Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1728/2023 30.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Həşimov Yaşar Xanoğlan oğlu, kreditor Tələbkar Borclu qarşı pulun ödənilməsinə dair məhkəmə əmrinin çıxarılması barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Kreditor Tələbkar Borclu qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək borcludan 1.075 manat əsas borcun və 107 manat cərimə borcunun tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, ərizə kreditor Tələbkar tərəfindən imzalanmamışdır. Bununla yanaşı, ərizəyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, müqavilə satıcı-kreditor Tələbkar tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası MPM-in 276.1-ci maddəsinin tələbinə görə, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanarsa, bu halda məhkəmə əmri verilə bilər. 276.2. Məhkəmə əmri aşağıdakı hallarda verilə bilər: 276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa; Kreditorun tələbinin aşkar olması dedikdə, məhkəmə əmrinin verilməsi haqqında ərizəyə əlavə olunmuş sübutların məhkəmə iclasında tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən də kreditor tərəfindən irəli sürülən pul məbləğinin alınması və ya əmlakın tələb edilməsinə dair tam əsaslığının məhkəmə üçün aşkar olması başa düşülməlidir. Tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanması dedikdə isə, burada mübahisəsiz olan bütövlükdə hüquq münasibətləri deyil, yalnız borclunun müəyyən pul məbləği ödəmək və ya əmlakı vermək vəzifəsidir ki, bu da kreditorla borclu arasında olan hüquq münasibətlərinin yalnız bir ünsürünü təşkil edir. Ona görə də, borclunun müəyyən pul məbləğini ödəmək və ya əmlakı vermək vəzifəsinin və yaxud belə bir vəzifənin mövcudluğunun hər hansı bir formada tam və ya qismən mübahisələndirilə bilməsi işə əmr qaydasında baxılmasını istina edir. Bu halda işə iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 279.2.1, 279.2.2-ci və 279.2.3-cü maddələrində göstərilir ki, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilir. Beləliklə hesab edirəm ki, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmadığından, eləcə də sübutlar məhkəmə iclasında tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən işə əmr icraatı qaydasında tam, obyektiv və hərtərəfli baxıla bilməz. Bu səbəbdən də, işə iddia icraatı qaydasında baxılmalı, kreditor T.Kərimov borclu X1 qarşı pulun ödənilməsinə dair məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul olunmasından imtina edilməli, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Kreditora izah edilməlidir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı və ya cərimə borcu azaldılmaqla kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia verməsinə mane olmur. Odur ki, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 275-281, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARVERDİM: Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilsin. Kreditor Tələbkar Borclu qarşı pulun ödənilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Kreditora izah edilsin ki, ərizə və ona əlavə edilmiş alqı-satqı müqaviləsi imzalandıqdan sonra yenidən əmr icraatı qaydasında ərizə verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-1728/2023
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1728/2023
30.08.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver