Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-572/2023 28.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2020-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması cavabdehdən hər ay sabit məbləğdə 190 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi şəkildə evlənib ailə qurmuşlar və nikahlarını xx.xx.2020-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2020-ci ildə anadan olmuş X5 adlı övladları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğundan onlar faktiki olaraq ayrılmışlar və o, halhazırda uşağı ilə birgə atası evində yaşayırlar. Uşaqların qayğısına qalmaq onların sosial xərclərini ödəmək hər iki valideyinin borcudur. Ona görə də hesab edir ki, oğlu İlhamın yetkinlk yaşına çatanadək cavabdehdən hər ay sabit məbləğdə 190 manat aliment alınaraq ona verilməlidir. İddiaçı məhkəmə iclasında iştirak etdi və iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etdi və iddianı qəbul edərək İlham adlı uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidır. Belə ki, nikahın bağlanması haqqında şəhadətnamə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2020-ci il tarixdə Tovuz rayon Qediyyat Şöbəsində 08 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Cəfərova soyadı verilmişdir. Doğum haqqında arayşından görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2020-ci ildə anadan olmuş X5 adlı uşaqları vardır. 11 yanvar 2023-cü il tarixli X1 iştirak edilməsi barədə arayşdan görünür ki, Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi ailə mübahisəsi üzrə xx.xx.2023 tarixdə 10:00-da keçirilməsi nəzərdə tutulan X1 iştirak etmədiyini təsdiq etmək üçün verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2020-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşağa görə 190 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. Qət edilmiş alimentin illik məcmusu 2280 manat olduğundan 42,80 manat məbləğində dövlət rüsumu Cavabdeh dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 1xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşağa görə 190 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qət edilmiş alimentin illik məcmusu 2280 manat olduğundan 42,80 manat məbləğində dövlət rüsumu Cavabdeh dövlət büdcəsinə ödənillsin Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-572/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-572/2023
28.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver