Məhkəmə qərarları › İş №2(064)-13/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-13/2025

09.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-13/2025 09.01.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı verdiyi maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, ev 31, mənzil 12-ə vurduğu zərər görə 3000 (üç min) manat və ödənilmiş dövlət rüsumuna görə 50 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılımışdır ki, o, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində yerləşən 31 saylı evin, 12 saylı mənzilin mülkiyyətçisidir. Həmin mənzilin üst mərtəbəsində yerləşən 15 saylı mənzildən onun mənzilinə dəfələrlə su axıdılmışdır. Nəticədə ona 3000 manatdan çox ziyan dəymişdir. Hal-hazırda maddi imkanı zəif olduğundan evini təmir etdirə bilmir. Cavabdeh isə mənzilin təmir edilməsinə təşəbbüs göstərməmiş, iddiaçı isə bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının nümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddiasının təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini mümkün hesab edir. İş materiallarında olan: - xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh məxsus mənzildən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, 31 saylı evin, 12 saylı mənzilinə su axıntısı faktı müəyyən edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 007426 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində yerləşən 31 saylı evin, 12 saylı mənzili İddiaçı məxsusdur. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 50 manat dövlət rüsumu ödənilmişdir. - "xxxx" MMC tərəfindən aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində yerləşən 31 saylı evin, 12 saylı mənzilinə vurulmuş zərərin dəyəri 3500 manat müəyyən olunmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev ərazisində yerləşən 31 saylı evin, 12 saylı mənzili İddiaçı adına qeydiyyata alınmışdır Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. 14.2.6-cı maddəsinə görə başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından. 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunan hüquqi aktların tələblərinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, tərəflər arasındakı mülki hüquq münasibətləri mülki hüquq pozuntusu (delikt) əsasında yaranmışdır. Belə ki, Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində yerləşən 31 saylı evin, 15 saylı mənzilindən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində yerləşən 31 saylı evin, 12 saylı mənzilinə su axıntısı faktı baş vermiş və nəticədə İddiaçıya maddi ziyan dəymişdir. "xxxx" MMC tərəfindən aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində yerləşən 31 saylı evin, 12 saylı mənzilinə vurulmuş zərərin dəyəri 3500 manat müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, zərərin dəyəri iddiaçının tələbi həddində, yəni 3000 manat müəyyən edilməklə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ziyanın dəyərləndirilməsi üçün ödənilmiş 50 manat cavabdehdən tutulmalıdır. Bundan başqa "xxxx" MMC tərəfindən verilmiş bildiriş əsasında müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. Ona görə də məhkəmə məsrəfinə görə Cavabdeh 300 (üç yüz) manat tutulub "xxxx" MMC-nin bank hesabına (VÖEN:**********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) köçürülməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tuturaq qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə maddi ziyana görə 3000 manat və ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi tutulsun. Cavabdeh 300 (üç yüz) manat tutulub "xxxx" MMC-nin bank hesabına (VÖEN:**********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar