Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-1445/2025 16.02.2026 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X3, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması haqqında iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı alimentin miqdarının azaldılması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay Rayon Məhkəməsinin 8(046)-109/2025 nömrəli, 22 avqust 2025-ci il tarixli qərarı ilə 05 sentyabr 2011-ci ildə anadan olmuş qızı X1 üçün ondan cavabdehin xeyrinə tutulan alimentin miqdarının azaldılmasını, 05 sentyabr 2011-ci ildə anadan olmuş qızı X1 üçün ondan hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,40 hissəsi miqdarında alimentin tutulmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1541/2018 saylı, 14 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən 05 sentyabr 2011-ci ildə anadan olmuş qızı X2 üçün ondan cavabdehin xeyrinə tutulan alimentin məbləği Göyçay Rayon Məhkəməsinin 8(046)-109/2025 nömrəli, 22 avqust 2025-ci il tarixli qərarı ilə dəyişdirilmiş və ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının (400 manat) 1 misli həddində indeksasiya olunmuşdur. Məhkəmə tərəfindən işə baxılarkən və qərar qəbul edilərkən Rusiya Federasiyasının ərazisində olmuşdur. Buna görə də məhkəmə prosesində iştirak edə bilməmişdir. 13 mart 2019-cu il tarixdə X11 ilə nikaha girmiş, həmin nikahdan iki uşaqları var. X15 03 sentyabr 2019-cu il tarixdə və X16 23 dekabr 2023-cü il tarixdə anadan olmuşlar. Eyni zamanda, Rusiya Federasiyasının Yaroslavl şəhərində 23 dekabr 2015-ci il tarixdə anadan olmuş bir qızı, X10 vardır. Hazırda onun rəsmi iş yeri yoxdur, fəhlə kimi işləyir, gündəlik qazancı 15-20 manat, aylıq isə 400-500 manatdan yüksək olmur, digər gəlir yeri yoxdur. Məhkəmənin müəyyən etdiyi alimenti ödəmək iqtidarında deyildir. Əgər hər hansı bir əlavə gəlir yeri olsaydı müəyyən olunmuş alimenti məmnuniyyətlə ödəyərdi, çünki X12 da onun övladıdır, onun da yaxşı yaşamasını istəyir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında təmsil etdiyi şəxsin iddianı qəbul etmədiyini bildirdi və izahatında göstərdi ki, məhkəmənin qərarına əsasən tutulan aliment 05 sentyabr 2011-ci ildə doğulmuş X7 tələbatını ödəmir, iddiaçı hazırda indeksasiya olunmuş alimenti ödəyir, buna imkanı çatır, odur ki, iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, Göyçay Rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli, 2(046)-1541/2018 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək cavabdeh İddiaçı 05 sentyabr 2011-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq X4 xeyrinə verilməsi qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin 22 avqust 2025-ci il tarixli, 8(046)-109/2025 nömrəli qərardadı ilə ərizəçi Cavabdeh Göyçay Rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli, 2(046)-1541/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası barədə ərizəsi təmin olunmuş, Göyçay Rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli, 2(046)- 1541/2018 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində indeksasiya olunması qərara alınmışdır. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin lazımi qaydada tərcümə edilmiş və təsdiq edilmiş surətindən görünür ki, İddiaçı X5 23 dekabr 2015-ci il tarixində Rusiya Federasiyasının Yaroslavl vilayəti, Yaroslavl şəhərində doğulmuş X6 atası hesab edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və X11 13 mart 2019-cu ildə nikahlarını bağlamışlar. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin azımi qaydada təsdiq edilmiş surətindən görünür ki, atası İddiaçı və anası Vəliyeva (Manafova) Karina Əsəd qızı olan X15 03 sentyabr 2019-cu ildə və X16 23 dekabr 2023-cü ildə doğulmuşlar. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı, Göyçay rayonu, Çaxırlı kəndində qeydiyyatdadır. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Küçəkənd kəndində qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən olundu ki, Göyçay Rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli, 2(046)-1541/2018 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək cavabdeh İddiaçı 05 sentyabr 2011-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq X4 xeyrinə verilməsi qət edilmişdir Göyçay Rayon Məhkəməsinin 22 avqust 2025-ci il tarixli, 8(046)-109/2025 nömrəli qərardadı ilə ərizəçi Cavabdeh Göyçay Rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli, 2(046)-1541/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası barədə ərizəsi təmin olunmuş, Göyçay Rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli, 2(046)-1541/2018 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində indeksasiya olunması qərara alınmışdır. İşin faktiki hallarından görünür ki, cavabdehin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində sabit pul məbləğində alimentin iddiaçıdan tutulması əsasları dəyişmişdir. Belə ki, müəyyən edilmişdir ki, alimentin məbləği müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti əsas meyar kimi götürülməlidir. İş materiallarından görünür ki, aliment öhdəliyi müəyyən edildikdən sonra iddiaçının ailə vəziyyətində mühüm dəyişikliklər baş vermişdir. Belə ki, hazırkı iş üzrə iddiaçı ilə X11 13 mart 2019-cu ildə nikahlarını bağlamışlar. Birgə nikahlarından 03 sentyabr 2019-cu ildə X15 və 23 dekabr 2023-cü ildə X16 doğulmuşlar. Məhkəmə nəzərə alır ki, iddiaçının yenidən evlənməsi və iki azyaşlı uşaqlarının olması, onun üzərinə əlavə maddi öhdəliklər qoyur və bu hal alimentin məbləğinin müəyyən edilməsində əhəmiyyət kəsb edir. Bundan əlavə, İddiaçı X5 23 dekabr 2015-ci ildə doğulmuş X6 da atası hesab edilmişdir. Eyni zamanda, müəyyən edilmişdir ki, iddiaçıdan sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1 misli həddində aliment tutulması onun maddi imkanlarını xeyli məhdudlaşdırır. Bununla yanaşı, məhkəmə aliment alan uşağın mənafeyinin prioritetliyini də nəzərə alaraq, onun maddi təminatının əsaslı şəkildə azalmasına yol verilməməsinin zəruriliyini də qeyd edir. Bu baxımdan, iddia tələbi tam həcmdə deyil, yalnız iddiaçının dəyişmiş ailə vəziyyətinə uyğun və ədalətlilik prinsipinə cavab verən həddə təmin edilməlidir. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı öz tələbini əsaslandırdığı halları qismən sübut edə bildi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə, iddiaçı ilə cavabdehin birgə nikahlarından 05 sentyabr 2011-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində sabit pul məbləğində alimentin cavabdehin xeyrinə tutulması üçün əsasların dəyişildiyini nəzərə alıb, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıdan tutulan alimentin miqdarı hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan dəyişdirilməli (azaldılmalı) və həmin tarixdən (vaxtdan) başlayaraq 05 sentyabr 2011-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı tutulan alimentin miqdarı hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan dəyişdirilsin (azaldılsın) və həmin tarixdən (vaxtdan) başlayaraq 05 sentyabr 2011-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(063)-1445/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-1445/2025
16.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver