Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1296/2025 02.07.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Füzuli Rayon Mərkəzi X7 Şəxsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ Regional şöbəsi) qarşı “işdən çıxarkən son haqq-hesab pulunun düzgün hesablanıb ona ödənilməsi tələbi”nə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh Füzuli Rayon Mərkəzi X1rşı “işdən çıxarkən son haqq hesab pulunun düzgün hesablanıb ona ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.2009-cu ildən xx.xx.2024-cü ilə kimi Füzuli Rayon Mərkəzi X7 Şəxsindən işdən çıxdıqdan sonra son haqq-hesab pulunun düzgün hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ Regional şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Füzuli rayon Böyük Bəhmənli kəndində yaşayır. O, xx.xx.2009-cu il tarixdə əmək müqaviləsi əsasında cavabdeh Füzuli Rayon Mərkəzi X7 Şəxsində xx.xx.2024-cü il tarixinə kimi işləmişdir. İşlədiyi illər ərzində 1 dəfə əmək məzuniyyətindən ərizəsinə əsasən istifadə etmişdir. Əmək müqaviləsinə xitam verilərkən qalan illərin əmək məzuniyyətindən formalaşan son haqq-hesab pulu onun kart hesabına köçməyib. X9 Xidməti Qarabağ Regional Şöbəsi bu səbəbdən cavabdeh şəxs barəsində İXM-nin 192.4-cü maddəsi ilə inzibati icraata başlayaraq qanun pozuntularına görə inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq cərimə edilmişdir. O, son haqqhesab pulunun düzgün hesablanması barədə Füzuli rayon Mərkəzi Xəstəxanası PHŞ-yə yazılı müraciət etməyisinə baxmayaraq onun tələbi qəbul edilməmişdir. Buna görə də məcbur qalıb hüquq və qanuni mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ Regional şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, əlavə olaraq işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini qeyd edərək bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi formada baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı yazılı formada ərizə verərək işə qiyabi baxılmasına razılığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materialları tədqiq edib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Füzuli Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin nümayəndəsi ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, o, ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu səbəbdən mediasiya prosesinin keçirilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ Regional şöbəsinə İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17- 5/2-M-8324/2025 saylı məktubunda deyilir: “Sizin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək müfətişliyi Xidmətinin Qarabağ regional şöbəsinə ünvanlandığınız son haqq-hesabınızın düzgün hesablanmadığı barədəki müraciətinizə tərəfimizdən baxılmışdır. Araşdırma zamanı Füzuli rayon Mərkəzi Xəstəxanası tərəfindən təqdim olunan sənədlərə əsasən müəyyən olunmuşdur ki, Füzuli rayon X3 və təxirəsalınmaz tibbi yardım şöbəsinin işçiləri 2024-cü ilin aparılan strukturu dəyişikliklərlə əlaqədar rayon xəstəxanasında əmək müqaviləsinə xitam verilərək, Respublika Təcili və təxirəsalınmaz idarəsi ilə əmək müqaviləsi bağlanılmışdır. Təqdim edilmiş sənədlərə əsasən Sizin 01,12.2009-cu il tarixdən, X6 xx.xx.2011-ci il tarixdən, X2 xx.xx.2012-ci il tarixdən, X5 xx.xx.2009-cu il tarixdən, X13 xx.xx.2003-cü il tarixdən Füzuli MRX-da işə qəbul olunmanız, lakin hər bir işçinin bütün iş illəri üçün əmək məzuniyyətindən istifadə etmələri barədə təsdiqedici sənədlər təqdim edilməmişdir. Sizə xx.xx.2024-cü il tarixdə əmək müqavilənizə xitam verilərkən Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilmədiyi müəyyən olunmuşdur. Bu səbəbdən də tərəfimizdən cavabdeh şəxs barəsində İXM-nın 192.4-cü maddəsi ilə inzibati icraata başlanılaraq, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq cərimə tətbiq edilmişdir. Bundan əlavə Sizin və adı çəkilən digər işçilərin son haqq hesablarının əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, hesablanıb ödənilməsi üçün tərəfimizdən Füzuli MRX-nın rəhbərinə xx.xx.2025-ci tarixli 3-17-5/2-4051/2025 nömrəli göstəriş məktubu imzalanmışdır. Müraciətdə qeyd etdiyiniz məsələlər üzrə məhkəməyə müraciət etmək hüququnuz vardır.” - əmək kitabçasının surətindən görünür ki, İddiaçı Füzuli Rayon Mərkəzi X7 Şəxsində xx.xx.2024-cü il tarixinə kimi sürücü vəzifəsində işləmişdir. - İddiaçı ilə “Tibbi Ərazik Bölmələrini İdarəetmə Birliyi” X15 (TƏBİB) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 199 nömrəli yenilənmiş (yenidən tərtib edilmiş) əmək müqaviləsindən görünür ki, işçi TƏBİB-in tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan Füzuli Rayon Mərkəzi Xəstəxanası phş-nin TTTY şöbəsinin sürücüsü vəzifəsinə əsas iş yeri üzrə təyin edilmişdir. Yenilənmiş əmək müqaviləsi xx.xx.2022-ci il tarixindən müddətsiz bağlanmışdır. İşçinin xx.xx.2009-cu ildən işə qəbul edilmə tarixi dəyişdirilmədən saxlanılmışdır. - “Tibbi Ərazik Bölmələrini İdarəetmə Birliyi” X15-Füzuli Rayon Mərkəzi X7 Şəxsinin xx.xx.2024-cü il tarixli, 18-1-36/3-1-1186/2024 saylı əmrində qeyd olunur: “İddiaçı vəzifədən azad etmə Füzuli Rayon Mərkəzi Xəstəxanası phş-nin TTTY şöbəsinin sürücüsü İddiaçı ilə bağlanmış xxxxxxx000108 nömrəli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilsin. ƏM-nin 144-cü maddəsinin ikinci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətinə görə 84 təqvim günü ödənilsin və işçi ilə son haqq-hesab aparılsın. İddiaçı son haqq-hesabı, əmək kitabçası və həmin əmrin surəti ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilsin. Əsas: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işçinin təşəbbüsü ilə.” - qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 37-ci maddəsinə əsasən hər kəsin istirahət hüququ vardır. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddənin “d” bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarına aid edilmişdir. 83.4-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqqhesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 110.1-ci maddəsinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 174.2-ci maddəsinə əsasən əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər. “Ödənişli məzuniyyətlər haqqında” X4 1970-ci ildə qəbul etdiyi 30 iyun 1973-cü ildən qüvvədə olan 132 saylı Konvensiyanın 3-cü maddəsinin birinci bəndinə görə hər bir şəxs müəyyən edilmiş minimum müddətli illik ödənişli məzuniyyət hüququna malikdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2009-cu il tarixli əmək müqaviləsinə əsasən cavabdeh Füzuli Rayon Mərkəzi X7 Şəxsində sürücü vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2024-cü il tarixinə kimi həmin vəzifəni yerinə yetirmişdir. İşlədiyi illər ərzində 1 dəfə əmək məzuniyyətindən ərizəsinə əsasən istifadə etmişdir. Əmək müqaviləsinə xitam verilərkən qalan illərin əmək məzuniyyətindən formalaşan son haqq hesab pulu onun bank hesabına köçürülməmişdir. Cavabdeh tərəfindən iddiaçıya işlədiyi dövrlər ərzində çıxmadığı məzuniyyət pullarının ödənilməsi sübuta yetirilməmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, Tibbi Ərazik Bölmələrini İdarəetmə Birliyi” X15-Füzuli Rayon Mərkəzi X7 Şəxsinin xx.xx.2024-cü il tarixli, 18-1-36/3-1-1186/2024 saylı əmrində ƏM-nin 144-cü maddəsinin ikinci hissəsinə əsasən iddiaçının istifadə etmədiyi əmək məzuniyyətinə görə 84 təqvim gününün ödənilməsi qeyd olunsa da, bu ödənişlərin cavabdeh tərəfindən həyata keçirilməsinə dair hər hansısa sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bununla da, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddiaçının işlədiyi müddətə (xx.xx.2009-cu ildən xx.xx.2024-cü ilədək) uyğun olaraq cavabdeh tərəfindən ona son haqq-hesab olaraq çıxmadığı məzuniyyət pulu hesablanaraq ödənilməlidir. Bundan başqa, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.4-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməli olduğu halda işəgötürən tərəfindən qanun pozuntusuna yol verilərək ona son haqq-hesab hesablanıb ödənilməmiş, qeyd edilən pozuntularla əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən “Füzuli Rayon Mərkəzi X7 Şəxsi barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220, 238-253 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2009-cu ildən xx.xx.2024-cü ilə kimi cavabdeh Füzuli Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən son haqq hesab pulu düzgün hesablanıb İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-1296/2025
Füzuli Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(064)-1296/2025
02.07.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver