Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-14/2023 15.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh 1100 manat qızıl pulunun və 12000 manat dəyərində ailəsinin ona vermiş olduğu cehiz plunun iddiaçının xeyirinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixinə saat 15:15-ə təyin olunmuşdur. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Odur ki, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPMin 259.0.11, 263-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.
2. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın.
3. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Horadiz şəhəri Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədirlik edən: Yaşar Həşimov