Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1375/2024 01.08.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, kreditor X1 Borclu qarşı borcun ödənilməsi barəsində məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: X2 əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 229 manat məbləğində əsas borcun və 23 manat məbləğində cərimə borcunun Borclu onun xeyrinə tutulmasına dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, kreditor ərizəsini xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən borcluya 269 manat dəyərində telefon Redmi A1+ avadanlığını 6 ay müddətinə satması ilə əsaslandırmışdır. Ərizəyə əlavə edilmiş maliyyə arayışından görünür ki, həmin maliyyə arayışı həm “X3”nun adına, həm də “X2”nun adına olan möhür ilə təsdiq edilmişdir. Bununla da, tələb etmək hüququ olan şəxsi müəyyən etmək mümkün olmur. Ümumiyyətlə, alqı-satqı müqaviləsinin predmeti olmuş əşyanın alıcıya təhvil verilməsi, bununla da alıcının satıcı qarşısında əşyanı ödəmək vəzifəsinin əmələ gəlməsinə dair sübut əlavə edilməmişdir. Bundan əlavə, işdən görünür ki, xx.xx.2024-cü il tarixli pretenziya (gecikdirilmiş borcun ödənilməsi barədə) qaydasına kreditor tərəfindən dəqiq əməl olunmasına, yəni həmin sənədin borcluya çatdırılmasına dair hər hansı sübut əlavə olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 275.1-ci maddəsinə əsasən, müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasında yol verilir. Həmin Məcəllənin 275.2-ci maddəsinə əsasən, bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 278.2-ci maddəsinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir: Həmin Məcəllənin 278.2.2-ci maddəsinə əsasən, kreditor haqqında məlumatlar: soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin və ya VÖEN nömrəsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları qeyd edilməlidir. Həmin Məcəllənin 278.2.3-cü maddəsinə əsasən, borclu haqqında məlumatlar: soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin və ya VÖEN nömrəsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları qeyd edilməlidir. Həmin Məcəllənin 278.2.4-ci maddəsinə əsasən, kreditorun tələbi və onun əsaslandığı hallar; Həmin Məcəllənin 278.2.5-ci maddəsinə əsasən, tələbin əsaslığını təsdiq edən sənədlər əlavə edilməlidir. Sadalananlara əsasən ərizənin forma və məzmununa da riayət olunmamışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, ərizəçinin ərizəsinə sadələşdirilmiş qaydada baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 279.2.2-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə əmrinin verilməsindən imtina edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, kreditor tələbini təsdiq edən sənədlərin əslini və ya qanunla müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini ərizəsinə əlavə etmədiyindən onun ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə verilməmişdir. Buna görə də məhkəmə əmrinin verilməsinə dair ərizənin məhkəmə icraatı mümkün deyildir. Odur ki, ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 280-ci maddəsinə əsasən, məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Göründüyü kimi, borclunun tələb üzrə göstərilən halları mübahisələndirə biləcəyindən, işə əmr icraatı qaydasında baxılması mümkün deyil. Göstərilən hal iddia icraatı qaydasında araşdırılaraq həll edilə bilər. Belə ki, ərizənin əsaslandığı tələb etmə hüququ barəsində mübahisə vardır. Azərbaycan Respublikası MPM-nin 279.2.3-cü maddəsinə əsasən, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Qeyd olunan qanunvericilik aktı normasına əsasən hesab edirəm ki, tələb aşkar olmadığından və borclu tərəfindən mübahisə edilə biləcəyindən, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları alınmadan göstərilən halları müəyyən etmək və mövcud ərizə üzrə məhkəmə əmri qəbul etmək mümkün deyildir. Odur ki, məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2.1-ci maddəsinə əsasən, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Sadalanan qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, kreditorun mövcud pul tələbinin borclunun mübahisə edilməyən vəzifəsinə aid olması aşkar olmadığından, buna görə də məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları alınmadan göstərilən halı müəyyən etmək və mövcud ərizə üzrə məhkəmə əmri qəbul etmək mümkün olmadığından, məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 279, 263-264-cü maddələrini rəhbər tutaraq qəraraaldım: X1 - 229 manat məbləğində əsas borcun və 23 manat məbləğində cərimə borcunun Borclu onun xeyrinə tutulmasına dair məhkəmə əmrinin verilməsi barəsində ərizəsinin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Səkinəxanım Məmmədli.
Məhkəmə qərarları › İş №2(064)-1375/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1375/2024
01.08.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver