Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-4355/2025 27.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən olunması, aliment və 3 yaşa qədər əlavə yardım tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il təvəllüdlü X2 atası Cavabdeh olması faktının müəyyən edilməsinə, uşağın yetkinlik yaşına çatanadək onun himayəsində qalmasına, Melisanın doğum haqqında şəhadətnaməsində soyad qrafasında Həmzəyeva qeyd edilməsinə, Melisanın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.6 misli həddində sabit məbləğdə aliment alınaraq ona verilməsinə və Melisanın 3 yaşına kimi əlavə yardım olaraq hər ay cavabdehdən 100 manat pulun onu xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə el adəti qaydasında ailə qurmuş, birgə yaşayışlarından xx.xx.2024-cü il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Lakin, evləndikdən bir müddət sonra cavabdehlə aralarında narazılıqlar yaranmış və onlar ayrılmaq məcburiyyətində qalmışlar. Az yaşlı uşağı onun himayəsindədir, körpə uşağı ilə birlikdə atasının evində yaşayır. O, dəfələrlə birgə yaşadıqları dövrdə nikahlarını rəsmiləşdirmək üçün cavabdehə müraciət etsə də, o müxtəlif bəhanələrlə nikaha daxil olmaqdan yayınmışdır. Azyaşlı uşağı Melisanın atalığı müəyyən olunmamışdır, cavabdeh atalığın müəyyən olunmasından müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Cavabdeh uşağın saxlanılması üçün ona heç bir maddi və mənəvi yardım etmir. Ona görə də, uşağın saxlanılması üçün alimentə və 3 yaşa kimi əlavə yardım olaraq 100 manata ehtiyac vardır. Hər ay bir uşaq üçün minimum əmək haqqı məbləğinin 0,6 misli məbləğində alimentin alınaraq ona verilməsini istəyir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmənin inzibati binasına gələrək, məhkəmə iclasına gəlməyəcəyini bildirmiş, məhkəmə iclas katibinin iştirakı ilə şəxsiyyəti müəyyən edilərək iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmə, iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan xx.xx.2024-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə Qusar rayonunda doğulmuşdur. Şəhadətnamədə uşağın atası kimi “Cavabdeh Murquz oğlu”, anası kimi “İddiaçı” yazılmışdır. Göründüyü kimi, doğumlar qeyd edilərkən atalıq müəyyən edilməmiş, uşaqlar nikahı olmayan anadan olduğundan və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadığından, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinin göstərişinə uyğun olaraq doğum haqqında şəhadətnamədə uşaqların atasının soyadının əvəzinə ananın soyadı yazılmış, uşaqların atasının adı isə uşağın anasının göstərişi üzrə yazılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Göründüyü kimi, atalığın məhkəmə yolu ilə tanınması üçün məhkəmənin əsas götürdüyü çoxsaylı hallar ola bilər. Belə ki, uşağın doğulmasına qədər ananın və atalığı iddia olunan şəxsin birgə yaşaması; uşağın birgə saxlanması və tərbiyə olunması; kişinin uşağın atası olması barədə etirafını isbat edən sübutların olması və s. Atalığın müəyyən edilməsi barədə ərizəyə baxılarkən məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. İddiaçının doğduğu uşağın ona aid olmasını təsdiq edən sübutlar isə hazırki işdə mövcuddur. Belə ki, məhkəmə mövcud vəziyyətdə iddiaçının doğduğu uşağın cavabdehdən törəyib-törəmədiyi məsələsini araşdırmaq üçün cavabdehin iclasda şəxsən iştirakını zəruri hesab etmiş, lakin cavabdeh hər hansı üzrlü səbəb təqdim etmədən məhkəməyə gəlməkdən imtina etmişdir. Buna baxmayaraq o müvafiq ərizə ilə məhkəməyə müraciət etmişdir. MPM-ə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (106.1). Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər (106.2). Hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi, işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur (184.2). Prosessual qanunvericiliyin mənasından göründüyü kimi qanun tərəflərin izahatlarını da iş üzrə sübut növlərindən biri kimi nəzərdə tutur və məhkəmənin təklif etməsinə baxmayaraq tərəfin sübutları təqdim etməməsi (o cümlədən təklif olunan hal və ya sübutla bağlı şəxsən şifahi və ya yazılı izahat verməkdən imtina etməsi) məhkəmənin münasibət bildirilməsini zəruri hesab etdiyi mübahisəli halın müəyyən edilmiş hesab olunması, işdə olan mövcud materiallar əsasında qərar qəbul edilməsi üçün əsasdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ilə faktiki nikaha daxil olmasının və onların faktiki nikahlarından xx.xx.2024-cü il təvəllüdlü X3 adlı uşaqlarının doğulmasının məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunması nəzərə alınaraq, iddia həmin hissədə təmin edilməli və uşaqğın atasının “Cavabdeh” olması müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda iddianın alimentin tutulmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarına istinad edərək məhkəmə onu qeyd edir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci il yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilmişdir. Məhkəmə, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il təvəllüdlü X1 üçün cavabdehdən tutulacaq alimentin məbləği hər ay minimum əmək haqqının 0.6 misli məbləğində müəyyən edilməli, alimentin tutulma müddətinin əvvəli Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə, iddianın “uşağın üç yaşı tamam olanadək hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması”na dair hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsində göstərilmişdir ki, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsində göstərilmişdir ki, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, uşaq üç yaşına çatanadək (ana) ona baxdığı üçün işləmək imkanının məhdud olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, birgə nikahdan doğulan xx.xx.2024-cü il təvəllüdlü X3 3 yaşına çatanadək iddiaçıdan hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq cavabdehə verilməli, alimentin tutulma müddətinin əvvəli Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən bu barədə tələbin məhkəməyə verildiyi xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və mediasiya prosesində çəkilən xərc tərəflərə bərabər şəkildə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun və mediasiya xərcinin yarısı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı tərəfindən xx.xx.2024-cü il təvəllüdlü X2 atası olması müəyyən edilsin. xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdehdan xx.xx.2025-ci il tarixdən başlayaraq, hər ay minimum əmək haqqının 0.6 misli məbləğində aliment tutularaq İddiaçı ödənilsin. xx.xx.2024-cü il təvəllüdlü X3 üç yaşına çatanadək Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq, hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh dövlət rüsumunun əvəzi kimi 25 (iyirmi beş) manat və mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-4355/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-4355/2025
27.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver