Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-1034/2025 04.11.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və cavabdeh Fərzəlı̇ yev Çı̇ ngiz Ələmdar oğlunun nümayəndəsi Fərzəlı̇ yev Vəfadar Çı̇ ngiz oğlunun iştirakları ilə İddiaçı Seyı̇ dov Vüsal Mı̇ rtağı oğlunun cavabdehlər Fərzəlı̇ yev Çı̇ ngiz Ələmdar oğluna, Sumqayıt şəhər 4 saylı notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4rşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, icarə hüququnun bərpa edilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, icarə hüququnun bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3 ilə aralarında Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış 25 yanvar 2024-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehin adına verilmiş Abşeron rayonu, X5 ünvanında yerləşən 0.045 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış çıxarışın qeydiyyatının ləğv edilməsi, icarə hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə aralarında bağlanmış Sumqayıt şəhər 4 saylı notariat ofisində 25 yanvar 2024-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin 0.045 ha hissəsinin icarə hüquqlarını 10000 manata satmış, lakin aralarında olan şifahi razılaşmaya əsasən 22500 manata razılaşdırılmışdır. Qalıq 12500 manat pul ona indiyədək ödənilməmişdir və cavabdeh onu aldatmışdır. O, X5 ərazisində yerləşən həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, mülkiyyət hüququnun bərpa edilməsinə görə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh3 adına həmin torpaq üzrə çıxarışa dair aparılmış qeydiyyat ləğv edilməlidir və onun mülkiyyət hüququ bərpa edilməlidir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, məhkəməyə teleqram göndərib teleqramda təyin olunmuş məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini, iddiasını müdafiə etdiyini, bunun nəzərə alınmasını göstərmişdir. Cavabdeh Sumqayıt şəhər 4 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Sumqayıt şəhər 4 saylı notariat ofisinin notariusu Camaləddin Rüstəmov məhkəməyə məktub göndərib məktubda mülki iş üzrə məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddia ərizəsində cavabdeh kimi göstərilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X6 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi təqdim edilmədən geri qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq iddiaçının, Sumqayıt şəhər 4 saylı notariat ofisinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X8 nümayəndələrinin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Cavabdeh Fərzəlı̇ yev Çı̇ ngiz Ələmdar oğlunun nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirdi və izahatında iddia ərizəsinə dair etirazda göstərilənləri təsdiq etdiyini bildirdi. Cavabdeh Fərzəlı̇ yev Çı̇ ngiz Ələmdar oğlu məhkəməyə göndərdiyi iddia ərizəsinə etirazda göstərilmişdir ki, Ucar Rayon Məhkəməsində baxılan, İddiaçı Mirtəği oğlu tərəfindən ona qarşı irəli sürülmüş alqı-satqı müqaviləsinin etibarsız sayılması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması ilə bağlı iddiası tamamilə əsassız və qərəzlidir. İddiaçı ilə aralarında 25 yanvar 2024-cü il tarixli alqı-satqı müqaviləsi notarial qaydada rəsmi şəkildə bağlanmış, qanunla müəyyən olunmuş qaydada təsdiqlənmiş və müvafiq ödənişlər tam şəkildə həyata keçirilmişdir. Bu ödənişlərlə bağlı müvafiq qəbz və sübutlar da təqdim olunmuş və notariat sənədində bu hal aydın şəkildə əks olumnuşdur. İddiaçının bu sənədə əsaslanaraq guya əlavə vəsaitin ödənilmədiyini iddia etməsi reallığa uyğun deyil və məqsədi yalnız şəxsi qazanc əldə etmək, yəni varlanmaq məqsədilə əsassız və qanunsuz şəkildə dələduzluq xarakterli iddia qaldırmaqdır. Tərəflərindən heç bir borc qalmamış, əksinə ödəniş və müqavilə öhdəlikləri tam yerinə yetirilmişdir. Əlavə olaraq qeyd edir ki, təqdim olunan çıxarış sənədi, alqı-satqı müqaviləsi və ödəniş qəbzləri bu iddianın əsassız olduğunu açıq şəkildə sübut edir. Göstrilənləri nəzərə alaraq, iddiaçı tərəfindən qaldırılmış iddianın tam əsassız olması səbəbilə rədd edilməsinə qərar verilməsini xahiş etmişdir. Məhkəmə, cavabdeh Fərzəlı̇ yev Çı̇ ngiz Ələmdar oğlunun nümayəndəsinin izahatını dinləyərək, iddiaçının müraciətini nəzərə alaraq, işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidr. İş materiallarında olan 25 yanvar 2024-cü il tarixdə Sumqayıt şəhər 4 saylı notariat ofisində Seyı̇ dov Vüsal Mı̇ rtağı oğlu ilə Fərzəlı̇ yev Çı̇ ngiz Ələmdar oğlu arasında bağlanmış torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsindən görünür ki, İddiaçı-Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və X7 Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsindən əldə edilmiş 24 yanvar 2024-cü il tarixli, 48 saylı forma 1 arayışa və Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinin 17 avqust 2023-cü il tarixli, 1266 №li reyestr kitabının 3 №li vərəqində qeydiyyat № **********, reyestr nömrəsi **********46 olan çıxarışa, 29 may 2007-ci il tarixli, 264 nömrəli icarə müqaviləsi və 16 iyun 2023-cü il tarixli, 3M-2321 saylı icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən icarə hüquqları ona məxsus olan Abşeron rayonu, X5 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin 0.045 ha hissəsinin icarə hüquqlarını Cavabdeh3 10000 manata satmış, qalan 0.075 ha torpaq sahəsi İddiaçı icarəsində qalmışdır. Müqavilənin 3-cü bəndində göstərilmişdir ki, alıcı əmlakın bu müqavilənin 1-ci bəndində nəzərdə tutulan məbləğin 6000 (altı min) manatını Sumqayıt şəhəri, 4 saylı NO-nin xx.xx.2023-cü il tarixli 3M-3345 nömrəli reyestrlə rəsmiləşdirilmiş beh müqaviləsinə əsasən ödənildikdən sonra qalan 4000 (dörd min) manatı notariusun bankda açılan depozit hesabı vasitəsi ilə satıcıya ödədi, satıcı isə həmin məbləği bütünlüklə qəbul etdi. Müqavilə 25 yanvar 2024-cü il tarixdə Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu Camaləddin Rüstəmov tərəfindən təsdiq edilmiş və reyestrdə 3M- 219 nömrə ilə qeyd edilmişdir. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, X5 ərazisində yerləşən 0.045 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 29 may 2007-ci il ildən başalayaraq 29 may 2007-ci il tarixli, 264 nömrəli icarə müqaviləsi və 25 yanvar 2024-cü il tarixli, 3M-219 saylı icarə hüququnun alqı-satqı müqaviləsi əsasında 99 (doxsan doqquz) il müddətə Cavabdeh3 adına icarə yüklülüyü növündə daşınmaz əmlakın dövlət reyestrində 1305 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində 14 mart 2024-cü ildə qeydiyyata alınmışdır. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı, ünvan 2 ünvanda qeydiyyatdadır. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh Fərzəlı̇ yev Çı̇ ngiz Ələmdar oğlu, Ucar rayonu, Bağban kəndində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı-Azərbaycan Respublikası Daşınmazs Əmlakın Dövlət Kadastrı və X7 Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsindən əldə edilmiş 24 yanvar 2024-cü il tarixli, 48 saylı forma 1 arayışa və Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinin 17 avqust 2023-cü il tarixli, 1266 №li reyestr kitabının 3 №li vərəqində qeydiyyat № **********, reyestr nömrəsi **********46 olan çıxarışa, 29 may 2007-ci il tarixli, 264 nömrəli icarə müqaviləsi və 16 iyun 2023-cü il tarixli, 3M-2321 saylı icarə hüququnun alqısatqı müqaviləsinə əsasən icarə hüquqları ona məxsus olan Abşeron rayonu, X5 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin 0.045 ha hissəsinin icarə hüquqlarını Cavabdeh3 10000 manata satmış, qalan 0.075 ha torpaq sahəsi İddiaçı icarəsində qalmışdır. Müqavilənin 3-cü bəndində göstərilmişdir ki, alıcı əmlakın bu müqavilənin 1-ci bəndində nəzərdə tutulan məbləğin 6000 (altı min) manatını Sumqayıt şəhəri, 4 saylı NO-nin xx.xx.2023-cü il tarixli 3M-3345 nömrəli reyestrlə rəsmiləşdirilmiş beh müqaviləsinə əsasən ödənildikdən sonra qalan 4000 (dörd min) manatı notariusun bankda açılan depozit hesabı vasitəsi ilə satıcıya ödəyir, satıcı isə həmin məbləği bütünlüklə qəbul edir. Bundan sonra Abşeron rayonu, X5 ərazisində yerləşən 0.045 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 29 may 2007-ci il ildən başalayaraq 29 may 2007-ci il tarixli, 264 nömrəli icarə müqaviləsi və 25 yanvar 2024-cü il tarixli, 3M-219 saylı icarı hüququnun alqı-satqı müqaviləsi əsasında 99 (doxsan doqquz) il müddətə Cavabdeh3 adına icarə yüklülüyü növündə daşınmaz əmlakın dövlət reyestrində 1305 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində 14 mart 2024-cü ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2 və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağalayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tətibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 40-cı maddəsinə əsasən notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər hərəkətin aparılması qanuna zidd olduqda; hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda; hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə; hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda; qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda; notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda; əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda, notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Ona görə də, məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə sübutetmə yükü də iddiaçıların üzərinə düşür. Məhz iddiaçılar iddia ərizəsində göstərilmiş halların mövcud olmasını sübut etməli, bunu məhkəmə iclasında mötəbər və tutarlı sübutlarla əsaslandırmalıdırlar. İddiaçılar tərəfindən isə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçı tərəfin öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin edilə bilməz. İddiaçı tərəfin iddia tələbini dəstəkləyən mötəbər sübutlar təqdim edilməmişdir. Belə olan halda isə məhkəmə qeyd edir ki, iddia tələbi ilə əlaqədar iddiaçı tərəfindən kifayət qədər mötəbər və zəruri sübutlar təqdim edilmədiyindən mülki qanunvericiliyin müddəalarına əsasən cavabdehin mülki hüquq pozuntusu (delikt) ilə bağlı məsuliyyəti yaranmış hesab edilə bilməz. İddiaçı öz tələbində icarə hüquqlarını 10000 manata sadığını, amma aralarında olan şifahi razılaşmaya əsasən 22500 manata razılaşdırıldığını göstərsə də məhkəmə iclasında bu cür razılaşmanın olması, habelə iş materialları belə bir hal müəyyən edilməmişdir. Halbuki, müqavilənin 3-cü bəndində göstərilmişdir ki, alıcı əmlakın bu müqavilənin 1-ci bəndində nəzərdə tutulan məbləğin 6000 (altı min) manatını Sumqayıt şəhəri, 4 saylı NO-nin xx.xx.2023-cü il tarixli 3M-3345 nömrəli reyestrlə rəsmiləşdirilmiş beh müqaviləsinə əsasən ödənildikdən sonra qalan 4000 (dörd min) manatı notariusun bankda açılan depozit hesabı vasitəsi ilə satıcıya ödədi, satıcı isə həmin məbləği bütünlüklə qəbul etdi. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. X3 Məhkəməsi daha sonra qeyd etmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara və tətbiq ediləcək hüquq normalarına əsasən məhkəmə hesab edir ki, 25 yanvar 2024-cü il tarixdə Sumqayıt şəhər 4 saylı notariat ofisində iddiaçı Seyı̇ dov Vüsal Mı̇ rtağı oğlu ilə cavabdeh Fərzəlı̇ yev Çı̇ ngiz Ələmdar oğlu arasında bağlanmış torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi iddiaçının öz iradəsinə uyğun olaraq bağlanmışdır. Məhkəmə araşdırması zamanı müqavilənin etibarsızlığı üçün əsas olan hallar müəyyən edilməmiş və bu iddiaçı tərəfdən sübut olunmamışdır. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11 iyul 1997-ci il tarixli 4 saylı Qərarının 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanunauyğun əsaslar yoxdur, buna görə də iddia təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Seyı̇ dov Vüsal Mı̇ rtağı oğlunun cavabdehlər Fərzəlı̇ yev Çı̇ ngiz Ələmdar oğluna, Sumqayıt şəhər 4 saylı notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4rşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, icarə hüququnun bərpa edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(063)-1034/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-1034/2025
04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver