Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-478/2023 17.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehX6 qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X10 ilə birgə yaşayışlarından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən bir üşaq üçün 193 manat manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, nikahlarını xx.xx.2016-cı il tarixdə Tovuz rayonu Qediyyat Şöbəsində 225 saylı akt qeydi ilə rəsmiləşdirmişlər. Faktiki nikahından xx.xx.2014-cü il təvəllüdlü X13 və rəsmi nikahdan xx.xx.2016-cı ildə X12 adlı iki uşaqları anadan olmuşdur. Evləndikdən bir müddət sonra aralarında narazılıqlar yaranmış və faktiki olaraq ayrılmışlar. Ayrılmaqlarına səbəb xasiyyətlərinin uyğun gəlməməsi olmuşdur. Uşaqlar hazırda onun himayəsində yaşayırlar. Cavabdeh uşaqların saxlanılmasına köməklik etmir. Ona görə də uşaqların saxlanılmasına ehtiyac var. Bununla bağlı mediasiyadan keçmiş və müvafiq arayış da mövcuddur. Hesab edir ki, uşaqların saxlanılması üçün cavabdehdən bir uşaq üçün 193 manat cəmi 386 manat alınıb ona verilməlidir. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X6 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Tovuz Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X10 arasında xx.xx.2016-cı il tarixdə Tovuz rayonu Qediyyat Şöbəsində 225 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X2 Anar Mahal oğlunun himayəsində saxlanılmışdır. Doğum haqqında şəhadətnamənin surələrtindən görünür ki, tərəflərin faktiki və rəsmi nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X12 adlı uşaqları vardır. 16 dekabr 2022-ci il tarixli X3 iştirak edilməsi barədə arayışdan görünür ki, X1 Anar Mahal oğlu tərəfindən təsvir edildiyi kimi ailə mübahisəsi üzrə xx.xx.2022 tarixdə 11:00-da keçirilməsi nəzərdə tutulan X3 iştirak etmədiyini təsdiq etmək üçün verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh X4 İddiaçı xeyrinə hər ay bir uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulmalıdır.Məhkəmə aliment ödəməli olan şəxsin qadın olmasını, onun iş yeri və qazancı barədə sübutların təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, aliment iddia tələbində göstərilmiş həddə təmin edilə bilməz. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. Qət edilmiş alimentin illik məcmusu 2400 manat olduğundan 44 manat məbləğində dövlət rüsumu X4 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qısmən təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaqları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh X4 İddiaçı xeyrinə hər ay bir uşağa görə 100 manat olmaqla. cəmi 200 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qət edilmiş alimentin illik məcmusu 2400 manat olduğundan 44 manat məbləğində dövlət rüsumu X4 alınaraq dövlət büdcəsinə ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-478/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-478/2023
17.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver