Məhkəmə qərarları › İş №2(064)-1249/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1249/2024

22.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1249/2024 22.08.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin tutulması tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X11, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 06 iyun 2024-cü il tarixdən (yəni mediasiyaya müraciət etdiyi vaxtdan) başlayaraq cavabdehdən hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 940 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X11, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 800 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 02 fevral 2009-cu ildə Füzuli rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 22 may 2009-cu il təvəllüdlü X3, 18 oktyabr 2010-cu il təvəllüdlü X11, 17 dekabr 2012-ci il təvəllüdlü X8 və 03 sentyabr 2017-ci il təvəllüdlü X9 adlı uşaqları doğullmuşdur. Ailə münasibətləri normal olmadığından Cavabdeh tələbi ilə nikahları məhkəmənin 31 mart 2023cü il tarixli, 2(064)382/2023 saylı qətnaməsi ilə pozulmuş, uşaqları Baloğlan və Əli onun, Malik və Aysu isə Cavabdeh yanında saxlanılmışdır. Sonra onun tələbi əsasında məhkəmənin 06 iyul 2023-cü il tarixli, 2(064)948/2023 saylı qətnaməsinə əsasən 17 dekabr 2012-ci il təvəllüdlü X8 və 03 sentyabr 2017-ci il təvəllüdlü X1 Tünzalə Yusif qızından alınıb ona verilmiş və hazırda da uşaqları onun yanında yaşayırlar. Cavabdeh ayrı yaşadıqları müddətdə uşaqlarına heç bir maddi köməklik göstərməmişdir. Cavabdeh fərdi əməklə məşğul olur, gündəlik qazancı var. Ona görə də Cavabdeh uşaqları Baloğlan, Əli, Malik və Aysunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla hər ay 940 manat sabit pul məbləğində alimentin 06 iyun 2024-cü li tarixdən (yəni mediasiyaya müraciət etdiyi gündən) başlayaraq onun xeyrimə tutulmasını istəyir. O, aliment tələbi ilə bağlı mediatora müraciət etmiş, Cavabdeh mediasiya sessiyasında iştirak etməyə dəvət edilsə də, ilkin mediasiya sessiyasında iştirak etməmiş, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ona arayış verilmiş, o da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin həcmini azadılması barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbini azaldılmış həcmdə müdafiə etmiş, eyni zamanda iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, cavabdehdən uşaqların saxlanması üçün hər uşağa görə 200 manat olmaqla, cəmi 800 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə birgə nikahlarından doğulmuş uşaqlar hazırda iddiaçının yanında qalır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir, lakin həftədə bir neçə dəfə işləyərək pul qazanır. Uşaqların saxlanmasında iddiaçıya heç bir maddi köməklik göstərmir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: - doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 atası İddiaçı, anası Cavabdehdır. - Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-382/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 39 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş azyaşlı uşaqlar - xx.xx.2009-cu il təvəllüdlü Baloğlan və xx.xx.2010-cu il təvəllüdlü Əli ataları İddiaçı, xx.xx.2012-ci il təvəllüdlü Malik və xx.xx.2017-ci il təvəllüdlü Aysu anaları Cavabdeh yanında saxlanılmaları qət edilmişdir. - Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(064)-948/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, 17 dekabr 2012-ci il təvəllüdlü X5 və 03 sentyabr 2017-ci ii təvəllüdlü X4 anaları Cavabdeh alınıb ataları İddiaçı verilməsi və sonuncunun yanında qalmaları qət edilmişdir. -Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iş üzrə cavabdeh ilkin mediasiyası sesiyasında iştirak etmədiyindən mediasiya prosesinin keçirilməsi mümkün olmamış və bu barədə müvafiq arayış verilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iş üzrə tərəflərin birgə nikahlarından 4 uşaqları doğulmuşdur. Tərəflər arasında olan nikah məhkəmə qətnaməsi əsasında pozulmuş və birgə nikahdan doğulmuş uşaqların atasının yanında saxlanılması qət edilmişdir. Hazırda uşaqlar ataları ilə birlikdə yaşayırlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Lakin məhkəmə, uşaqların saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən qeyd edir ki, iddiaçı uşaqların saxlanılmaları üçün hər uşaq üçün hər ay 200 manat olmaqla, cəmi 800 manat alimentin tutulmasını tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Hər iki valideynin uşaqlarının saxlamaq vəzifəsinin olmasını, tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, hazırki halda cavabdehdən uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşaq üçün 80 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 80 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulma müddəti xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar