Məhkəmə qərarları › İş №2(062)-515/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-515/2025

20.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-515/2025 20.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Tovuz şəhərində 20 fevral 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq birgə nikahlarından 08 oktyabr 2018-ci ildə anadan olmuş İzzət və 28 may 2021-ci ildə anadan olmuş Sənan adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, cavabdeh ilə faktiki evlənməklə, nikahlarını 25 noyabr 2017-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 08 oktyabr 2018-ci ildə İzzət və 28 may 2021-ci ildə Sənan adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış narazılığa görə faktiki olaraq ayrılmışlar. Uşaqlar onun himayəsindədir. Ayrıldıqdan sonra cavabdeh uşaqların böyüyüb tərbiyə olunması üçün ona könüllü olaraq maddi yardım göstərmir. Uşaqlara təkbaşına baxmaqda çətinlik çəkir. Ona görə də birgə nikahlarından 08 oktyabr 2018-ci ildə anadan olmuş İzzət və 28 may 2021-ci ildə anadan olmuş Sənan adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərdi ki, iddiaçı ilə faktiki evlənməklə, nikahlarını 25 noyabr 2017-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 08 oktyabr 2018-ci ildə İzzət və 28 may 2021-ci ildə Sənan adlı uşaqları anadan olmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Uşaqlar iddiaçının himayəsindədir. İddianı qəbul edir, təmin olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Surəti işə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 08 oktyabr 2018-ci ildə İzzət və 28 may 2021-ci ildə Sənan adlı uşaqları anadan olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər nikahlarını xx.xx.2017-ci ildə rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahlarından 08 oktyabr 2018-ci ildə İzzət və 28 may 2021-ci ildə Sənan adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrı yaşayırlar. Uşaqlar iddiaçının yanındadır. Cavabdeh uşaqların böyüyüb tərbiyə olunması üçün iddiaçıya könüllü olaraq maddi yardım göstərmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Konstitutusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» 12 noyabr 1989-cu il tarixli Konversiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər daşıyırlar. Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş minimum dolanacaq məbləğindən az olmayan maddi təminat hüququ vardır və həmin Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə uşağın diqqətəlayiq mənafeyini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, 26 dekabr 2024-cü il tarixdən başlayaraq 08 oktyabr 2018-ci ildə anadan olmuş İzzət və 28 may 2021-ci ildə anadan olmuş Sənan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin alınaraq İddiaçı verilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə bu nəticəyə gələrkən həm uşaqların mənafeyini, həm də tərəflərin əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də alimentin tutulması işin məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2024cü il tarixindən hesablanmalıdır. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə hesab edir ki, tərəfin mediasiyaya müraciət etməsi qanunvericiliyə uyğun olaraq prosessual hərəkətdir və bu aliment ödəməli olan şəxsin aliment ödəməkdən yayınması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göründüyü kimi cavabdehin bir il ərzində ödəməli olduğu alimentin məcmusu 1000 manatdan yuxarı məbləğ təşkil edir. Ona görə də Cavabdeh əlavə 54,92 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. 26 dekabr 2024-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından 08 oktyabr 2018-ci ildə anadan olmuş İzzət və 28 may 2021-ci ildə anadan olmuş Sənan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının və bütün növ gəlirlərinin 1/3 hissəsi miqdarında aliment alınaraq İddiaçı verilsin. Qətnamənin alimentə aid hissəsi dərhal icra edilsin. Cavabdeh 54,92 (əlli dörd manat doxsan iki qəpik) manat dövlət rüsumu alınsın. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar