Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-669/2024 28.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment tələbinə» dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq cavabdehlə birgə nikahlarından xx.xx.2023cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək hər ay sabit məbləğdə 220 manat və əlavə olaraq onun 3 yaşına çatanadək saxlanılması üçün hər ay əlavə olaraq 100 manat olmaqla, cəmi 320 manat aliment ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir: Cavabdeh ilə el adəti qaydasında evlənib ailə qurmuş və nikahlarını xx.xx.2023-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2023-cü il tarixdə X2 adlı övladı anadan olmuşdur. Lakin sonradan cavabdehlə ailə münasibətləri pozulduğundan məhkəmə qaydasında ayrılmışlar və uşaq onun himayəsibndə saxlanılmışdır. Uşağın qayğısına qalmaq, onun sosial xərclərini ödəmək hər iki valideyinin borcudur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. O məhkəməyə bu işlə bağlı ərizə göndərərək uşaqla görüşün qanuni yolla təyin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə bu qətnaməni cavabdehə göndərməklə ona aşağıdakıları izah edir: Hazırki baxılan iş aliment tələbindən ibarətdir. Uşaqla ünsiyyət, görüş barədə tələblə ayrıca icraatda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun qaydada məhkəməyə müraciət emtək hüququnun olması istisna edilmir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işə əlavə olunmuş doğum haqqında arayışın sürətindən görünür ki, X2 xx.xx.2023-cü il tarixdə anadan olmuş, ana qrafasında İddiaçı, ata qrafasında isə Cavabdeh qeydi aparılmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qətnaməsindən görünür ki, tərəflər arasında bağlanılmış nikah pozulmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər nikahlarını 18 mart 2023-cü ildə rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahlarından xx.xx.2023-cü Onur adlı uşaqları olmuşdur. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuş və uşaq iddiaçının himayəsində saxlanılmışdır. İddiaçı uşağın böyüyüb saxlanması üçün cavabdehdən 220 manat sabit pul məbləğdə aliment və himayəsində üç yaşına çatmamış övladı olduğuna görə ana üçün hər ay 100 manat aliment tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» 12 noyabr 1989-cu il tarixli Konversiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər daşıyırlar. Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş minimum dolanacaq məbləğindən az olmayan maddi təminat hüququ vardır və həmin Qanunun 19cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə uşaqların diqqətəlayiq mənafeyini nəzərə alaraq hesab edir ki, 12 yanvar 2024-cü ildən başlayaraq xx.xx.2023-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 manat miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasg Ailə Məcəlləsinin 14-cğ fəslində ər-arvadgn və kezmiє ərarvadgn aliment ühdəlikləri nəzərdə tutulmuєdur. Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən, hamiləlik düvrğndə və ğmumi uєaqlarg dorulduru gğndən ğz il ərzində arvad ərindən aliment tələb etmək hğququna malikdir. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiazgya uєargn 3 yaögna zatanadək aliment üdəməyi ğzğn iddiazgngn tələbi əsaslg olmaqla qanunauyrundur. Ona gürə də xx.xx.2023cü il tarixdə anadan olmuş X1 3 yaögna zatanadək Cavabdeh orlundan iddiazg İddiaçı qgzg ğzğn 50 manat məblərində aliment tutulmalgdgr. Alimentin məblərinə aid qalan hissə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Ona görə də Cavabdeh 44 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 12 yanvar 2024-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından xx.xx.2023-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 200 manat sabit pul məvləğində aliment və uşağın üç yaşına çatanadək saxlanılmasına görə ana üçün hər ay 50 manat aliment alınaraq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. İddianın alimentin məbləğinə aid qalan hissəsi təmin edilməsin. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-669/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-669/2024
28.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver