Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-36/2024 10.05.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X2, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment ödəməkdən azad edilmə, uşaq və aliment tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı aliment ödəməkdən azad edilmə, uşaq və aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ucar Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2 (063)-40/2021 nömrəli qətnaməsinə əsasən ondan tutulmalı olan alimenti ödəməkdən onun 06 iyul 2023-cü il tarixdən sonra azad edilməsi, 26 dekabr 2006-cı il təvəllüdlü X1 onunla qalmasının müəyyən edilməsi və onun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 manat məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Ucar Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(063)-40/2021 nömrəli qətnaməsi ilə onunla Sadıqova (həmin vaxt İsrayılova) Əfsanə Fikrət qızı arasında 21 noyabr 2005-ci il tarixdə Ucar rayonunun Boyat və Bağman kənd icra nümayəndəliyində 31 nömrə ilə qeydə alınmış nikah pozulmuş, 26 dekabr 2006-cı il təvəllüdlü X1 anası Cavabdeh yanında qalması müəyyən edilmiş və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 110 manat məbləğində alimentin ondan alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Lakin 06 iyul 2023-cü il tarixdən uşaq özü könüllü gəlib onun yanında yaşamağa başlamışdır. Buna baxmayaraq ondan aliment tutulması davam edir. O, məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdeh həmin prosesdə iştirak etmədiyindən mediator "ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 02 avqust 2023-cü il tarixli arayış vermiş və həmin arayışdan da göründüyü kimi ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci o ödəmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi, əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə tanış olmuşdur və razıdır. Cavabdehin qazancı və gəliri barədə sübutu yoxdur. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdiyini bildirdi və izahatında göstərdi ki, məhkəmənin qətnaməsi ilə nikah pozulduqdan sonra uşağın onunla qalması müəyyən edilmiş və hər ay uşağın saxlanılması üçün onun xeyrinə 110 manat aliment ödənilməsi qət edilmişdir. Uşaq 06 iyul 2023-cü il tarixdən atası ilə qalır, odur ki, iddiaçının 06 iyul 2023-cü il tarixdən aliment ödəməkdən azad edilməsinə, uşağın iddiaçının yanında qalmasına və hər ay uşağın saxlanılması üçün 110 manat aliment ödəməyə razıdır. Əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə tanış olmuş, amma rəy onu qane etmir. Üçüncü şəxs Ucar Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayə orqanına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, ata İddiaçı və ana X6 olan X3 26 dekabr 2006-cı ildə doğulmuşdur. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(063)- 40/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdeh İddiaçı qarşı nikahın pozulması və aliment tələbi barədə iddiası qismən təmin edilmiş, iddiaçı X6 ilə cavabdeh İddiaçı arasında bağlanmış və 21 noyabr 2005-ci ildə Ucar rayonunun Boyat və Bağman kənd icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 31 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, 26 dekabr 2006-cı ildə doğulmuş X1 iddiaçı X4 yanında qalması və cavabdeh İddiaçı 13 avqust 2020-ci ildən başlayaraq 26 dekabr 2006-cı ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X5 verilməsi, qətnamənin alimentin tutulması hissəsinin dərhal icra edilməsi və aliment tələbi barədə iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsində olan məlumatdan görünür ki, iddiaçı, Ucar rayonu, Boyat kəndində qeydiyyatdadır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsində olan məlumatdan görünür ki, cavabdeh, Ucar rayonu, Boyat kəndində qeydiyyatdadır. Ucar Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(063)-798/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı aliment ödəməkdən azad edilmə, uşaq və aliment tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Ucar Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayə orqanı üçüncü şəxs qismində cəlb edilmiş və iddia ərizəsi və əlavə edilmiş sənədlər uşağın-26 dekabr 2006-cı ildə doğulmuş X1 valideynlərindən hansının yanında qalmasının əsaslığı və onun mənafeyinə uyğunluğu barədə rəy verilməsi üçün Ucar Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayə orqanına göndərilmişdir. İşdə olan 21 noyabr 2023-cü il tarixli rəydən görünür ki, Ucar Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayə orqanı rəydə qeyd olunanları nəzərə alaraq yetkinlik yaşına çatmayan X1 anası Cavabdeh ilə ünsiyyət hüququ saxlanılmaqla, atası İddiaçı yanında qalmasını məqsədəmüvafiq hesab edir. Həmin rəydə göstərilmişdir ki, Ucar Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayə orqanının üzvləri tərəfindən uşaq Elməddin İsrayılovla söhbət aparılmış, onun valideynlərinin hansının yanında qalmaq istəməsi ilə bağlı fikirləri öyrənilmiş və bu barədə 14 noyabr 2023-cü il tarixdə akt tərtib olunmuşdur. Söhbət zamanı Elməddin İsrayılov hazırda atası ilə yaşadığını və atası İddiaçı ilə qalmaq istədiyini bildirmişlər. Ucar Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(063)-798/2023 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə-psixoloji ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2024-cü il tarixli, 11/120 nömrəli ekspert rəyindən (məhkəmə-psixoloji ekspertizası) görünür ki, 26 dekabr 2006-cı il təvəllüdlü X1 psixikası və davranışında hansı valideynin himayəsində yaşamağı seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. 26 dekabr 2006-cı il təvəllüdlü Elməddin İsrayılovun hal-hazırda atası İddiaçı və anası Cavabdeh eyni dərəcədə bağlılığı müyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə müvafiq olaraq, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ucar Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(063)-40/2021 nömrəli qətnaməsi ilə iddiaçı X6 ilə cavabdeh İddiaçı arasında bağlanmış və 21 noyabr 2005-ci ildə Ucar rayonunun Boyat və Bağman kənd icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 31 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 26 dekabr 2006-cı ildə doğulmuş X1 iddiaçı X4 yanında qalması və cavabdeh İddiaçı 13 avqust 2020-ci ildən başlayaraq 26 dekabr 2006-cı ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X5 verilməsi, qətnamənin alimentin tutulması hissəsinin dərhal icra edilməsi və aliment tələbi barədə iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edib Ucar Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2 (063)-40/2021 nömrəli qətnaməsinə əsasən ondan tutulmalı olan alimenti ödəməkdən onun 06 iyul 2023-cü il tarixdən sonra azad edilməsi, 26 dekabr 2006-cı il təvəllüdlü X1 onunla qalmasının müəyyən edilməsi və onun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 manat məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ailə qanunvericiliyindən göründüyü kimi uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmçinin, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bundan əlavə, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, qəyyumluq və himayə orqanının və ekspertin rəylərini, habelə 10 yaşına çatmış uşağın razılığını nəzərə alaraq, işdə olan sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, qeyd olunduğu kimi Ucar Rayon Məhkəməsinin 03 mart 2021-ci ildə qəbul edilmiş qətnaməsi ilə məhkəmə tərəfindən uşağın anasının yanında qalması və alimentin miqdarı müəyyən edilmiş, bundan sonra, 26 dekabr 2006-cı ildə doğulmuş X3 06 iyul 2023-cü ildən könüllü olaraq atasının yanında qalmışdır. Həmçinin, Qəyyumluq və himayə orqanı tərəfindən verilmiş rəydə də yetkinlik yaşına çatmayan X1 anası Cavabdeh ilə ünsiyyət hüququ saxlanılmaqla, atası İddiaçı yanında qalması məqsədəmüvafiq hesab edilmişdir. Həmin rəydə göstərilmişdir ki, Ucar Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayə orqanının üzvləri tərəfindən uşaq Elməddin İsrayılovla söhbət aparılmış, onun valideynlərinin hansının yanında qalmaq istəməsi ilə bağlı fikirləri öyrənilmiş və bu barədə 14 noyabr 2023-cü il tarixdə akt tərtib olunmuşdur. Söhbət zamanı Elməddin İsrayılov hazırda atası ilə yaşadığını və atası İddiaçı ilə qalmaq istədiyini bildirmişdir. Bundan əlavə, ekspert rəyi də nəzərə alınmalıdır. Belə ki, ekspert rəyindən də görünür ki, 26 dekabr 2006-cı il təvəllüdlü X1 psixikası və davranışında hansı valideynin himayəsində yaşamağı seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Habelə, cavabdeh hazırkı məhkəmə iclasında iddianı qismən qəbul etdiyini göstərmiş və yuxarıda qeyd olunan məzmunda izahat vermişdir. Buna görə də iddiaçı Ucar Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(063)-40/2021 nömrəli qətnaməsi ilə 26 dekabr 2006-cı ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində alimenti 06 iyul 2023-cü ildən ödəməkdən azad edilməli və 26 dekabr 2006-cı ildə doğulmuş X3 iddiaçının yanında qalmalıdır. Həmçinin, iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment də tələb etmişdir. Məhkəmə, iddiaçının bu tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Bundan əlavə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin qazancının müntəzəm və dəyişməyən olması məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə iclasında cavabdehin qazancının müntəzəm və dəyişməyən olması müəyyən edilmədiyindən cavabdehdən aliment sabit pul məbləğində tutulmalı, habelə sabit pul məbləğinin miqdarı müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutulmalıdır. İddiaçı cavabdehdən hər ay uşağın saxlanılmasına görə 220 manat sabit pul məbləğində aliment tutulmasını tələb etsə də cavabdehin həmin məbləğdə alimenti ödəməyə imkan verən qazancının və gəlirinin olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, həmçinin, qeyd edir ki, aliment ödəyən valideynin işləməməsi və ya qazanca malik olmaması onun uşağını saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Buna görə də alimentin tutulması hissəsində iddia qismən təmin edilməklə cavabdehdən 26 dekabr 2006-cı ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməli, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 04 avqust 2023-cü ildən tutulmalı, qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməli, aliment tələbi barədə iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki prosessual qanunvericiliyin qeyd olunan tələbi nəzərə alınmaqla mülki iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə iddiaçıdan və cavabdehdən müştərək qaydada 120 manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Ucar Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(063)-40/2021 nömrəli qətnaməsi ilə 26 dekabr 2006-cı ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində alimenti 06 iyul 2023-cü ildən ödəməkdən azad edilsin. 26 dekabr 2006-cı ildə doğulmuş X3 İddiaçı yanında qalsın. Cavabdeh 04 avqust 2023-cü ildən başlayaraq 26 dekabr 2006-cı ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Aliment tələbi barədə iddianın qalan hissəsi təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə İddiaçı və Cavabdeh müştərək qaydada 120 (bir yüz iyirmi) manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(063)-36/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-36/2024
10.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver