Məhkəmə qərarları › İş №2(063)-456/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-456/2024

22.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-456/2024 22.04.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və İddiaçı nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 03 dekabr 2012-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235 manat məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Ucar Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(063)-843/2022 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, onunla cavabdeh arasında 09 yanvar 2007-ci il tarixdə Ucar rayon VVADQ şöbəsində bağlanmış nikah pozulmuş, 07 avqust 2006-cı il təvəllüdlü X12, 18 fevral 2009-cu il təvəllüdlü X10 və 03 dekabr 2012-ci il təvəllüdlü X9 onun yanında qalmaları və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər birinə görə 115 manat olmaqla, cəmi 345 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Lakin Ucar rayon icra və probasiya şöbəsinin 17 yanvar 2024-cü il tarixli qərarı ilə onun müraciəti nəzərə alınaraq həmin qətnamə üzrə verilmiş icra sənədinə xitam verilmişdir. Halbuki, o, həmin müraciəti etməmişdən əvvəl cavabdehlə razılaşmışdır ki, həmin günədək yığılmış 3046 manat aliment borcunu ona ödəyəcək, bundan sonra isə hər ay bir uşağının saxlanması üçün ona aliment ödəyəcəkdir. Bununla belə cavabdeh öz vədinə əməl etməmiş, ona görə də o, məcbur qalıb yenidən məhkəməyə müraciət edir. O, məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasıya sessiyasında iştirak etmiş, lakin cavabdeh həmin prosesdə iştirak etmədiyindən mediator ilkin mediasıya sessiyasında iştirak edilməməsi barədə 04 mart 2024-cü il tarixli arayış vermiş və həmin arayışdan da göründüyü kimi ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiyaya dair xərci o, ödəmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi, əlavə olaraq bildirdi ki, iddiaçı digər uşaqlara görə- Sürmənin və Fəridənin saxlanılması üçün cavabdehdən aliment tələb etmir. Cavabdehə qeydiyyatda olduğu yer üzrə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi həmin ünvandan köçməsi əsası ilə təqdim edilmədən geri qaytarılmış, digər yaşayış yeri barədə məlumat verilməmişdir. Həmçinin, cavabdehin istifadəsində olan mobil telefon nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə “sms” məlumat göndərilsə də cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, ata Cavabdeh və ana X4 olan X13 03 dekabr 2012-ci ildə doğulmuşdur. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(063)- 843/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı nikahın pozulması və aliment tələbi barədə iddiası qismən təmin edilmiş, iddiaçı X4 ilə Cavabdeh arasında bağlanmış və 09 yanvar 2007-ci il tarixdə Ucar rayon VVADQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 nömrə ilə qeyd nikahın pozulması, 07 avqust 2006-cı ildə doğulmuş X7, 18 fevral 2009-cu ildə doğulmuş X6 və 03 dekabr 2012ci ildə doğulmuş X9 iddiaçı X2 yanında qalmaları, Cavabdeh 26 dekabr 2022-ci ildən başlayaraq 07 avqust 2006-cı ildə doğulmuş X7, 18 fevral 2009-cu ildə doğulmuş X6 və 03 dekabr 2012-ci ildə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər birinə görə 115 (bir yüz on beş) manat olmaqla, cəmi 345 (üç yüz qırx beş) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X3 verilməsi, qətnamənin alimentin tutulması hissəsinin dərhal icra edilməsi, aliment tələbi barədə iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah pozulmuş, bu barədə 16 may 2023-cü ildə Ucar rayon qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında 40 nömrə ilə qeyd edilmişdir. İşdə olan Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X5 17 yanvar 2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Ucar Rayon Məhkəməsinin 2(063)-843 nömrəli, 26 dekabr 2022-ci il tarixli icra sənədinə xitam verilmişdir. İşdə olan etibarnamədən görünür ki, iddiaçı, Ucar rayonu, Bağban kəndində qeydiyyatdadır. İş materiallarında Ucar Rayon Polis Şöbəsinin 14 fevral 2024-cü il tarixli, 3-13-115/2- 2661/2024 nömrəli məktubundan görünür ki, cavabdeh, Ucar rayonu, Bağman kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında cavabdehin qazancının müntəzəm və dəyişməyən olması müəyyən edilmədiyindən cavabdehdən aliment sabit pul məbləğində tutulmalı, habelə sabit pul məbləğinin miqdarı müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutulmalıdır. İddiaçı iddia ərizəsində uşağın saxlanılmasına görə cavabdehdən hər ay 235 manat məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə imkan verən qazancının və gəlirinin olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, aliment ödəyən valideynin işləməməsi və ya qazanca malik olmaması onun uşağını saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Buna görə də iddia qismən təmin edilməklə cavabdehdən 03 dekabr 2012-ci ildə doğulmuş X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutulub tutulub iddiaçıya verilməli, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 06 mart 2024-cü ildən tutulmalı, qətnamə həmin hissədə dərhal icra edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan tələblə bağlı məhkəməyə müraciət edərkən dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunduğundan və bir il ərzində tutulmalı olan alimentin miqdarı 1920 manat olduğundan dövlət rüsumuna görə cavabdehdən 39,20 manat məbləğində pul tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 06 mart 2024-cü ildən başlayaraq 03 dekabr 2012-ci ildə doğulmuş X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh dövlət rüsumuna görə 39 (otuz doqquz) manat 20 (iyirmi) qəpik məbləğində pul tutulub Azərbaycan Respublkasının dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar