Məhkəmə qərarları › İş №2(063)-41/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-41/2024

16.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-41/2024 16.08.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Ucar rayon notariat ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ucar rayonu Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 17 nömrəli qərarı ilə verilmiş və ümumi mülkiyyət hüququ əsasında X5, ailə üzvləri X15, X16, X10, X7 və İddiaçı mənsub olan ünvan 1ində yerləşən 1,67 ha torpaq sahəsinin Cavabdeh3 satılmasına dair Ucar rayon DNK tərəfindən 28 oktyabr 2004-cü il tarixdə təsdiqlənmiş alqı-satqı müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş 12 mart 2018-ci il tarixli çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Ucar rayonu Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli 17 nömrəli qərarı ilə X5, ailə üzvüləri X15, X16, X10, X7 və İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı məqsədı ilə 1,67 ha torpaq sahəsi verilmişdir. X2 və ailə üzvüləri X20, X21, X19, X17 və İddiaçı torpağa mülkiyyət hüququ JN-830, kod 90405018 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə rəsmiləşdirilmişdir. Həmin 1,67 ha torpaq sahəsi X3 və ailə üzvüləri, X15, X16, X10, X7 və İddiaçı ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Bu yaxınlarda torpaq sahlərinin sənədləri ilə maraqlandıqda ona məlum olmuşdur ki, Ucar rayonu Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 17 nömrəli qərarı ilə verilmiş və ümumi mülkiyyət hüququ əsasında X5, ailə üzvləri X15, X16, X10, X7 və İddiaçı mənsub olan ünvan 1ində yerləşən 1,67 ha torpaq sahəsi Ucar rayon DNK tərəfindən 28 oktyabr 2004-cü il tarixdə təsdiqlənmiş alqı-satqı müqaviləsinə əsasən ünvan 1 sakini Cavabdeh3 oğluna satılmış və DƏDRX-nin Ucar Ərazi idarəsi tərəfindən həmin torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reystrində 12 mart 2018-ci il tarixdə qeydə alınmış və Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. Həmin alqı-satqı müqaviləsi və çıxarışlar qanunsuz və saxtadır. Belə ki, iddia ərizəsinə əlavə etdiyi sənədlərdən göründüyü kimi mubahisəli 1.67 ha torpaq sahəsi X5, ailə üzvüləri X15, X16, X10, X7 və İddiaçı ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Ucar rayonu Aqrar lslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 17 nömrəli qərarı ilə verilmiş və ümumi mülkiyyət hüququ əsasında X5, ailə üzvüləri X15, X16, X10, X7 və İddiaçı mənsub olan ünvan 1ində yerləşən 1.67 ha torpaq sahəsinin satmağı barədə həqiqi iradə ifadələr olmamış, Ucar rayon DNK tərəfindən 28 oktyabr 2004-cü il tarixdə təsdiqlənmiş alqı-satqı müqaviləsindəki X6, ailə üzvüləri X20, X21, X19, X17 və İddiaçı adından icra edilmiş imzalar onlar tərəflərindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Halbuki onların əvəzindən heç kəs imza edə bilməz. Həmin 28 oktyabr 2004-cü il tarixdə bacısı X22 həyat yoldaşı ilə birlikdə Rusiya Federasiyasının Novorosiyski vilayətində olmuş, həmin ili orada xəstəxanada uşaq dünyaya gətirmişdir. 28 oktyabr 2004-cü il tarixdə təsdiqlənmiş alqı-satqı müqaviləsində Radənin soyadı Hüseynova göstərilsə də, həmin vaxtı o, həyat yoldaşının, Salmanova soyadını daşımışdır. Bundan başqa hesab edir ki, onun razılığı olmadan digər payçılar da öz paylarını sata bilməzdilər. Ona görə ki, həmin torpaq sahəsini satın almaqda üstünlük hüququ vardır. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərdiklərini təsdiq etdiyini bildirdi, əlavə olaraq göstərdi ki, ekspert rəyi ilə tanış olmuş, rəylə razıdır, bununla bağlı əlavəsi yoxdur. Cavabdehlər Ucar rayon notariat ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq cavabdehlər Ucar rayon notariat ofisinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndələri, habelə Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlər Ucar rayon notariat ofisinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndələrinin, habelə Cavabdeh3 iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan JN-830, KOD 90405018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Ucar rayonu Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 17 nömrəli qərarı ilə ünvan 1 sakinləri X5, X15, X16, X10, X7 və İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1.67 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan 28 oktyabr 2004-cü il tarixli müqavilənin surətindən görünür ki, X6, X20, X21, X19, X17 və İddiaçı dövlət aktı qeydiyyatı kitabında 708 nömrə ilə qeydiyyata alınmış 25 may 1999-cu il tarixli, JN:830 nömrəli, kod 90405018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onlara məxsus olan ünvan 1i ünvanında yerləşən 1,67 hektar torpaq paylarını vətəndaş Cavabdeh3 satmışlar. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin 15 noyabr 2023-cü il tarixli, 3- 21-3-36/2-4266/2023 nömrəli məktubundan görünür ki, ünvan 1ində yerləşən 1.67 ha torpaq sahəsi Cavabdeh1 28 oktyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına 12 mart 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində 6.25 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində 12 mart 2018-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Ucar rayon notarit ofisinin 03 oktyabr 2023-cü il tarixli, 265 nömrəli məktubundan görünür ki, İddiaçı Ucar rayon notariat ofisində daşınmaz əmlakla bağlı notariat hərəkətləri barədə axtarış aparılarkən 2012-ci il tarixdən 03 oktyabr 2023-cü il tarixədək Elektron Notariat İnformasiya Sistemində heç bir məlumat tapılmadı. 2012-ci il tarixindən əvvəl olan sənədlər Dövlət Notariat Arxivinə təhvil verilmişdir. Həmin sənədlərin surətlərinin əldə edilməsi üçün Dövlət Notariat Arxivinə müraciət edilməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin 13 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Ucar rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş, 2004-cü ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən X6, X20, X21, X19, X17, İddiaçı və Cavabdeh3 arasında rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. İş materiallarında olan X4, X11, X12, X8, X17 və İddiaçı tərəfindən Ucar Rayon Məhkəməsinə ünvanlanmış ərizələrdən (imzalarının həqiqiliyi notarial qaydada təsdiq edilmişdir) görünür ki, ünvan 1ində yerləşən onlara məxsus olan pay torpaq sahəsini Cavabdeh3 satmamışlar və sözügedən alqı-satqı müqaviləsi barədə onların heç bir məlumatı yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin tərcümə edilmiş və lazimi qaydada təsdiq edilmiş surətindən görünür ki, atası Sahib Salmanov və anası X22 olan X13 09 mart 2004-cü ildə Rusiya, Krasnodar diyarı, Novorosiyk şəhərində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2024-cü il tarixli, 4/639 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 10-cu vərəqində olan 28 oktyabr 2004-cü il tarixli müqavilənin kserosurətində “İmzalar:” qrafasında “6.” rəqəmi qarşısında əks olunmuş imza və “Hüseynov T” əlyazmaları-İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 331.3-cü maddəsinə əsasən əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksmilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifdə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. Qeyd olunan normaların məzmununa görə çoxtərəfli əqdin bağlanması üçün tərəflərin iradə ifadəsi mövcud olmalı və əqd yazılı formada bağlandığı təqdirdə bu iradə ifadəsi əqdi bağlayan şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslərin müqaviləni imzalaması ilə təsdiqini tapmalıdır, əks təqdirdə iradə ifadəsi mövcud deyildir. Ekspert rəyindən görünür ki, mülki işin 10-cu vərəqində olan 28 oktyabr 2004-cü il tarixli müqavilənin kserosurətində “İmzalar:” qrafasında “6.” rəqəmi qarşısında əks olunmuş imza və “Hüseynov T” əlyazmaları-İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, 28 oktyabr 2004-cü il tarixli müqavilənin kserosurətində “İmzalar:” qrafasında “6.” rəqəmi qarşısında əks olunmuş imzanın və “Hüseynov T” əlyazmalarının-İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunduğu göstərilmişdir, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, Ucar rayonu Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 17 nömrəli qərarı ilə verilmiş və ümumi (birgə) mülkiyyət hüququ əsasında X5, X15, X16, X10, X7 və İddiaçı məxsus olan ünvan 1ində yerləşən 1,67 ha torpaq sahəsinin Cavabdeh3 satılmasına dair 28 oktyabr 2004-cü il tarixli müqavilə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş RX seriyalı, ******* nömrəli, 12 mart 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, mülki prosessual qanunvericiliyin qeyd olunan tələbinə əsasən qeyd edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə Cavabdeh3 138 manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Ucar rayonu Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 17 nömrəli qərarı ilə verilmiş və ümumi (birgə) mülkiyyət hüququ əsasında X5, X15, X16, X10, X7 və İddiaçı məxsus olan ünvan 1ində yerləşən 1,67 ha torpaq sahəsinin Cavabdeh3 satılmasına dair 28 oktyabr 2004-cü il tarixli müqavilə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş RX seriyalı, ******* nömrəli, 12 mart 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə Cavabdeh3 138 (bir yüz otuz səkkiz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar