Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-158/2023 17.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı və nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cehiz, qızıl-zinət əşyalarının qaytarılması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı cehiz, qızıl-zinət əşyalarının qaytarılması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aşağıdakıları xahiş etmişdir: - qızıl-zinət əşyaları: çəkisi 16 qram qiyməti 1280 manat olan 1 ədəd brilyant boyunbağı, çəkisi 8 qram qiyməti 640 manat olan 1 ədəd bilərzik, çəkisi 9 qram qiyməti 720 manat olan 1 cüt sırğa, çəkisi 5.4 qram qiyməti 432 manat olan bir ədəd üzük, çəkisi 5.2 qram qiyməti 416 manat olan bir ədəd üzük, çəkisi 6 qram qiyməti 480 manat olan bir çüt sırğa, çəkisi 1.25 qram qiyməti 200 manat olan bir çüt sırğa, çəkisi 4 qram qiyməti 320 manat olan bir çüt sırğa, çəkisi 16 qram qiyməti 1280 manat olan bir ədəd boyunbağı, çəkisi 7 qram qiyməti 560 manat olan bir ədəd brilyant qaşlı nişan üzüyü, çəkisi 4 qram qiyməti 320 manat olan bir çüt sırğa, çəkisi 3 qram qiyməti 240 manat olan bir çüt sırğa, çəkisi 7.6 qram qiyməti 76 manat olan bir çüt gümüş sırğa, çəkisi 8 qram qiyməti 80 manat olan bir cüt gümüş üzük, cəmi 7.364 manat dəyərində; - mebel əşyaları: qiyməti 364 manat olan bir ədəd şifoner, qiyməti 312 manat olan bir ədəd iki nəfərlik taxt, qiyməti 143 manat olan bir ədəd termo, qiyməti 117 manat olan bir ədəd kamod, qiyməti 299 manat olan bir ədəd stol-stul dəsti, qiyməti 676 manat olan bir ədəd servant, qiyməti 780 manat olan bir ədəd divan-kreslo dəsti, qiyməti 273 manat olan bir ədəd qorka, qiyməti 35,75 manat olan bir ədəd jurnal stolu, qiyməti 58,50 manat olan bir ədəd tək nəfərlik çarpayı, qiyməti 22,75 manat olan bir ədəd səyyar çarpayı, qiyməti 42,25 manat olan bir ədəd televizor altılığı, qiyməti 28,60 manat olan bir ədəd karniz, cəmi 3.151,85 manat dəyərində; - elektrik məişət əşyaları: qiyməti 229,50 manat olan bir ədəd “Eurolux” markalı televizor, qiyməti 244,80 manat olan bir ədəd “Eurolux” markalı paltaryuyan maşın, qiyməti 331,50 manat olan bir ədəd “LG” markalı soyuducu, qiyməti 33,15 manat olan bir ədəd ətçəkən, qiyməti 61,20 manat olan bir ədəd ütü olmaqla cəmi 1.144.95 manat; - qab-qacaq: qiyməti 165 manat olan bir ədəd 6 nəfərlik yemək serviz dəsti, qiyməti 44 manat olan 2 ədəd xrustal qəndqabı, qiyməti qiyməti 48 manat olan 1 ədəd 12 nəfərlik stəkan-nəlbəki dəsti, qiyməti 48 manat olan 1 ədəd 12 nəfərlik boşqab dəsti, qiyməti 24 manat olan bir ədəd sadə boşqab dəsti, qiyməti 32 manat olan 4 ədəd şüşə qəndqabı, qiyməti 45 manat olan 3 ədəd dəm çayniki, qiyməti 50 manat olan 2 ədəd minalı çaynik, qiyməti 120 manat olan 1 ədəd 6 dənəlik qazan dəsti, qiyməti 65 manat olan bir ədəd 3 dənəlik yeməksaxlama qabı, qiyməti 36 manat olan bir ədəd 24 nəfərlik sadə stəkannəlbəki dəsti, qiyməti 32 manat olan bir ədəd 12 nəfərlik çəngəl-qaşıq-bıçaq dəsti, qiyməti 48 manat olan bir ədəd 12 nəfərlik mətbəx dəsti, cəmi 757 manat dəyərində; - yatacaq ləvazimatı və yumşaq əşyalar: qiyməti 792 manat olan 5 ədəd böyük xalça, qiyməti 216 manat olan 2 ədəd kiçik xalça, qiyməti 140,40 manat olan 3 ədəd pərdə, qiyməti 64,80 manat olan 3 ədəd jalüz, qiyməti 77,76 manat olan 6 ədəd yastıq, qiyməti 194,40 manat olan 6 ədəd döşək, qiyməti 237,60 manat olan 6 ədəd yorğan, qiyməti 50,40 manat olan 2 ədəd yun ədyal, qiyməti 86,40 manat olan 2 ədəd ədyal (çarpayı örtüyü), qiyməti 36 manat olan 2 ədəd uşaq çarpayısı üçün örtük, qiyməti 25,92 manat olan 3 ədəd uşaq üçün yataq dəsti, qiyməti 34,56 manat olan 6 ədəd kiçik dəsmal, qiyməti 51,84 manat olan 6 ədəd böyük dəsmal, qiyməti 51,84 manat olan 12 ədəd çay dəsmalı, qiyməti 34,56 manat olan 8 ədəd yastıq üzü, qiyməti 17,28 manat olan 3 ədəd döşək ağı, qiyməti 46,08 manat olan 2 ədəd nazik taxt örtüyü, qiyməti 86.40 manat olan 3 ədəd qalın taxt örtüyü, cəmi 2.244,24 manat olmaqla bu əşyaların özünün, özləri olmadıqda dəyərinin, yəni 14.503,07 manat pulun və birgə yaşayış dövründə əldə olunmuş əmlakın - 2 ədəd “KAMAZ” markalı yük maşının alınmasına sərf edilmiş 44.000 manatın yarısının, yəni 22.000 manatın və əmlakın qiymətləndirilməsi üçün ödədiyi 185 manatın tutularaq ona verilməsini. İddiaçı iddia ərizəsini bununla əsaslandırmışdır ki, o, Cavabdeh ilə el adəti ilə 2015-ci ilin iyunun 17-də toy edərək ailə qurmuşdur. Nikahlarını 14 fevral 2016-cı il tarixdə Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 347 nömrə ilə qeyd edilmişdir. Evli olduğu müddətdə 24 mart 2016-cı il tarixdə X3, 28 aprel 2017-ci il tarixdə X4 və 01 yanvar 2021-ci il tarixdə X5 adlı övladları dünyaya gəlmişdir. Cavabdeh öz hərəkətləri ilə ailəsinin dağılmasına səbəb olmuşdur. Həm onun, həm də cavabdehin iddiası üzrə Füzuli Rayon Məhkəməsində 17 oktyabr 2022-ci il tarixdə 2(064)-1063/2022 saylı qətnamə əsasında nikah pozulmuş, azyaşlı uşaqları məhkəmənin qərarı ilə atasından alınıb ona verilmişdir. Toy olduqdan sonra o, Turalın və onun valideynlərinin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində məcburi köçkün kimi məskunlaşdıqları evə gəlin köçmüşdür. Sonra 2018-ci ildə Dövlət tərəfindən Tural və ona ayrı ailə kimi Sumqayıt şəhərində Qaçqınlar şəhərciyində ev vermişlər və onlar orada yaşamağa başlamışlar. Onun valideynləri isə həmin şəhərcikdə yaxınlıqda ayrı ev aldılar, lakin Turalın valideynlərinin Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində özlərinə məxsus evləri vardır, onlar həmin evdə yaşayırdılar. Məcburi köçkün kimi onlara verilmiş mənzildən istifadə etmirdilər. Onun bütün cehiz və qızıl-zinət əşyaları, hətta gündəlik geyimləri belə Cavabdeh ilə birgə yaşadığı Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən onlara verilmiş Sumqayıt şəhəri, Stansiya Sumqayıt deyilən ərazidə yerləşən Qaçqınlar şəhərciyindəki 3-cü binadakı 2-ci mənzildə qalmışdır. Belə ki, o, həmin evdən ailədaxili münaqişə nəticəsində 19 fevral 2022-ci il tarixdə faktiki olaraq polis şöbəsinə aparılmış, təxminən bir sutkadan artıq polis şöbəsində qaldıqdan sonra isə evinə qayıtmadan birbaşa atasıgilə Füzuli rayonuna gəlmişdir. Həmin vaxtan o, cavabdehin onu ölümlə hədələməsi səbəbindən cehiz əşyalarını olduğu evinə gedə bilməmişdir. Nikahın pozulması ilə bağlı işi məhkəmədə davam edərkən o, cavabdehdən cehiz və qızıl-zinət əşyalarının özünə qaytarılmasını xahiş etsə də, cavabdeh heç nə verməyəcəyini, həmin əşyaları məhv edəcəyini deyir. Bununla bağlı cavabdehlə “WhatsApp” proqramı vasitəsi ilə danışarkən o, bunları ona deyib. Həmçinin 19 fevral 2022-ci il tarixdə onun yaşadığı evdən necə çıxdığı, sonra ora qayıtmadığı cavabdehin özünün və onun nikahın pozulması işinə baxılarkən məhkəməyə təqdim etdiyi şahidlərinin tərəfindən də bildirilmişdir. Təbii ki, belə vəziyyətdə o, cavabdehin və onun qohumlarının üzərinə atdıqları şərdən qurtarmaq üçün ancaq canını götürüb qaçmış və bütün əşyaları həmin evdə qalıb. Cavabdeh şəxsi yük maşınları ilə Sumqayıt daş bazarından ölkənin müxtəlif şəhər və rayonlarına tikintidə istifadə olunması üçün daş daşınması və satışı ilə məşğuldur. Nikahın pozulması ilə bağlı məhkəmə içlaslarında özü də bunu etiraf etmişdir. Cavabdeh onların rəsmi nikahla birgə yaşadığı dövrdə, biri 2021-ci ildə, digəri 2022-ci ildə olmaqla 2 ədəd “KAMAZ” (EURO) yük maşını satın almışdır. Həmin yük maşınlarını ala bilməsi üçün o, və uşaqları həmin vaxt bütün məhrumiyyətlərə dözmüş, boğazlarından kəsmişdir ki, Tural ailə başçısı kimi bu yük maşınlarını ala bilsin, ümid etmişdir ki, onları da icarəyə verərək ailəsi üçün əlavə gəlir əldə edəcək. Həmin yük maşınlarına onların ailə büdcəsindən təxminən 80 min manat pul xərclənib, lakin pulun miqdarı ilə bağlı sübut təqdim edə bilmədiyindən iddia tələbini bu hissədə qiymətləndirmə rəyində göstərilmiş aşağı qiymətlə əhatə edir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsinə oxşar məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı həmçinin bildirdi ki, o, sonuncu dəfə 19-20 fevral 2022-ci il tarixdə münaqişə zəminində evdən çıxıb polis şöbəsinə getmiş və bir daha həmin evə qayıtmamışdır. Belə bir şəraitdə evdən çıxarkən təbii ki, İddiaçı qızıl-zinət əşyalarını özü ilə götürüb apara bilməzdi. İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsində qeyd edilənlərlə oxşar məzmunda izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Nümayəndə bildirdi ki, İddiaçı sonuncu dəfə 19-20 fevral 2022-ci il tarixdə münaqişə zəminində evdən çıxıb getmiş və bir daha həmin evə qayıtmamışdır. Belə bir şəraitdə evdən çıxarkən təbii ki, İddiaçı qızıl-zinət əşyalarını özü ilə götürüb apara bilməzdi. Sonradan İddiaçı əri Cavabdehla telefonla danışarkən Tural Gülnarəyə “qızılları haqqın kimi götürüb aparardın da” sözlərini demiş və bununla da etiraf etmişdir ki, qızıl-zinət əşyaları ondadır. Əlavə olaraq bildirir ki, ərizədə qeyd olunan çəkisi 3 qram qiyməti 240 manat bir cüt sırğanın bir tayı itdiyindən digər tayının qaytarılmasını tələb edir. Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddia ərizəsinin birinci abzasında qeyd olunan qızıl-zinət əşyalarından qiyməti 200 manat olan bir cüt sırğa və 320 manat olan (qızlarına anası aldığı) sırğa, qiyməti 480 manat olan sırğa (Gülnarənin anasının ona aldığı), eləcə də qiyməti 240 manat olan sırğanın bir tayı, iki ədəd gümüş üzük hazırda onda evdədir. Digər qızıl-zinət əşyalarını isə o, görməmişdir. Bibisi Xuramanın ona dediyinə görə Gülnarə sonuncu dəfə 19 fevral 2022-ci il tarixdə evdən çıxıb gedərkən qızılları topa şəklində onun cibinə qoymuş və sonradan götürüb getmişdir. 19 fevral 2022-ci il tarxidən sonra Gülnarə bir daha evə qayıtmamışdır. Həmin gün Gülnarə bir sumka paltar aparmaq istəyərkən anası icazə verməmişdir. Paltarları Gülnarənin qardaşı İlkin götürmək istəmişdir. Bundan başqa, ərizənin 3-cü bəndində qeyd olunan “Eurolux” markalı televizor və paltaryuyan maşını, həmçinin “LG” markalı soyuducunu valideynləri müvəqqəti istifadə etmək üçün ona vermişdilər. Bundan başqa, ərizənin 5-ci abzasında qeyd olunan əşyalardan cəmi 5 xalça, o cümlədən 2 böyük, 3 balaca xalça olmuşdur. Bundan başqa, 2 ədəd “Kamaz” markalı avtomobil atası və qardaşının şəxsi vəsaitləri hesabına alınmışdır. Gülnarə ilə aralarındakı danışıqda o, Gülnarəyə “qızıllarını haqqın kimi aparmısan” sözlərini demişdir. Odur ki, iddia tələbinin qismən təmin olunmasını xahiş edir. Cavabdeh nümayəndəsi Vəkil cavabdehlə oxşar məzmunlu izahat verdi və iddianın qismən təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: AZ-T № 041934 nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 arasında 14 fevral 2016-cı il tarixdə 347 nömrə ilə nikah bağlanmışdır. Nikahdan sonra ərə Qurbanov, arvada Qurbanova soyadı verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 67 saylı qiymətləndirmə rəyindən görünür ki, iddiaç İddiaçı tələb etdiyi əmlaklar iddia ərizəsində göstərilən dəyərdə qiymətləndirilmişdir. Rəyə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən bu xidmətə görə 185 manat ödənilmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-1063/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 fevral 2016-cı il tarixində 347 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Tərəflərin birgə nikahlarından doğulmuş azyaşlılar - xx.xx.2016-cı il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2021-ci il təvəllüdlü X5 anaları İddiaçı yanında qalmışlar. Abşeron RPİ TŞ-nin təhqiqatçısı polis mayoru F.Səfərovun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, 19 fevral 2022-ci il tarixdə İddiaçı əri Cavabdeh tərəfindən döyülərək evdən qovulması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Cavabdeh barəsində AR İXM-in 157-ci maddəsi ilə inzibati tədbirlərin görülməsi Abşeron RPİ İTŞ-yə həvalə edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş səsyazma tərəflərin iştirakları ilə dinlənilərkən müəyyən edilmişdir ki, Cavabdeh telefon danışığında İddiaçı “qızılları haqqın kimi götürüb aparardın da” sözlərini demişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən tərəflərin izahatları ilə müəyyən edilir ki, cavabdeh tərəf iddia ərizəsinin birinci abzasında sadalanan qızıl-zinət əşyalarının mövcudluğunu, İddiaçı hədiyyə alındığını və dəyərini mübahisələndirməmişdir. Belə ki, Cavabdeh məhkəmə iclasında iddia tələbini bu hissədə qismən qəbul edərək bildirdi ki, iddia ərizəsinin birinci abzasında qeyd olunan qızıl-zinət əşylaraından qiyməti 200 manat olan bir cüt sırğa və 320 manat olan (qızlarına anası aldığı) sırğa, qiyməti 480 manat olan sırğa (Gülnarənin anasının ona aldığı), eləcə də qiyməti 240 manat olan sırğanın bir tayı, iki ədəd gümüş üzük hazırda onda evdədir. Digər qızıl-zinət əşyalarını isə o, görməmişdir. Bibisi Xuramanın ona dediyinə görə Gülnarə sonuncu dəfə 19 fevral 2022ci il tarixdə evdən çıxıb gedərkən qızılları topa şəklində onun cibinə qoymuş və sonradan götürüb getmişdir. 19 fevral 2022-ci il tarxidən sonra Gülnarə bir daha evə qayıtmamışdır. Həmin gün Gülnarə bir sumka paltar aparmaq istəyərkən anası icazə verməmişdir. Paltarları Gülnarənin qardaşı İlkin götürmək istəmişdir. Tərəflərin izahatları və Abşeron RPİ TŞ-nin təhqiqatçısı polis mayoru F.Səfərovun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə müəyyən edilir ki, İddiaçı 19 fevral 2022ci il tarixdə cavabdeh əri Cavabdeh tərəfindən döyülərək evdən qovulmuş və bir daha evə qayıtmamışdır. Bu hal məhkəməyə onu əminliklə deməyə əsas verir ki, İddiaçı belə bir vəziyyətdə qızıl-zinət əşyalarını özü ilə götürüb apara bilməzdi. Odur ki, məhkəmə Cavabdeh “bibisi Xuramanın ona dediyinə görə Gülnarə sonuncu dəfə 19 fevral 2022-ci il tarixdə evdən çıxıb gedərkən qızılları topa şəklində onun cibinə qoymuş və sonradan götürüb getmişdir” məzmunlu izahatını inandırıcı hesab etmir. Bununla yanaşı, İddiaçı tərəfindən təqdim edilmiş səsyazma (8-8:30 dəqiqə) tərəflərin iştirakları ilə dinlənilərkən müəyyən edilmişdir ki, Cavabdeh telefon danışığında İddiaçı “qızılları haqqın kimi götürüb aparardın da” sözlərini demişdir. Lakin Cavabdeh məhkəmə iclasında bu səsyazmaya belə münasibət bildirdi ki, Gülnarə ilə aralarındakı danışıqda o, Gülnarəyə “qızıllarını haqqın kimi aparmısan” sözlərini demişdir. Tərəflər arasındakı telefon danışığının məzmunu və Cavabdeh qeyri-səmimi izahatı məhkəməyə onu deməyə əsas verir ki, ərizədə sadalanan qızıl-zinət əşyaları iddiaçı tərəfindən götürülməmiş və hazırda cavabdehin sahibliyindədir. Həmçinin iddiaçı məhkəmə iclasında ərizədə qeyd olunan çəkisi 3 qram qiyməti 240 manat bir cüt sırğanın bir tayı itdiyindən digər tayının qaytarılmasını tələb edir. Odur ki, məhkəmə 240 manat dəyərində həmin sırğanın bir tayının (və ya dəyəri 120 manatın) qaytarılmasını əsaslı hesab edir və iddia tələbini qızıl-zinət əşyalarının qaytarılması hissəsində qismən təmin etmək məcburiyyətində qalır. İddia ərizəsinin xahiş edirəm hissəsinin ücünçü abzasında sadalanan “Eurolux” markalı televizor və paltaryuyan maşın, həmçinin “LG” markalı soyuducu iddiaçı tərəfindən cehiz əşyası kimi qeyd olunsa da həqiqətən də cehiz kimi ona hədiyyə verilməsi onun tərəfindən sübut olunmamış, cavabdeh isə bu əşyaların cehiz olmadığını və valideynləri tərəfindən müvəqqəti istifadə etmək üçün ona verildiyini bildirmişdir. Odur ki, məhkəmə iddia tələbinin bu hissəsini rədd etməyi əsaslı hesab edir. Bundan başqa, İddiaçı birgə yaşayış dövründə əldə olunmuş əmlakın - 2 ədəd “KAMAZ” (EURO) yük maşının alınmasına sərf edilmiş 44.000 pulun yarısının, yəni 22.000 manatın ona verilməsini tələb etsə də cavabdeh bunu qəbul etməmiş və qeyd olunan yük avtomobillərinin atası və qardaşının şəxsi vəsaitləri hesabına alındığını bildirmişdir. Qeyd olunan əmlakların birgə nikah dövründə birgə gəlir hesabına əldə olunmasına dair mötəbər sübutlar iddiaçı tərəfindən təqdim olunmadığına görə məhkəmə iddianı bu hissədə də rədd etmək məcburiyyətində qalır. Həmçinin iddia ərizəsinin xahiş edirəm hissəsinin beşinci abzasında 5 ədəd böyük və 2 ədəd kiçik xalça olmaqla cəmi 7 ədəd xalça tələb edilsə də cavabdeh bu xalçaların sayının cəmi 5, o cümlədən 3 böyük və 2 kiçik xalça olduğunu bildirdiyindən məhkəmə cavabdehin istinad etdiyi halları qəbul etmək məcburiyyətində qalır. İddia ərizəsinin xahiş edirəm hissəsində sadalanan digər cehiz əşyaları cavabdeh tərəfindən mübahisələndirilmədiyindən məhkəmə bu əşyaların cavabdehdən alınaraq iddiaçıya verilməsini əsaslı hesab edir. Ərizədə sadalanan əşyaların dəyəri cavabdeh tərəfindən mübahisələndirilmədiyindən və bu qiymətlər "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 67 saylı qiymətləndirmə rəyində göstərildiyindən məhkəmə bu qiymətləri əsas götürməyi lazım bilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir; 225.4-cü maddəsinə əsasən, ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Bununla yanaşı, AR MPM-in 107, 115.0 və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 67 saylı qiymətləndirmə rəyinə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən bu xidmətə görə 185 manat ödənilmişdir. Odur ki, məhkəmə 185 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 357-362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus qızıl-zinət əşyaları: çəkisi 16 qram qiyməti 1280 manat olan 1 ədəd brilyant boyunbağı, çəkisi 8 qram qiyməti 640 manat olan 1 ədəd bilərzik, çəkisi 9 qram qiyməti 720 manat olan 1 cüt sırğa, çəkisi 5.4 qram qiyməti 432 manat olan bir ədəd üzük, çəkisi 5.2 qram qiyməti 416 manat olan bir ədəd üzük, çəkisi 6 qram qiyməti 480 manat olan bir çüt sırğa, çəkisi 1.25 qram qiyməti 200 manat olan bir çüt sırğa, çəkisi 4 qram qiyməti 320 manat olan bir çüt sırğa, çəkisi 16 qram qiyməti 1280 manat olan bir ədəd boyunbağı, çəkisi 7 qram qiyməti 560 manat olan bir ədəd brilyant qaşlı nişan üzüyü, çəkisi 4 qram qiyməti 320 manat olan bir çüt sırğa, çəkisi 3 qram qiyməti 240 manat olan bir çüt sırğanın bir tayı 120 manat, çəkisi 7.6 qram qiyməti 76 manat olan bir cüt gümüş sırğa, çəkisi 8 qram qiyməti 80 manat olan bir cüt gümüş üzük, mebel əşyaları: qiyməti 364 manat olan bir ədəd şifoner, qiyməti 312 manat olan bir ədəd iki nəfərlik taxt, qiyməti 143 manat olan bir ədəd termo, qiyməti 117 manat olan bir ədəd kamod, qiyməti 299 manat olan bir ədəd stol-stul dəsti, qiyməti 676 manat olan bir ədəd servant, qiyməti 780 manat olan bir ədəd divan-kreslo dəsti, qiyməti 273 manat olan bir ədəd qorka, qiyməti 35,75 manat olan bir ədəd jurnal stolu, qiyməti 58,50 manat olan bir ədəd tək nəfərlik çarpayı, qiyməti 22,75 manat olan bir ədəd səyyar çarpayı, qiyməti 42,25 manat olan bir ədəd televizor altılığı, qiyməti 28,60 manat olan bir ədəd karniz, elektrik məişət əşyaları: qiyməti 33,15 manat olan bir ədəd ətçəkən, qiyməti 61,20 manat olan bir ədəd ütü, qab-qacaq: qiyməti 165 manat olan bir ədəd 6 nəfərlik yemək serviz dəsti, qiyməti 44 manat olan 2 ədəd xrustal qəndqabı, qiyməti qiyməti 48 manat olan 1 ədəd 12 nəfərlik stəkan-nəlbəki dəsti, qiyməti 48 manat olan 1 ədəd 12 nəfərlik boşqab dəsti, qiyməti 24 manat olan bir ədəd sadə boşqab dəsti, qiyməti 32 manat olan 4 ədəd şüşə qəndqabı, qiyməti 45 manat olan 3 ədəd dəm çayniki, qiyməti 50 manat olan 2 ədəd minalı çaynik, qiyməti 120 manat olan 1 ədəd 6 dənəlik qazan dəsti, qiyməti 65 manat olan bir ədəd 3 dənəlik yeməksaxlama qabı, qiyməti 36 manat olan bir ədəd 24 nəfərlik sadə stəkannəlbəki dəsti, qiyməti 32 manat olan bir ədəd 12 nəfərlik çəngəl-qaşıq-bıçaq dəsti, qiyməti 48 manat olan bir ədəd 12 nəfərlik mətbəx dəsti, yatacaq ləvazimatı və yumşaq əşyalar: hər birinin qiyməti 158,4 manat olan 3 ədəd böyük xalça, hər birinin qiyməti 108 manat olan 2 ədəd kiçik xalça, qiyməti 140,40 manat olan 3 ədəd pərdə, qiyməti 64,80 manat olan 3 ədəd jalüz, qiyməti 77,76 manat olan 6 ədəd yastıq, qiyməti 194,40 manat olan 6 ədəd döşək, qiyməti 237,60 manat olan 6 ədəd yorğan, qiyməti 50,40 manat olan 2 ədəd yun ədyal, qiyməti 86,40 manat olan 2 ədəd ədyal (çarpayı örtüyü), qiyməti 36 manat olan 2 ədəd uşaq çarpayısı üçün örtük, qiyməti 25,92 manat olan 3 ədəd uşaq üçün yataq dəsti, qiyməti 34,56 manat olan 6 ədəd kiçik dəsmal, qiyməti 51,84 manat olan 6 ədəd böyük dəsmal, qiyməti 51,84 manat olan 12 ədəd çay dəsmalı, qiyməti 34,56 manat olan 8 ədəd yastıq üzü, qiyməti 17,28 manat olan 3 ədəd döşək ağı, qiyməti 46,08 manat olan 2 ədəd nazik taxt örtüyü, qiyməti 86.40 manat olan 3 ədəd qalın taxt örtüyü - naturada və ya bu mümkün olmadıqda onların dəyəri pulla Cavabdeh alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən mütəxəssis rəyinin alınması üçün ödənilmiş 185 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-158/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-158/2023
17.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver