Məhkəmə qərarları › İş №2(062)-610/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-610/2023

20.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-610/2023 20.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclas katibi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı “müqavilənin ləğv edilməsi, əmlakı təhvil verilməsi və üçüncü şəxsə satılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı İNİŞAF-S MMC Cavabdeh qarşı «müqavilənin ləğv edilməsi əmlakın təhvil verilməsi və üçüncü şəxsə satılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İNİŞAF-S MMC ilə Cavabdeh arasında bağlanmış 15 noyabr 2017-ci il tarixdə 075/17 saylı mənzilin alqı-satqı müqaviləsi ləğv etməsini, Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə inşa edilən hündür mərtəbəli yaşayış kompleksinin 4-cü girişində ümumi sahəsi 62,80 kv.m-dən ibarət 9-cu mərtəbədə, 1 otaqlı, 54 saylı mənzil boşaldılıb iddiaçıya təhvil verilməsi, iddiaçı tərəfindən mənzil üçüncü şəxsə satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Təyin olunmuş məhkəmə iclasının vaxtı barədə tərəflərə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər heç bir, səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən oşə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iş üzrə tərəflər məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxmağı xahiş etmədiklərindən, habelə, işin başqa vaxta keçirilməsi barədə məhkəməyə vəsatət vermədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264cü maddələrini rəhbər turaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı “müqavilənin ləğv edilməsi, əmlakı təhvil verilməsi və üçüncü şəxsə satılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar