Məhkəmə qərarları › İş №2(062)-4489/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-4489/2025

28.01.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-4489/2025 28.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun oğlunun sədirliyi Məsimov Fərid Eldar oğlunun katibliyi İddiaçı Məmmədov Zahı̇ d Kamal Oğlunun Cavabdeh3, Tovuz regional "ASAN xidmət" mərkəzi, Cavabdeh2 qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Məmmədov Zahı̇ d Kamal Oğlunun Cavabdeh3, Tovuz regional "ASAN xidmət" mərkəzi, Cavabdeh2 qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, X1 ilə Cavabdeh3 ilə 2024-cü il tarixdə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş reyestr çıxarışının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkil) Vəkil məhkəməyə ərizə göndərərək bildirmişdir ki, hazırkı işin baxılmasını istəmir.. Ona görə də, iddia ərizəsinin baxılmamış saxlanılmas barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər və işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Məhkəmə ərizəni və ona əlavədilmiş sənədləri araşdıraraq hesab deir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-269cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Məmmədov Zahı̇ d Kamal Oğlunun Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardan rəsmi təqdim edildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar