2 övladı, arvadı, atası va anası yaşayır. Anası işsizdir, atasının maaşı isə sadəcə özünə belə yetmir. Ailədə bu insanların dolanışığı onun üzərindədir və alimentin ödənişindən sonar hazırki ailəsinə yetə bilmir. İddiaçının nümayəndəsi məhkəmə hazırlıq iclasında iştirak edərək iddianın təminedilkməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılaraq iddianıın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(001)-368/2025 saylı qərardadının surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-6429/2020 nömrəli qətnaməsi ilə 30 mart 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (170:250 = 0.68) 0.68 misli həddində indeksasiya edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 539 nömrəli arayışından görünür ki, X10 xx.xx.2025-ci il tarixdən etibarən "xxxx" ASC-də sürücü vəzifəsində işləyir. İşdə olan 7 saylı Bakı “ASAN xidmət”mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı hazırda arvadı X5, 2017-ci ildə doğulmuş qızı X8, 2020-ci ildə doğulmuş qızı X6, oğlu X2 ibarətdir. Müəyyən edilmişdir ki, 2017-ci ildə doğulmuş qızı X8 hazırda anası Cavabdeh ilə birlikdə, digər iki uşaq, yəni digər nikahdan doğulmuş uşaqlar isə atası ilə birlikdə yaşayırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə yaşayışlarından bir övladlarının olması, uşağın ananın yanında qalması, atanın da yanında iki uşağın olması, uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçı alimentin indeksasiyadan sonra minimum əməkhaqqının 0.68 misli həddində müəyyən edilməsinin onun maddi və sosial vəziyyətinə uyğun olmadığını əsas gətirərək məhkəmə qətnaməsi ilə təyin edilmiş məbləğin azaldılmasını xahiş edir. Məhkəmə alimentin indeksasiya edilmiş həddə qeyri-mümkünlyünü onunla izah edir ki, təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qayda qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarından da göründüyü kimi Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir.Müəyyən edilmişdir ki, İddiaçı bir uşaq üçün alimentlə ödəməklə yanaşı, himayəsində digər nikahdan iki uşağı da vardır. Alimentin indeksasiya edilmiş məbləği bu ik uşağın da maraqlarına toxunur. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iddiaçının tələb etdiyi miqdaradək alimentin azaldılması da uşaqların maraqlarına uyğun deyildir. Odur ki, alimentin məbləği hər ay 210 manat məbləğində müəyyən edilməlidir. İndeksasiya edilmiş aliment məbləği iddiaçının ödəmə qabiliyyətindən açıq-aşkar yüksək olduğuna görə hazırkı iddia tələbi üzrə Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən əsaslar mövcuddur. Bu norma aliment ödəyicinin faktiki gəlir səviyyəsi ilə aliment öhdəliyi arasında ədalətli və proporsional münasibət yaradılmasını təmin etməyə yönəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-368/2025 saylı qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarı azaldılaraq hər ay 210 manat manat müəyyən edilməlidir. Məhkəmə xərci ilə bağlı məhkəmə onu qeyd edir ki, MPM-nin 113.1-ci maddəsinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə görə isə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Ödəniləcək alimentin illik məcmusu 2520 manat olduğundan, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-368/2025 saylı qərardadı ilə indeksasiya olunmuş alimentin miqdarı azaldılaraq minimum əmək haqqının 0,525 misli miqdarında müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay növbəti artımlar nəzərtə alınmaqla minimum əmək haqqının 0,525 misli miqdarında aliment İddiaçı alınaraq cavabdeh Əsgərova (Məmmədzadə) Aytac Arif qızına verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-4127/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-4127/2025
12.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver