Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-526/2025 03.07.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 998,62 manat məbləğində pul, ödənilmiş 61 manat məbləğində mediasiya xərci və bank xidmət haqqı və iddia ərizəsinin tərtib edilməsinə görə vəkilə ödənilmiş 120 manat pul vəsaiti olmaqla, cəmi 1179,62 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, Ucar Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(063)-36/2024 saylı qətnaməsinə əsasən bu məhkəmənin 03 mart 2021-ci il tarixli, 2(063)-40/2021 saylı qətnaməsi ilə 26 dekabr 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ödədiyi 110 manat sabit pul məbləğində alimentin 06 iyul 2023-cü il tarixdən etibarən ödənilməsindən azad edilmişdir. Sözügedən qətnamənin qəbul edilməsinə əsas olan hal ondan ibarət olmuşdur ki, azyaşlı X2 06 iyul 2023-cü il tarixdən etibarən könüllü şəkildə onun yanına gələrək, onunla birlikdə yaşamağa başlamışdır. Lakin, bu hal baş verdikdən və iş məhkəmədə baxıldığı dövrdə belə, icra məmurları cavabdehin təkidli müraciətləri ilə onun pensiyasından aliment məbləğinin tutulmasına davam etmişlər. Onlar bu hərəkəti həmin dövr ərzində onun aliment öhdəliyindən azad edilməsi barədə məhkəmə qətnaməsinin hələ qüvvəyə minməməsi ilə əsaslandırmışlar. Nəticədə, 2023-cü ilin iyul, avqust, sentyabr, oktyabr, dekabr və 2024-cü ilin yanvar aylarında onun pensiyasından müvafiq olaraq 111,25 manat, 2024-cü ilin fevral və mart aylarında 109,16 manat, aprel ayında isə 112,80 manat olmaqla ümumilikdə 998,62 manat məbləğində vəsait cavabdehin xeyrinə tutulmuşdur. O, həmin vəsaitin əsassız tutulduğunu və geri qaytarılmalı olduğunu bildirərək cavabdehlə bu məsələni dinc yolla həll etmək məqsədilə 13 fevral 2025-ci il tarixində mediasiya təklifi ilə çıxış etmişdir. Lakin cavabdeh bu təklifə heç bir cavab verməmiş və vəsaiti geri qaytarmaqdan imtina etmişdir. Eyni zamanda, o, mediasiya qurumuna müraciət edərək, mediasiya xərcini ödəmiş, lakin, cavabdeh 13 mart 2025-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etmədiyinə görə ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış verilmişdir. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi . Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qanuni qüvvəsini almış Ucar Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(063)-36/2024 nömrəli qətnaməsinin surətindən və eyni tarixli və eyni nömrəli icra vərəqəsindən görünür ki, İddiaçı bu Ucar Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(063)-40/2021 saylı qətnaməsi ilə 26 dekabr 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 manat sabit pul məbləğində alimenti 06 iyul 2023-cü il tarixdən etibarən ödəməkdən azad edilməsi, 26 dekabr 2006-cı il təvəllüdlü X2 atası, İddiaçı yanında saxlanılması və 04 avqust 2023-cü il tarixdən başlayaraq 26 dekabr 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 110 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron İcra İnformasiya Sistemindən edilmiş çıxarışlardan görünür ki, 04 mart 2021-ci il tarixli, 55464/2021-54-5 nömrəli icra işi üzrə İddiaçı Cavabdeh hesabına 10 iyul, 10 avqust, 05 sentyabr, 09 oktyabr, 07 dekabr 2023-cü il və 08 yanvar 2024-cü il tarixlərdə 111,25 manat, 07 fevral və 07 mart 2024-cü il tarixlərdə 109,16 manat, 03 aprel 2024-cü il tarixdə isə 112,80 manat olmaqla, ümumilikdə 998,62 manat məbləğində pul vəsaiti tutulmuşdur. İşdə olan 13 fevral və 13 mart 2025-ci il tarixli qəbzlərdən görünür ki, iddiaçı iddia ərizəsinin tərtib edilməsinə görə vəkil X3 hesabına 120 manat məbləğində pul vəsaiti və mediasiya xidmətinin göstərilməsi üçün 61 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, qanuni qüvvəsini almış Ucar Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(063)-36/2024 saylı qətnaməsinə əsasən İddiaçı bu məhkəmənin 03 mart 2021-ci il tarixli, 2(063)-40/2021 saylı qətnaməsi ilə 26 dekabr 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 manat sabit pul məbləğində alimenti 06 iyul 2023-cü il tarixdən etibarən ödəməkdən azad edilməsi qət edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və müvafiq prosessual hərəkətlər yerinə yetirilmişdir. Lakin, buna baxmayaraq, sözügedən qətnamə qüvvədə olduğu və icra sənədi təqdim edildiyi halda, aliment öhdəliyindən azad edilməsinə dair məhkəmə qərarı icra məmuruna təqdim olunana qədər 04 mart 2021-ci il tarixli, 55464/2021-54-5 nömrəli icra işi üzrə İddiaçı Cavabdeh xeyrinə 10 iyul, 10 avqust, 05 sentyabr, 09 oktyabr, 07 dekabr 2023-cü il və 08 yanvar 2024-cü il tarixlərdə 111,25 manat, 07 fevral və 07 mart 2024-cü il tarixlərdə 109,16 manat, 03 aprel 2024-cü il tarixdə isə 112,80 manat olmaqla, ümumilikdə 998,62 manat məbləğində pul vəsaiti tutulmuşdur. Belə olan halda əsassız olaraq İddiaçı tutulan pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya geri qaytarılmalıdır. Bu məbləğ iddiaçının hüquqi əsası olmayan şəkildə ödədiyi vəsait hesab olunur. Cavabdehin 998,62 manat məbləğində pul vəsaitini geri qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və onun tələb etmə hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinin birinci cümləsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bu Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Bununla da, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya 998,62 manat məbləğində pul vəsaitini qaytarmaması nəticəsində, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozduğuna görə, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 998,62 manat məbləğində pul, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 60 manat məbləğində mediasiya xərci və iddia ərizəsinin tərtib edilməsinə görə vəkilə ödənilmiş 120 manat pul vəsaiti olmaqla, cəmi 1179,62 manat məbləğində pul vəsaiti tutularaq ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 998,62 manat məbləğində pul, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 61 manat məbləğində mediasiya xərci və iddia ərizəsinin tərtib edilməsinə görə vəkilə ödənilmiş 120 manat pul vəsaiti olmaqla, cəmi 1179,62 (bir min yüz yetmiş doqquz manat altmış iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-526/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-526/2025
03.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver