Məhkəmə qərarları › İş №2(064)-1199/2025

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1199/2025

25.04.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1199/2025 25.04.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, İddiaçı cavabdeh “Füzuli Rayonu Mərkəzi Xəstəxanasına qarşı “işdən çıxarkən son haqq hesab pulunun düzgün hesablanması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh “Füzuli Rayonu Mərkəzi Xəstəxanasına qarşı“işdən çıxarkən son haqq hesab pulunun düzgün hesablanması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmalıdır. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək onun xx.xx.2009-cu ildən xx.xx.2024-cü ilə kimi Füzuli Rayonu Mərkəzi Xəstəxanası RHŞ-dan son haqq hesab pulunun düzgün hesablanıb ona ödənilməsini xahiş etmişdir. Hesab edirəm ki, hazırki iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməməli, geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. İddiaçı Füzuli Rayonu Mərkəzi Xəstəxanası RHŞ-da işləməsi və cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə işdən azad edilməsini qeyd etsə də, cavabdeh təşkilatda nə vaxt işləməsi və işdən azad edilməsi halının təsdiqi üçün sübutları ərizəsinə əlavə etməmişdir. Beləliklə, təqdim edilmiş sənədlərdən onun iddiaçının Füzuli Rayonu Mərkəzi Xəstəxanası RHŞ-da işləməsi və Füzuli Rayonu Mərkəzi Xəstəxanası RHŞ-da işləməsi hallarını müəyyən etmək mümkün olmadığından, bununla da cavabdehin hərəkəti nəticəsində iddiaçının hüquq və azadlığının pozulmasının müəyyən etmək mümkün olmadığından, məhkəmələr isə hər bir şəxsin hüquqlarının müdafiəsi ilə bağlı işə baxmalı olduqlarından iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 151-ci maddəsinə uyğun tərtib edilməmiş və ona müvafiq sənədlər əlavə edilmədiyindən iddiaçıya geri qaytarılmalıdır. Hazırki iddia ərizəsinin geri qaytarılması müvafiq əmrlərin və ya müvafiq qeydlərin olduğu əmək kitabçasının müvafiq qaydada təsdiq olunmuş surətini iddia ərizəsinə əlavə etməklə ümümi qaydada təkrar məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Sadalanan xüsusatlara əsasən hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd edilən Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı cavabdeh Füzuli Rayonu Mərkəzi Xəstəxanasına qarşı “işdən çıxarkən son haqq hesab pulunun düzgün hesablanması tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar