Məhkəmə qərarları › İş №2(063)-605/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-605/2024

30.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-605/2024 30.07.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunu ödəməkdən azad edilmə” tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment borcunu ödəməkdən azad edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ucar Rayon Məhkəməsinin 31 oktyabr 2011-ci il tarixli, 2(063)-433/2011 saylı icra sənədi üzrə 6960 (altı min doqquz yüz altmış) manat aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək Ucar Rayon Məhkəməsinin 31 oktyabr 2011-ci il tarixli, 2(063)-433/ saylı icra sənədi üzrə 3800 manat ödənilməmiş aliment borcunun silinməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Ucar Rayon Məhkəməsinin 06 oktyabr 2010-cu il tarixli, 2(063)-130/2010 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında olan rəsmi nikahın pozulması və birgə nikahlarından doğulmuş 03 fevral 2002-ci il təvəllüdlü X2, 28 oktyabr 2003-cü il təvəllüdlü X3 və 29 sentyabr 2007-ci il təvəllüdlü X1 cavabdehin yanında qalması qət edilmişdir. Bu Məhkəmənin 31 oktyabr 2011-ci il tarixli, 2(063)-433/2011 saylı qətnaməsinə əsasən 28 oktyabr 2003-cü il tarixdə doğulmuş Rəvanın və 29 sentyabr 2007-ci il tarixdə doğulmuş Fikrətin yetkinlik yaşına çatana kimi saxlanılması üçün 31 oktyabr 2011-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 40 manat olmaqla, cəmi 80 (səksən) manat sabit pul məbləğində alimentin ondan tutularaq X4 xeyrinə ödənilməsi qət edilmişdir. Həmin vaxt cavabdeh ilə birgə nikahlarından olan 03 fevral 2002-ci il təvəllüdlü X6 onun yanında yaşadığından onun saxlanması üçün aliment müəyyən olunmamışdır. Cavabdeh 26 avqust 2014-cü il tarixdə ərizə ilə Ucar Rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək icra vərəqəsinin icrasının dayandırılmasını xahiş etmişdir. Bu səbəbdən də, Ucar Rayon Məhkəməsinin 8(063)-61/2014 saylı qərardadına əsasən barəsində olan Ucar Rayon Məhkəməsinin 31 oktyabr 2011-ci il tarixli, 2(063)-433/2011 saylı icra sənədi üzrə icraat dayandırılmışdır. Eyni zamanda onu da qeyd etmişdir ki, 03 fevral 2002-ci il təvəllüdlü X6, 28 oktyabr 2003cü il təvəllüdlü X7 2013-cü ildən onun himayəsində yaşamasına baxmayaraq, cavabdeh 2014-cü ildən icraatı dayandırılmış icra sənədi üzrə bu günə kimi yığılmış aliment borcunu tələb edir. Bundan əlavə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ucar Rayon İcra X12 18 dekabr 2023-cü il tarixli, 363 nömrəli məktubunda da 18 dekabr 2023-cü il tarixədək 6960 manat aliment borcunun olduğu göstərilib. Eyni zamanda, o, mediasiya qurumuna müraciət edərək, 50 manat mediasiya xərcini ödəmiş, lakin, cavabdeh 03 fevral 2024-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etmədiyinə görə ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış verilmişdir. Odur ki, tələbin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 müdafiə etdiyi iddia ərizəsində (tələbin həcminin azaldılması həddində) göstərilənləri təsdiq etməklə yanaşı, əlavə olaraq izahatında göstərdi ki, Ucar Rayon İcra X12 təqdim etdiyi 30 iyul 2024-cü il tarixli arayışdan da göründüyü kimi, Rəvan adlı uşağa görə 2013-cü ilin noyabr ayından uşağın yetkinlik yaşına çanatadək (28 oktyabr 2021-ci il tarixədək) 3800 manat ödənilməmiş aliment borcu vardır. Odur ki, sonuncu iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, hüquqlarını müdafiə və təmsil etdiyi cavabdeh tərəfindən yazılmaqla imzalanmış 26 avqust 2014-cü il tarixli ərizə ilə icra üzrə icraatın dayandırılmış, lakin, 28 oktyabr 2003-cü il təvəllüdlü Rəvan 2013-cü ilin noyabr ayından 2016-cı ilin oktyabr ayına qədər anası Cavabdeh yanında və himayəsində olmuşdur. Ona görə də hesab edir ki, 28 oktyabr 2003-cü il təvəllüdlü Rəvana münasibətdə yaranmış aliment borcunun hesablanması 2016-cı ilin oktyabr ayının sonundan başlamaqla uşağın yetkinlik yaşına çatana qədər (28 oktyabr 2021-ci il tarixədək) olan müddəti əhatə etməlidir. Həmin müddət çərçivəsində mövcud aliment borcu isə cəmi 960 manat təşkil etmişdir. Odur ki, iddianı göstərilən hissədə qəbul etməklə, qalan hissədə isə qəbul etməməklə iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasına etriaz etmir. Məhkəmə, tərəflərin nümayəndələri və vəkillərinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Ucar Rayon Məhkəməsinin 31 oktyabr 2011-ci il tarixli, 2(063)-433/2011 nömrəli qətnaməsinin surətindən görünür ki, 28 oktyabr 2003-cü il təvəllüdlü X3 və 29 sentyabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 31 oktyabr 2011-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 40 manat olmaqla, cəmi 80 (səksən) manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan qanuni qüvvəsini almış Ucar Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(063)-903/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, sözügedən qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 29 sentyabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ucar Rayon Məhkəməsinin 31 oktyabr 2011-ci il tarixli, 2(063)-433/2011 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan Cavabdeh tərəfindən Ucar rayon icra qrupuna ünvanlanmış 26 avqust 2014-cü il tarixli ərizədən görünür ki, Ucar Rayon Məhkəməsinin qərarına əsasən 2 uşağın saxlanması üçün İddiaçı hər ay 80 manat aliment almağı qət olunmuşdur. 2013-cü ilin noybar ayına kimi aliment tam ödənilmişdir və onun himayəsində olan Rəvan adlı oğlu 2013-cü ilin noyabr ayından atası İddiaçı himayəsindədir. Belə ki, üç uşaqdan Fikrət adlı uşaq onun, Rəvan və Xumar adlı uşaqlar isə atasının himayəsindədirlər. Ona görə də alimentin tutulmasına dair icra vərəqəsinin icrasının dayandırılmasını xahiş etmişdir. İşdə olan Ucar Rayon Məhkəməsinin 08 sentyabr 2014-cü il tarixli, 8(063)-61/2014 nömrəli qərarının surətindən görünür ki, borclu İddiaçı barəsində olan Ucar Rayon Məhkəməsinin 31 oktyabr 2011-ci il tarixli, 2-(063)-433/2011 saylı icra sənədi üzrə icraatın dayandırılması qərara alınmışdır. İşdə olan Ucar rayon icra X12 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə1 ünvanlanmış 30 iyul 2024-cü il tarixli, 314785/2023-54-9-001 nömrəli məktubunda göstərilmişdir ki, Ucar Rayon Məhkəməsinin 31 oktyabr 2011-ci il tarixli, 2(063)-433/2011 nömrəli icra sənədinə əsasən İddiaçı 31 oktyabr 2011-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 80 manat, hər uşağa 40 manat aliment tutulub 28 oktyabr 2003-cü ildə anadan olmuş Rəvanın və 29 sentyabr 2007-ci ildə anadan olmuş Fikrətin yetkinlik yaşına çatana kimi saxlanılması üçün X5 ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə borclu İddiaçı tələbkar X5 Rəvan adlı uşağa görə 2013-cü ilin noyabr ayından tələbkarın ərizə verdiyi tərixə qədər (2014-cü ilin avqust ayına qədər) 360 manat, 2013-cü ilin noyabr ayından uşağın yetkinlik yaşına çatanadək (28 oktyabr 2021-ci il tarixədək) 3800 manat ödənilməmiş aliment borcu vardır. Hazırda borclu İddiaçı 28 oktyabr 2003-cü ildə doğulmuş Rəvan adlı uşağın saxlanması üçün hesablanmış aliment borcu cəmi 3800 manat təşkil edir. İşdə olan mötəbər sənədlərdən görünür ki, iddiaçı ailə münasibətlərindən irəli gələn mübahisə üzrə mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəməklə, yanaşı dövlət rüsumuna görə 90 manat vəsait də sərf etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, qanuni qüvvəsini almış Ucar Rayon Məhkəməsinin 31 oktyabr 2011-ci il tarixli, 2(063)-433/2011 nömrəli qətnaməsinə əsasən 28 oktyabr 2003-cü il təvəllüdlü X3 və 29 sentyabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 31 oktyabr 2011-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 40 (qırx) manat olmaqla, cəmi 80 (səksən) manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi qət edilmişdir. Lakin, sonradan cavabdeh X8 ərizə ilə Ucar rayon icra qrupuna müraciət edərək Ucar Rayon Məhkəməsinin 31 oktyabr 2011-ci il tarixli, 2-(063)-433/2011 saylı icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bu səbəbdən də, Ucar Rayon Məhkəməsinin 08 sentyabr 2014-cü il tarixli, 8(063)-61/2014 nömrəli qərarı ilə borclu İddiaçı barəsində olan Ucar Rayon Məhkəməsinin 31 oktyabr 2011-ci il tarixli, 2-(063)-433/2011 saylı icra sənədi üzrə icraat dayandırılmışdır. Buna baxmayaraq, 28 oktyabr 2003-cü il təvəllüdlü Rəvan görə 2013-cü ilin noyabr ayından uşağın yetkinlik yaşına çatanadək yəni, 28 oktyabr 2021-ci il tarixədək 3800 manat ödənilməmiş aliment borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə almaqla hesab edir ki, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirə bilmişdir. Lakin, cavabdeh tərəf isə iddiaya qarşı göstərdiklərinin əsası olan halları sübut edə bilcək mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Ailə qanunvericiliyindən göründüyü kimi məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bundan əlavə, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı Ucar Rayon Məhkəməsinin 31 oktyabr 2011-ci il tarixli, 2(063)-433/2011 saylı icra sənədi üzrə 2013-cü ilin noyabr ayından 28 oktyabr 2021-ci il tarixədək olan müddət ərzində hesablanmış 3800 manat aliment borcunu ödəməkdən azad edilməlidir. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi və iddia tələbi üzrə ödənilmiş cəmi 140 manat məhkəmə xərci iddia ərizəsində və məhkəmə baxışında cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Ucar Rayon Məhkəməsinin 31 oktyabr 2011-ci il tarixli, 2(063)-433/2011 saylı icra sənədi üzrə 2013-cü ilin noyabr ayından 28 oktyabr 2021-ci il tarixədək olan müddət ərzində hesablanmış 3800 manat aliment borcunu ödəməkdən azad edilsin. Mediasiya xidmətinin göstərilməsi və iddia tələbi üzrə ödənilmiş cəmi 140 manat məhkəmə xərci İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar