Məhkəmə qərarları › İş №2(062)-919/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-919/2023

03.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-919/2023 03.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Əliövsət oğluna qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Əliövsət oğluna qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə yaşayışlarından anadan olmuş xx.xx.2021ci il təvəllüdlü Nəfəs adlı uşaqlarının saxlanılması üçün Cavabdeh Əliövsət oğlunun aylıq qazancının və ya digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Əliövsət oğlu ilə el adəti qaydasında ailə quraraq nikahlarını xx.xx.2021-ci il tarixdə Tovuz rayon Qediyyat Şöbəsində rəsmiləşdirmişlər. xx.xx.2021-ci il tarixdə Nəfəs adlı uşaqları anadan olmuşdur. Evləndikdən bir müddət sonra cavabdehlə aralarında narazılıqlar yaranmış və o, onunla ayrılmaq məcburiyyətində qalmışdır. Cavabdeh heç bir maddi yardım etmir və heç bir köməklik göstərmir. Ona görə də uşağın saxlanması üçün alimentə ehtiyac vardır. Bununla bağlı Mediasiya Şurasına müraciət etmişdir, bu barədə müvafiq arayış da mövcuddur. İddiaçı məhkəmə iclasında iştirak etdi və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Əliövsət oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh Əliövsət oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçınıın izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Əliövsət oğlu ilə İddiaçı arasında nikah 16 fevral 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qediyyat Şöbəsində 59 saylı akt qeydi ilə bağlanmışdır. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X3 adlı az yaşlı uşaqları var. 30 yanvar 2023-cü il tarixli X6 iştirak edilməsi bardə arayşdan görünür ki, Allahverdiyev X1 Dilarə Rauf qızı tərəfindən təsvir edildiyi kimi ailə mübahisəsi üzrə xx.xx.2023 tarixdə 10:00-da keçirilməsi nəzərdə tutulan X6 iştirak etmədiyini təsdiq etmək üçün verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideyinlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddia təmin edilməli 23 fevral 2023-cü il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X4 aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment alınıb İddiaçı verilməlidir. 50 manat məbləğində dövlət rüsumu Cavabdeh Əliövsət oğlundan dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 23 fevral 2023-cü il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X4 aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulub İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. 50 manat məbləğində dövlət rüsumu Cavabdeh Əliövsət oğlundan dövlət büdcəsinə ödənillsin Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar