Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1366/2024 24.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılov Elmir Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və AR ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1rşı verdiyi çıxarışın etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - İddiaçı) cavabdehlər Cavabdeh1 və AR ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AR ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən Cavabdeh1 0,35 hektar torpaq sahəsinin verilməsi barədə xx.xx.2020ci il tarixli şıxarışın etibarsız hesab edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə, saat 16:30-a təyin edilsə də, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı məhkəməyə gəlməmişdir. Cavabdehlər Cavabdeh1 və AR ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi işin mahiyyəti üzrə baxılmasını tələb etməmiş və bu barədə müvafiq ərizəni məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş İddiaçının məhkəmə iclasına gəlmədiyini, cavabdehlərin isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 263 və 264-cü maddələrini rəhbər tutaraq Məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh1 və AR ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1rşı verdiyi çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi, ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-1366/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1366/2024
24.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver