Məhkəmə qərarları › İş №2(062)-90/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-90/2023

06.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-90/2023 06.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X11, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1 Notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və evdən çıxarılma» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 mənzilin X4 ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 243131 nömrəli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və cavabdeh X10 həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2004-cü ildə rəsmi nikah qeyd etdirməklə evlənmiş, birgə nikahlarından xx.xx.2004-cü ildə Firuzə və xx.xx.2005-ci ildə Sənubər adlı iki nəfər uşaqları doğulmuşdur. İddiaçı2 müharibə iştirakçısı və əlili olduğu üçün Tovuz Rayon İcra Hakimiyyətinin sərəcamı ilə ünvan 1 ünvanında yerləşən 15 saylı mənzil verilmişdir. Həmin mənzil üzərində mülkiyyət hüququ qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınmışdır. Torpaq sahələri və təsərrüfatları Tovuz rayonu Xatınlı kəndində olduğuna görə Tovuz şəhərində yerləşən həmin mənzildə daimi yaşamamışlar, arasıra istifadə etmişlər. 2000-ci ilin əvvəllərində qohumları X9 ailəsində problem olduğuna görə ünvan 2-də yerləşən həmin məzildə yaşamasına icazə verilməsini onlardan xahiş etmişdir və bir müddət həmin mənzildə yaşamışdır. X9 hazırda vəfat etmişdir və özləri mənzillərinə köçmək istəyirlər. Lakin öz evlərinə köçmələrinə X4nun arvadı olmuş cavabdeh X14 imkan vermir. Həmin mənzilin qapısını bağlamış və dəfələrlə ondan tələb etmələrinı baxmayaraq onlara məxsus evdən çıxmırlar. Hazırda onlara məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən mənzil 1432 saylı qeydiyyat vəsiqəsi ilə İddiaçı2 mülkiyyətində olmuş, reyestr nömrəsi 4Ə2/231 olan xx.xx.2005-ci il tarixli 243131 nömrəli notarial qaydada təsdiq edilmiş müqavilə əsasında X1. Həmin müqavilə əsasında X9 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat vəsiqəsi almışdır. Qeyd edilən alqı-satqı müqaviləsi tamamilə saxta bir sənəddir. Belə ki, onların müqavilədən bugünədək məlumatı və ya xəbəri olmamışdır. Həmin müqavilənin tərtib edilməsi və təsdiqlənməsi zamanı iştirakları olmamışdır. X4 Tovuz şəhər Poliklinikasının müdiri olmuş və imkanlarından istifadə edərək həmin müqaviləni onların iştirakı olmadan əldə etmişdir. Bundan başqa alqı-satqı müqaviləsi həmin vaxt və hazırda qüvvədə olan qanunvericiliyin tələbinə əsasən ailə üzvilərinin razılığı ilə tərtib edilməli idi. Lakin mülkiyyətçinin həyat yoldaşı kimi onun – İddiaçı1 həmin müqavilədən xəbəri yoxdur. Eyni zamanda İddiaçı2 uzun illərdir gözdən əlil olmaqla onun hər-hansı sənədi oxuyub imzalamaq imkanı yoxdur. Ona görə də hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, keçirilmiş xəttşünaslıq ekspertizasının rəyi ilə razı deyildir. İmzanın ona məxsus olması mümkünsüzdür. Təkrar məhkəmə ekspertizası keçirilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, keçirilmiş xəttşünaslıq ekspertizasının rəyi ilə razı deyildir. Alqı-satqı müqaviləsinin mövcudluğundan xəbər tutan kimi məhkəməyə müraciət etmişdir. Belə olan halda imzanın ona məxsus olması inandırıcı deyildir. Yenidən ekspertiza keçirilməsinə zərurət vardır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə cavabdeh Zərifə Məmmədova və üçüncü şəxslər Maraqlı şəxs1 Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Reyestr nömrəsi 4Ə2-231 olan notariat işindəki X8 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 1432 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı2 mülkiyyətində olmuşdur. Reyestr nömrəsi 4Ə2-231 olan notariat işindəki xx.xx.2005-ci il tarixli, 243131 nömrəli alqı-satqı müaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 1432 saylı qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini 30 milyon manata (köhnə məzənnə ilə) X2. Reyestr nömrəsi 4Ə2-231 olan notariat işindəki nikah haqqında AZ-İ 104931 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 ilə X17 nikahlarını xx.xx.2004-cü il tarixdə rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Reyestr nömrəsi 4Ə2-231 olan notariat işindəki razılıq ərizəsindən görünür ki, Qasımova (Rzayeva) Vəfa Ələddin qızı əri İddiaçı2 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4/1632 saylı rəydən görünür ki, mülki işin 52-62-ci vərəqlərində yerləşən Tovuz rayon Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş 4Ə2-231 nömrəli notariat işindəki xx.xx.2005-ci il tarixli 243131 nömrəli müqavilənin kserosurətində “İmzalar:1.” qrafasında əks olunmuş imza — İddiaçı2 tərəfindən icra olunmuşdur. Mülki işin 52-62-ci vərəqlərində yerləşən Tovuz rayon Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş 4Ə2-231 nömrəli notariat işində X12 adından olan xx.xx.2005-ci il tarixli razılıq ərizəsinin kserosurətində əks olunmuş yazılar və imza qrafasındakı imza — Rzayeva (Qasımova) Vəfa Ələddin qızı tərəfindən icra edilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri alqı-satqı müqaviləsinin etibarsızlığı ilə və evdən çıxarılma ilə bağlı yaranan mübahisədir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında və digər əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. Məhkəmə qeyd edir ki, ilk növbədə iddia tələbinin alqı-satqı müqaviləsinin etibarsızlığı hissəsinə hüquqi qiymət verilməlidir. Çünki evdən çıxarılma tələbinin təmin edilməsi ilkin hissə təmin ediləcəyi halda mümkündür. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin tərifi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsində verilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 567-ci maddəsində qeyd olunmuşdur ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir (Mülki Məcəllənin 646.1 və 646.2-ci maddələri). Mülki Məcəllənin 144.1-ci maddəsində əkstin tapmışdır ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə İddiaçı2 1432 saylı qeydiyyat vəsiqəsi ilə mülkiyyətində olmuş ünvan 4 ünvanında yerləşən mənzili X3 dair reyestr nömrəsi 4Ə2-231 olan, xx.xx.2005-ci il tarixli, 243131 nömrəli alqı-satqı müqaviləsi üzrə notariat işinin təsdiqlənmiş surətlərinin məhkəməyə göndərilməsi barədə sorğu verilmiş və həmin sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin notariat işi ilə müəyyən edilir ki, X8 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 1432 saylı qeydiyyat vəsiqəsi əsasında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı2 mülkiyyətində olmuşdur. Həmin fərdi yaşayış evi xx.xx.2005-ci il tarixli, 243131 nömrəli alqı-satqı müaviləsi əsasında İddiaçı2 tərəfindən 30 milyon manata (köhnə məzənnə ilə) X1. Alqı-satqı bağlanan zaman digər İddiaçı2 arvadından razılıq ərizəsi alınmışdır. Belə ki, Qasımova (Rzayeva) Vəfa Ələddin qızı əri İddiaçı2 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına etiraz etməmişdir. Hazırda isə iddiaçı müqavilənin onun iradə ifadəsini əks etdirməməsini iddia edərək alqı-satqı müqaviləsinin etibarsızlığını tələb edir. İradə sərbəstliyi prinsipi ilə bağlı qeyd olunmalıdır ki, əqdin başlıca əlamətlərindən biri iradə ifadəsidir. Əqdlər həmişə iradəvi olmalıdır. İnsanın daxili iradəsi və iradənin zahiri ifadəsi fərqləndirilir. İradə - insanın müəyyən hüquqi nəticəyə nail olmağa yönələn daxili arzusu, niyyətidir. İradə ifadəsi - iradənin xarici təzahürüdür. İradə ifadəsi subyektin daxili iradəsinə uyğun olmadıqda, əqd zorakılıq və ya hədə təsiri altında bağlanmış müqavilə kimi etibarsız hesab oluna bilər və heç bir hüquqi nəticə törətmir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Əqdin etibarsızlığının hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsidir. Həmin normada qeyd olunmuşdur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 14-cü fəslində əqdlərin etibarsızlığından bəhs edilir və hansı hallarda bunun mümkün olması təsbit edilmişdir. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı (MM 339), uydurma və yalan əqdlərin etibarsızlığı (MM 340), qeyri-ciddi əqdin etibarsızlığı (MM 341), Fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (MM 342), Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (MM 343), on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı (MM 344), on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı (MM 345), öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (MM 346), vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı (MM 347). Məhkəmə qeyd edir ki, iddia tələbinin dəlilləri yuxarıda göstərilən normalar üzrə təhlil edilən zaman aşkar edilir ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsızlığından söhbət gedə bilməz. Çünki etibarsız hesab etmə üçün hər hansı hal baş verməmişdir. İddiaçılar fərdi yaşayış evinin satılmasından məlumatlarının olmadığını bildirmiş və imzaların onlara məxsus olmadığını iddia etmişlər. Məhz bu əsasa görə məhkəmə tərəfindən iş üzrə xəttşünaslıq ekspertizası keçirilmişdir. Ekspertin rəyi ilə təsdiqin tapmışdır ki, Tovuz rayon Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş 4Ə2-231 nömrəli notariat işindəki xx.xx.2005-ci il tarixli 243131 nömrəli müqavilənin kserosurətində “İmzalar:1.” qrafasında əks olunmuş imza — İddiaçı2 tərəfindən icra olunmuşdur. Həmçinin notariat işində X12 adından olan xx.xx.2005-ci il tarixli razılıq ərizəsinin kserosurətində əks olunmuş yazılar və imza qrafasındakı imza — Rzayeva (Qasımova) Vəfa Ələddin qızı tərəfindən icra edilmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM 76.2) Qeyd olunmalıdır ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Məhkəmə diqqətə çatdırır ki, Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur. Hazırki iş üzrə verilmiş rəy də məhkəmə tərəfindən bu qeyd olunan Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir. Məhkəmə hesab edir ki, rəy əsaslıdır. Çünki ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmiş, rəydə hər hansı çatışmazlıq müəyyən edilməmişdir. Ona görə də rəyin sübut kimi qəbul edilməsi yolveriləndir. Təkrar və əlavə ekspertiza keçirilməsinə isə Mülki Prosessual Məcəllədə müəyyən edilmiş hər hansı əsaslar yoxdur. Göründüyü kimi iddiaçıların iddiasının əsasını təşkil edən – yəni müqavilədən onların məlumatının olmaması dəlili məhkəmə araşdırması zamanı təsdiqin tapmamışdır. Digər tərəfdən iddiaçıların aradan uzun müddət keçdikdən sonra iddia qaldırması, ümumiyyətlə həmin evdə yaşamamaları, iddianı özlərinin qeyd etdikləri kimi alıcının ölümündən sonra qaldırmaları onların iddia ərizəsində işin həqiqi halları kimi qeyd etdikləri bütün yanaşmaları şübhə altına almış olur. Bundan başqa iddianın dəlillərindən biri də İddiaçı2 gözdən əlil olmaqla sənədi oxuya bilməməsidir. Bununla bağlı məhkəmə diqqətə çatdırır ki, iş materialları ilə iddiaçının İİ qrup əlil olması təsdiq edilir. Lakin bu onun tamamilə görmə qabiliyyətinin olmaması demək deyildir. İşdəki xəstəlik sənədlərindən məlum olur ki, İddiaçı2 qoyulmuş diaqnoz ekzoftal -. yəni göz almasının önə doğru qabarmasıdır. Həkimə müraciət zamanı isə şikayəti sağ gözünün zəif görməsidir. Bir sözlə İddiaçı2 görmə qabiliyyəti tam məhdud olmamış, yalnız müəyyən zəiflik olmuşdur. Bu isə onun müqaviləni oxumamaq kimi hallarına olmasını istisna edir. Göründüyü kimi alqı-satqı müqaviləsinin etibarsızlığından söhbət gedə bilməz. İddianın qeyd olunan hissəsi əsassız olduğu üçün evdən çıxarılma ilə bağlı hissə üzrə araşdırılma aparılmır. Sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun“N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”xx.xx.2006-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 138 manat pul vəsaiti Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə iddiaçılardan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X11, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1 Notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və evdən çıxarılma» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə 138 (bir yüz otuz səkkiz) manat ekspertiza xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar