Məhkəmə qərarları › İş №2(063)-518/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-518/2024

27.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-518/2024 27.05.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində aliment tutulması" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində aliment tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23 iyun 2018-ci il təvəllüdlü X4 və 24 fevral 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat, həmçinin hamiləlik dövründə doğulan uşağın 3 yaşına çatanadək saxlanılması üçün özünə 250 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 23 iyun 2018-ci il təvəllüdlü X4 və 24 fevral 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla cəmi 470 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəmə baxışı zamanı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək (11 aprel 2024-cü il təvəllüdlü X3 doğum haqqında şəhadətnaməsi 07 may 2024-cü il tarixdə verildiyindən) cavabdehdən 23 iyun 2018-ci il təvəllüdlü X4, 24 fevral 2020-ci il təvəllüdlü X2 və 11 aprel 2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 705 manat məbləğində alimentin, habelə hamiləlik dövründə doğulan uşağın 3 yaşına çatanadək saxlanılmasına görə özü üçün 250 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o cavabdehlə 21 avqust 2017-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan 23 iyun 2018-ci il tarixdə Vüqar, 24 fevral 2020-ci il tarixdə isə Gülsarə adlı övladları doğulmuşdur. Həmçinin, onu da qeyd etmişdir ki, o səkkiz aylıq hamilə olmaqla bir ay sonra övladı doğulacaqdır. Cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən faktiki olaraq ayrılsalar da lakin, nikahları rəsmi qaydada pozulmamışdır. Cavabdeh evdə tez-tez dava-dalaş salmış, həmçinin ailəsinə yaxşı baxmamışdır. Hazırda o, azyaşlı övladları ilə birlikdə Ucar rayonu, Bərgüşad kəndində yaşayır. Lakin, cavabdeh uşaqların saxlanılması üçün ona maddi yardım göstərmir. Bu səbəbdən də o, maddi baxımdan, eləcə də, uşaqların vaxtlı-vaxtında müayinə və müalicəsində maddi cəhətdən çox böyük əziyyət çəkir. Həm hamilə olduğundan, həm də iki azyaşlı övladına baxdığından işləyə bilmir. Cavabdeh isə fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla aylıq kifayət qədər qazanc əldə edir. Buna görə də cavabdehdən 23 iyun 2018-ci il təvəllüdlü X4 və 24 fevral 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat, həmçinin hamiləlik dövründə doğulan uşağın 3 yaşına çatanadək saxlanılması üçün 250 manat sabit pul məbləğində alimentin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, o, mediasiya qurumuna müraciət edərək, mediasiya xərcini də ödəmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə əlavə olaraq qeyd etdi ki, məhkəməyə müraciət edən vaxt hamilə olmuş, daha sonra, 11 aprel 2024-cü il təvəllüdlü X5 da doğulmuşdur. Ona görə də hazırda iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət etmiş və hazırda cavabdehdən 23 iyun 2018-ci il təvəllüdlü X4, 24 fevral 2020-ci il təvəllüdlü X2 və 11 aprel 2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 705 manat məbləğində alimentin, habelə hamiləlik dövründə doğulan uşağın 3 yaşına çatanadək saxlanılmasına görə özü üçün 250 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, Zərdab rayon Kommunal müəssisələri kombinatında fəhlə işləməklə aylıq 359 manat (müvafiq tutulmalar çıxıldıqdan sonra 313,40 manat) məvacib alır. Bundan başqa, o, xəstəliyi ilə əlaqədar başqa yerdə də işləyə bilmir. Hazırda 23 iyun 2018-ci il təvəllüdlü X9 onun himayəsindədir, bununla bağlı müvafiq arayışı da təqdim etmişdir. İddiaçının tələb etdiyi məbləğləri isə ödəməyə maddi imkanı yoxdur. Odur ki, 24 fevral 2020-ci il təvəllüdlü X2 və 11 aprel 2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat alimenti ödəyə biləcəyini qeyd etdi (bununla bağlı yazılı ərizəsini də məhkəməyə təqdim etdi). Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Ucar rayon qeydiyyat şöbəsi tərəfindən 19 mart 2024-cü il tarixdə verilmiş 436 nömrəli arayışdan görünür ki, Ucar rayon qeydiyyat şöbəsində Cavabdeh ilə X8 21 avqust 2017-ci il tarixdə, 191 saylı akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Feyzullayeva" soyadı verilmişdir. İşdə olan Zərdab rayon qeydiyyat şöbəsi tərəfindən 10 iyul 2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 099336 nömrəli, Ucar rayon qeydiyyat şöbəsi tərəfindən 10 mart 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 412361 nömrəli və Kürdəmir regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 07 may 2014-cü il tarixdə verilmiş AZ-İV seriyalı, 941999 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, müvafiq olaraq ataları Cavabdeh, anaları İddiaçı olan X9 23 iyun 2018-ci il tarixdə Zərdab şəhərində, X6 24 fevral 2020-ci il tarixdə, X5 isə 11 aprel 2024-cü il tarixdə Ucar şəhərində doğulmuşlar. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan Cavabdeh şəxsi məlumatlarından edilmiş çıxarışdan görünür ki, Cavabdeh Zərdab rayon Kommunal Müəsisələri Kombinatında ixtisaslı bağ fəhləsi işləməklə aylıq 359 manat əmək haqqı, həmçinin İİ qrup əllil olduğundan əlliyə görə 363,85 manat təqaüd alır. İşdə olan Zərdab RİHB-nın Qoşaoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 may 2024-cü il tarixli, 166 saylı arayışdan görünür ki, 23 iyun 2018ci il təvəllüdlü X9 hazırda atası Cavabdeh himayəsində (birgə təsərrüfatda) yaşayır. İşdə olan 17 noyabr 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 21 avqust 2017-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan 23 iyun 2018-ci il tarixdə Vüqar, 24 fevral 2020-ci il tarixdə Gülsarə, 11 aprel 2024-cü il tarixdə isə Ruxsarə adlı övladları doğulmuşdur. Eyni zamanda tərəflərin birgə nikahında doğulmuş 23 iyun 2018-ci il təvəllüdlü X9 atası, Cavabdeh, 24 fevral 2020-ci il təvəllüdlü X6 və 11 aprel 2024-cü il təvəllüdlü X5 isə anaları, İddiaçı yanında yaşayırlar. Həmçinin, tərəflər arasında nikah pozulmasa da, ailə daxilində münasibətlərin kəskinləşməsi səbəbindən onlar uzun müddət olar faktiki olaraq birgə təsərrüfat idarə etmirlər. İddiaçı hazırda tək qadın olaraq yanında yaşayan yetkinlik yaşına çatmayan uşaqlarını maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Cavabdeh isə övladlarının maddi təminatı ilə maraqlanmır. Məhz buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında 05 dekabr 2023-cü il tarixli Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2024-cü il üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 24 fevral 2020-ci il təvəllüdlü X2 və 11 aprel 2024-cü il təvəllüdlü X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçı hazırkı iddia tələbi ilə üç uşağın saxlanması üçün cavabdehdən alimentin tutulmasını, eyni zamanda, hamiləlik dövründə doğulan uşağın 3 yaşına çatanadək saxlanılmasına görə özü üçün 250 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etmişdir. Məhkəmə üç uşağın saxlanması üçün cavabdehdən alimentin tutulması hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı 23 iyun 2018-ci il təvəllüdlü X4 atası, yəni, Cavabdeh himayəsində olması halı öz təsdiqini tapmışdır. Belə ki, bu hal həm tərəflərin məhkəmə araşdırması zamanı verdikləri izahatları ilə, həm də Zərdab RİHB-nın Qoşaoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 may 2024cü il tarixli, 166 saylı arayışı ilə də öz təsdiqini tapır. Qanunvericiliyin tələbinə görə isə aliment himayəsində yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün ödənilən vəsaitdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin 23 iyun 2018-ci il təvəllüdlü X7 münasibətdə təmin edilməsi istisna edilir. Bundan başqa, iddiaçı hamiləlik dövründə doğulan uşağın 3 yaşına çatanadək saxlanılmasına görə özü üçün 250 manat sabit pul məbləğində alimentin tutulmasını da tələb etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən nikah pozulduqdan sonra hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Göründüyü kimi, qanunvericilik sözügedən vəsaitin tutulmasını yalnız buna zəruri vəsaitə malik olan keçmiş ərdən tələb etmək imkanı verir. Məhkəmə bu hala münasibətdə də qeyd edir ki, iddiaçı (nəzərə alınsa ki, qanunvericiliklə sübutetmə yükü məhz iddiaçının üzərinə düşür) cavabdehin zəruri vəsaitə malik olmasını təsdiq edə biləcək mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia tələbinin bu hissəsinin də təmin edilməsi istisna edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə bundan başqa, qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasında 2024-cü il üçün uşağa münasibətdə yaşayış minimumunun 235 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin yetərli aylıq qazanca malik olması, iddiaçının himayəsində olan uşaqların saxlanılması zərurəti, həmçinin iddiaçının qadın olmaqla, müəyyən işlərdə işləmə imkanının məhdudluğu nəzərə alınsa, sosial ədalət nöqteyi-nəzərdən qeyd olunan yaşayış minimumunun tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşaqları yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların, əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların valideynlərindən təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, tərəflərin birgə nikahından doğulmuş 24 fevral 2020-ci il təvəllüdlü X2 və 11 aprel 2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 28 mart 2024-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsi sübutlarla təsdiq olunmadığından əsassız sayılmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə tələbin təmin edilmiş hissəsinin məbləğinə mütənasib olaraq İddiaçı azad edildiyi 154,60 manat dövlət rüsumunun 37,77%-i, yəni 58,40 (əlli səkkiz manat 40 qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 50 (əlli) manat xərcin tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş 24 fevral 2020-ci il təvəllüdlü X2 və 11 aprel 2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 28 mart 2024-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə təmin edilən hissədə dərhal icraya yönəldilsin. İddiaçı azad edildiyi 154,60 (bir yüz əlli dörd manat 60 qəpik) manat dövlət rüsumunun 37,77%-i, yəni 58,40 (əlli səkkiz manat 40 qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar