Məhkəmə qərarları › İş №2(064)-176/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-176/2023

08.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-176/2023 08.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı, nümayəndəsi X9 və vəkili X3, Cavabdeh və nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızıl- zinət əşyaları: çəkisi 14 qram, qiyməti 1372 manat olan 1 ədəd brilyant boyunbağı, çəkisi 07 qram, qiyməti 686 manat olan 1 ədəd brilyant qolbağ, çəkisi 12 qram, qiyməti 1.176 manat olan 1 ədəd tros (qızıl) boyunbağı, çəkisi 2.2 qram, qiyməti 215, 60 manat olan bir ədəd uşaq üçün qolbağı, çəkisi 1,8 qram, qiyməti 176,40 manat olan bir ədəd uşaq üçün qolbağı, çəkisi 1.2 qram, qiyməti 117,60 manat olan bir ədəd klon, çəkisi 6,4 qram, qiyməti 627,20 olan bir çüt brilyant qaşlı sırğa, çəkisi 4 qram, qiyməti 392 manat olan bir çüt qızıl sırğa, çəkisi 4,2 qram, qiyməti 411,60 manat olan bir ədəd üzük, çəkisi 1,8 qram, qiyməti 176,40 manat olan bir cüt qızıl sırğa, çəkisi 4,2 qram, qiyməti 411,60 manat olan bir ədəd brilyant qaşlı nişan üzüyü, çəkisi 3.2 qram, qiyməti 313,60 manat olan bir ədəd brilyant qaşlı üzük, çəkisi 2.8 qram, qiyməti 274,40 olan bir ədəd sadə qızıl üzük, çəkisi 3,4 qram, qiyməti 333,20 qram olan bir ədəd brilyant qaşlı üzük, çəkisi 2,3 qram, qiyməti 225,40 manat olan bir ədəd sadə qızıl üzük, çəkisi 4,2 qram, qiyməti 411,60 manat olan bir ədəd briliant qaşlı üzük, cəmi 7320, 60 manat; mebel əşyaları: qiyməti 371, 20 manat olan bir ədəd şifoner, qiyməti 204,80 manat olan bir ədəd ikinəfərlik taxt, qiyməti 96 manat olan bir ədəd termo, qiyməti 358, 40 manat olan bir ədəd servant, qiyməti 179,20 manat olan bir ədəd divan-kreslo, qiyməti, 102,40 manat olan bir ədəd beşik və qiyməti 35,20 manat olan bir ədəd ütü stolu, cəmi 1347,20 manat; elektrik məişət əşyaları: qiyməti 35,75 manat olan bir ədəd ət çəkən, qiyməti 24,75 manat olan bir ədəd ütü, qiyməti 8,25 manat olan bir ədəd qoz çəkən, qiyməti 8,25 manat olan bir ədəd sacqurudan fen, cəmi 77,00 manat; taxt döşəyi, taxt yorğanı, döşək, yorğan, yastıq, döşəkçə, böyük ədyal, yay üçün böyük ədyal, pərdə, karniz, kiçik, çay və böyük dəsmalllar, iki ədəd yataq dəsti, 10 ədəd bir ədəd məxmər süfrə, 6 ədəd adi süfrə, yastıq üzü, əl dəsmalə, yataq örtüyü, bir ədəd yataq dəsti, əl dəsmalı, bir ədəd kaşmir xalça, bir ədəd qayçı, bir ədəd iynə-sap dəstindən ibarət, cəmi qiyməti 1160,96 manat olan yatacaq ləvazimatı və digər əşyalar; cəmi qiyməti 1498,20 manat olan iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən müxtəlif adda qab-qacaq; hər birinin indiki bazar qiyməti 900 manat olmaqla cəmi qiyməti 2700 manat olan üç baş inək, qiyməti 800 manat olan 1 baş düyə, hər birinin qiyməti 300 manat olmaqla, cəmi qiyməti 900 manat olan üç baş buzov, cəmi 4.400 manat olmaqla həmin əmlakların özlərinin, bu mümkün olmaqdıqda isə onların əvəzi kimi cəmi 14.529,17 manat pulun Cavabdeh, oğlundan alınaraq ona verilməsi barədə qətnamə İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə rəsmi nigah qeyd edilməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü Uğur, xx.xx.2015-ci il təvəllüdlü Həsən və xx.xx.2017-ci il təvəllüdlü Sehranadında 3 uşaqları dünyaya gəlmişdir. Füzuli Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(064)-16/2021 saylı qətnaməsi əsasında nikahları pozulmuş, uşaqlar onun yanında saxlanılmışdır. Lakin cavabdehdən ayrılarkən ona toy hədiyyəsi kimi alınmış qızıl-zinət əşyaları və cehiz əmlakı cavabdehin valideynləri ilə birlikdə yaşadığı, onun gəlin köçdüyü evdə qalmışdır. Həmin qızıl-zinət əşyaları anasının ona toy hədiyyəsi kimi aldığı bir dəst sırğa-üzük, yenə anasının hədiyyə verdiyi bir dəst boyunbağı- bilərzik, mərhum nənəsinin aldığı bir üzük, bir ədəd nişan üzüyü, bibisi oğlu şəhid mayor E.Quliyevin toy hədiyyəsi kimi aldığı bir ədəd üzük, baldızı Lalənin toy hədiyyəsi kimi verdiyi bir ədəd üzük, Tümənin verdiyi üzük, cavabdehin verdiyi bir ədəd üzük, uşağın ad günündə anasının hədiyyə verdiyi bir ədəd bilərzik, cavabdehin dostu Füzulinin uşağa hədiyyə etdiyi bir ədəd qolbaq, qayınanasının toy hədiyyəsi kimi verdiyi bir ədəd tros boyunbağıdan ibarətdir. Digər cehiz əşyaları isə iddia ərizəsinə əlavə etdiyi siyahıda göstərilmişdir. Odur ki, iddiaçı iddia tələbinin təmin olunmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində qeyd edilənlərlə oxşar məzmunda izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, 2020-ci ilin sentyabr ayının əvvəllərində ər evindən çıxmışdır. Həmin gün ata və anası gəlib onu aparmışlar. Belə ki, o, əri tərəfindən zorakılığa məruz qaldığından valideynlərindən onu aparmalarını xahiş etmişdir. Evdən çıxıb getdiyi gün özünə və uşaqlarına paltar belə götürə bilməmişdir. Pandemiya və mediasiya ilə əlaqədar olaraq məhkəməyə 2 ildən sonra müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi X14 bildirdi ki, qızı Səfurə sonuncu dəfə ər evindən çıxıb gələrkən o və arvadı da orada olmuşdur. Səfurə özü ilə demək olar ki, heç bir əşya, o cümlədən uşaqlarının paltarlarını belə götürə bilməmişdir. Həmçinin Səfurənin qızıl-zinət əşyaları da ərinin evində qalmışdır. Öz evlərinə qayıdarkən qonşuluqda yaşayan bir neçə şəxs onları görmüş və nə baş verdiyini anlamışlar. İddiaçı S.Surxayevanın vəkili X8 iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddia ərizəsində sadalanan cehiz kimi göstərilən əşyalar hazırda onun yaşadığı evdədir və qorunub saxlanılır. Həmin əşyaların iddiaçının götürüb aparmasına etiraz etmir. Ərizədə qeyd olunan qızıl-zinət əşyaları isə iddiaçının özündədir. Belə ki, valideynləri ilə birlikdə evdən gedərkən özü ilə götürüb aparmışdır. İddia ərizəsində göstərilən qızıl əşyaları qiymətləndirilərkən çəkilərək yazılmışdır. Bu onu təsdiq edir ki, həmin qızıl əşyaları onların özlərindədir. Əks halda həmin əşyalar onlarda olsa idi 12 il bundan əvvəl valideynləri tərəfindən alınmış qızılın çəkisini nə cür bilib qiymətləndirmişdir. İddia ərizəsində yazılmış qızıl əşyalarının hamısı şişirdilmişdir. Onun heç vaxt mal-qarası olmamışdır. Bunu kənd icra nümayəndəsinin və heyvandarlıq idarəsinin arayışları təsdiq edir. Cavabdeh nümayəndəsi X12 da iddia tələbini qismən qəbul edərək bildirdi ki, cehiz əşyaları oğlunun yaşadığı evdədir. Lakin qızıl əşyaları onlarda deyil. İddiaçı sonuncu dəfə evdən çıxıb gedərkən qızıl əşyalarını özü ilə götürüb aparmışdır. S.Həsənov həmçinin bildirdi ki, ərizədə sadalanan əşyaların bir qismi, o cümlədən çəkisi 1,8 qram, qiyməti 176,40 manat olan bir ədəd uşaq üçün qolbağ, çəkisi 1.2 qram, qiyməti 117,60 manat olan bir ədəd klon, çəkisi 4 qram, qiyməti 392 manat olan bir cüt qızıl sırğa, çəkisi 1,8 qram, qiyməti 176,40 manat olan bir cüt qızıl sırğa, qiyməti 274,40 olan bir ədəd sadə qızıl üzük və çəkisi 3,4 qram, qiyməti 333,20 qram olan bir ədəd brilyant qaşlı üzük iddiaçıya ümumiyyətlə hədiyyə verilməmişdir, yəni iddiaçıda belə əşyalar olmamışdır. İddiaçının təşəbbüsü ilə dəvət edilmiş: X6 bildirdi ki, iddiaçı. Səfurə Surxayevanın atası Fəday onun qonşusudur. 2020-ci ilin sentyabr ayının əvvəllərində Səfurə əri ilə dalaşıb atası evinə gəlmişdi. Həmin vaxt Səfurəni o, və qonşuluqda olan digər şəxslər də görmüşdü. Belə ki, hava isti olduğundan qonşuluqda yaşayan şəxslər bayırda söhbətləşirdilər. Səfurə evə gələndə özü ilə heç nə gətirməmişdi və əynində yalnız köhnə paltarları var idi. Sonradan başa düşdülər ki, Səfurə əri ilə dalaşıb ata evinə qayıtmışdır. X2 və X10 şahid Z.Mehdiyevlə oxşar məzmunlu ifadələr Verdilər. Cavabdehin təşəbbüsü ilə dəvət olunmuş şahid Füzuli rayon İHB-nin 9 saylı Qayıdış qəsəbə icra nümayəndəsi X18 bildirdi ki, 2020-ci ilin sentyabr ayının əvvəllərində iddiaçı S.Surxayevanın atası və anası ilə birlikdə ər evindən çıxıb gedərkən tərəfləri barışdırmaq üçün cavabdehin evində olmuşdur. İddiaçı və ya onun valideynlərinin evdən gedərkən hər hansı əşya aparmasını görməmişdir. Lakin ehtimal edir ki, S.Surxayeva və valideynləri evdən gedərkən zəruri olan əşyaları özü ilə götürüb aparmışdır. Məhkəmə tərəfləri və şahidləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 35 nömrəli qiymətləndirmə rəyindən görünür ki, iddiaçının tələb etdiyi cehiz və qızıl- zinət əşyalarının dəyəri iddia ərizəsində qeyd olunan dəyərdədir. Qızıl məmulatlarına naturada baxış keçirmək mümkün olmadığından qiymətləndirmədə istifadə üçün ilkin baza göstəricisi kimi subyektiv əsaslardan istifadənin zəruriliyi yaranmışdır. Cavabdeh tərəfindən təqdim olunmuş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi Füzuli rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 111 saylı arayışından görünür ki, X5 fərdi təsərrüfatında 2013-cü ildən iri və xırda buynuzlu kənd təsərrüfatı heyvanları olmadığına görə idarənin mütəxəssisləri tərəfindən dövlər vəsaiti hesabına epizootik tədbirlər planına uyğun olan aparılan tədbirlər icra olunmamışdır. Cavabdeh tərəfindən təqdim olunmuş Füzuli rayon İHB-nin 9 saylı Qayıdış qəsəbə İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 282 saylı arayışından görünür ki, X1 rayonu, Qayıdış-9 qəsəbəsi, 153 saylı evdə yaşayır və 2013-cü ildən fərdi təsərrüfatında heç bir mal-qarası yoxdur. Cavabdeh tərəfindən təqdim olunmuş etiraz ərizəsində qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə Füzuli rayon İHB-nin 9 saylı Qayıdış qəsəbə icra nümayəndəsi A.Abasovun imzası ilə təsdiq edilmiş aktdan görünür ki, iddiaçı S.Surxayevanın atası və anası onların yaşadıqları evə gözlənilmədən gələrək qeyri-qanuni hərəkətlərə yol verərək uşaqları və Səfurəni aktı imzalayanların xahişlərinə məhəl qoymadan zorla götürüb getmişlər. Aktın 1-ci səhifəsinin sonuncu cümləsində qeyd olunur ki, gəlin S.Surxayeva və anası əvvəlcədən planlı şəkildə evə daxil olmuş, özünə məxsus sənədləri və əşyaları götürüb aparmışdır. Bu o deməkdir ki, valideynlərini evlərinə çağırıb gətizdirən iddiaçı əvvəlcədən planlaşdıraraq gözlənilmədən gəlmiş və getməyi planlaşdıran Səfurə buna əvvəlcədən hazırlaşaraq qızıl-zinət əşyalarını yığışdırmışdır. İddiaçı qızıl-zinət əşyalarını özü ilə apardığını rəsmi sənəd İcra nümayəndəliyinin yazdığı akt sübut etdiyi halda, onları ziyana salmaq məqsədilə tam əsassız olaraq qızıl-zinət əşyalarına görə nəinki iddia qaldırmışdır, hətta daha çox ziyan vurmaq məqsədilə 7 ədəd qızıl-zinət əşyasına brilyant sözünü əlavə etmişdir. Təəssüf ki, yalnız bir komplekt sırğa və üzükdə brilyant olmuş, qalan qızıl-zinət əşyalarına brilyant sözü süni çəkildə əlavə olunmuşdur. Odur ki, iddianı cehiz əşyaları olan hissədə qəbul edərək qalan hissədə rədd edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixdə Füzuli rayon İHB-nin 9 saylı Qayıdış qəsəbə icra nümayəndəsi A.Abasovun və digər şəxslərin imzaları ilə təsdiq edilmiş aktda göstərilmişdir ki,gəlin Surxayeva Səfurə və anası əvvəlcədən planlı surətdə evə daxil olmuş, lazım olan sənədləri və özünə məxsus olan əşyaları götürüb maşına qoyaraq apardılar. Məhkəmə iş üzrə bütün diqqətəlayiq halları araşdıraraq aşağıdakların qeyd olunmasını zəruri hesab edir. Cavabdeh tərəfin izahatından, eləcə də iddia tələbinə etiraz ərizəsindən görünür ki, cavabdeh iddia tələbinin cehiz əşyaları hissəsini qəbul etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbinin cehiz əşyalarının (mebel-\elektrik məişət əşyaları və s.) qaytarılması hissəsi təmin edilməklə cavabdehdən ərizədə sadalanan cehiz əşyaları naturadavə ya bu mümkün olmadıqda qiymətləndirmə rəyində göstərilən dəyərdə pulla əvəzi alınaraq iddiaçıya verilməlidir. İddia tələbinin mal-qaranın qaytarılması hissəsini isə rədd edərək məhkəmə bildirir ki, ərizədə sadalanan mal-qaranın cavabdehdə olmasını cavabdeh özü inkar etmiş, iddiaçı isə bu halı sübuta yetirə bilməmişdir. Bundan başqa, cavabdeh tərəfindən təqdim edilmiş müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlarla müəyyən edilir ki, cavabdeh F.Surxayevin fərdi təsərrüfatında 2013cü ildən iri və xırda buynuzlu kənd təsərrüfatı heyvanları olmadığına görə idarənin mütəxəssisləri tərəfindən dövlər vəsaiti hesabına epizootik tədbirlər planına uyğun olan aparılan tədbirlər icra olunmamışdır. İddia tələbinin qızıl-zinət əşyalarının qaytarılması hissəsini qismən təmin edərək məhkəmə qeyd edir ki, iddia ərizəsində sadalanan qızıl əşyalarından bir qismi, o cümlədən çəkisi 1,8 qram, qiyməti 176,40 manat olan bir ədəd uşaq üçün qolbağ, çəkisi 1.2 qram, qiyməti 117,60 manat olan bir ədəd klon, çəkisi 4 qram, qiyməti 392 manat olan bir cüt qızıl sırğa, çəkisi 1,8 qram, qiyməti 176,40 manat olan bir cüt qızıl sırğa, qiyməti 274,40 olan bir ədəd sadə qızıl üzük və çəkisi 3,4 qram, qiyməti 333,20 qram olan bir ədəd brilyant qaşlı üzüyün iddiaçıda mövcud olması (yəni hədiyyə verilməsi) cavabdeh tərəfindən mübahisələndirilmiş, iddiaçı tərəfindən təqdim olunmuş sübutlarla, o cümlədən fotoşəkillər və videogörüntülərlə bu əşyaların iddiaçının istifadə və sahibliyində olması sübuta yetirilməmişdir. Odur ki, məhkəmə iddia tələbini bu hissədə rədd etmək məcburiyyətində qalır. İddia tələbinin ərizədə sadalanan digər qızıl əşyalarının qaytarılması hissəsini təmin edərək məhkəmə qeyd edir ki, həmin qızıl-zinət əşyalarının cavabdehdə olması iddiaçı və onun nümayəndəsinin izahatları, eləcə də iddiaçının təşəbbüsü ilə dəvət edimiş şahidlərin ifadələri ilə təsdiqlənmişdir. Cavabdeh tərəf qızılların çəkisi dəqiq yazıldığına görə onların iddiaçının özündə olduğunu, belə ki, iddiaçının valideynləri ilə birlikdə evdən çıxıb gedərkən həmin qızıl əşyalarını da özü ilə götürüb apardığını bildirsə də məhkəmə cavabdeh tərəfin bu mülahizələrini səmimi və inandırıcı hesab etmir. Belə ki, iddiaçının evdən məlum şəraitdə (yəni əri tərəfindən döyülməsi) çıxıb getməsi məhkəməyə onu deməyə əsas verir ki, bu şəraitdə iddiaçının özü ilə qızıl əşyalarını götürməsi və ya aparması inandırıcı görsənmir. Bununla yanaşı, iddiaçının təşəbbüsü ilə dəvət edilmiş şahidlər iddiaçının ər evindən çıxıb ata evinə gələrkən özü ilə heç bir əşya gətirməsini görmədiklərini bildirmişlər. Cavabdehin təşəbbüsü ilə dəvət olunmuş şahid Füzuli rayon İHB-nin 9 saylı Qayıdış qəsəbə icra nümayəndəsi A.Abbasov isə 2020-ci ilin sentyabr ayının əvvəllərində iddiaçı S.Surxayevanın atası və anası ilə birlikdə ər evindən çıxıb gedərkən tərəfləri barışdırmaq üçün cavabdehin evində olduğunu, iddiaçı və ya onun valideynlərinin evdən gedərkən hər hansı əşya aparmasını görmədiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixdə Füzuli rayon İHB-nin 9 saylı Qayıdış qəsəbə icra nümayəndəsi A.Abasovun və digər şəxslərin imzaları ilə təsdiq edilmiş aktda gəlin Surxayeva Səfurə və anası əvvəlcədən planlı surətdə evə daxil olmuş, lazım olan sənədləri və özünə məxsus olan əşyaları götürüb maşına qoyaraq apardıqları qeyd olunsa da həmin əşyaların içərisində qızıl əşyalarının olub-olmaması dəqiq göstərilməmiş, şahid qismində dindirilərkən A.Abbasov iddiaçının və ya valideynlərinin evdən gedərkən hər hansı əşya aparmasını görmədiyini bildirmişdir. Həmçinin məhkəmə cavabdehin iddiaçının qızılların çəkisini dəqiq yazdığına görə onların iddiaçının özündə olmasına dair mülahizələrinə də münasibət bildirərək qeyd edir ki, qeyd olunan qızıl-zinət əşyalarının çəkisi və dəyəri iddiaçının sözləri ilə deyil, iddiaçı tərəfindən təqdim olunmuş qiymətləndirmə rəyində öz əksini tapmışdır. Digər tərəfdən həmin rəyin 2-ci bəndinin 1-ci hissəsində də qeyd olunmuşdur ki, qızıl məmulatlarına naturada baxış keçirmək mümkün olmamışdır. Belə olan halda, məhkəmə belə hesab edir ki, iddia tələbinin digər qızıl-zinət əşyalarının qaytarılması hissəsi təmin edilməklə cavabdehdən ərizədə sadalanan qızıl əşyaları naturada və ya bu mümkün olmadıqda qiymətləndirmə rəyində göstərilən dəyərdə pulla əvəzi alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunan iddia tələbinin qanuni əsasları ilə bağlı mülki və ailə qanunvericiliklərinin bir sıra normalarına isnad etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki Məcəllənin 225.3-cü maddəsinin tələbinə görə isə daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak nikah dövründəərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1 və 34.2-ci maddələri də eyni mövqeni bildirir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Məhkəməşərh olunanlara əsaslanıbvə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112, 119, 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT E T D İ : İddia qismən təmin edilsin. İddiaçı məxsus olan qızıl-zinət əşyaları-çəkisi 14 qram, qiyməti 1.372 manat olan 1 ədəd brilyant boyunbağı, çəkisi 07 qram, qiyməti 686 manat olan 1 ədəd brilyant qolbağ, çəkisi 12 qram, qiyməti 1.176 manat olan 1 ədəd tros (qızıl) boyunbağı, çəkisi 2.2 qram, qiyməti 215,60 manat olan bir ədəd uşaq üçün qolbağı, çəkisi 6,4 qram, qiyməti 627,20 olan bir çüt brilyant qaşlı sırğa, çəkisi 4,2 qram, qiyməti 411,60 manat olan bir ədəd üzük, çəkisi 4,2 qram, qiyməti 411,60 manat olan bir ədəd brilyant qaşlı nişan üzüyü, çəkisi 3.2 qram, qiyməti 313,60 manat olan bir ədəd brilyant qaşlı üzük, çəkisi 2,3 qram, qiyməti 225,40 manat olan bir ədəd sadə qızıl üzük, çəkisi 4,2 qram, qiyməti 411,60 manat olan bir ədəd brilyant qaşlı üzük, cehiz əşyaları olan mebel əşyaları: qiyməti 371,20 manat olan bir ədəd şifoner, qiyməti 204,80 manat olan bir ədəd ikinəfərlik taxt, qiyməti 96 manat olan bir ədəd termo, qiyməti 358,40 manat olan bir ədəd servant, qiyməti 179,20 manat olan bir ədəd divan-kreslo, qiyməti, 102,40 manat olan bir ədəd beşik və qiyməti 35,20 manat olan bir ədəd ütü stolu, elektrik məişət əşyaları: qiyməti 35,75 manat olan bir ədəd ət çəkən, qiyməti 24,75 manat olan bir ədəd ütü, qiyməti 8,25 manat olan bir ədəd qoz çəkən, qiyməti 8,25 manat olan bir ədəd sacqurudan fen, taxt döşəyi, taxt yorğanı, döşək, yorğan, yastıq, döşəkçə, böyük ədyal, yay üçün böyük ədyal, pərdə, karniz, kiçik, çay və böyük dəsmalllar, iki ədəd yataq dəsti, 10 ədəd bir ədəd məxmər süfrə, 6 ədəd adi süfrə, yastıq üzü, əl dəsmalı, yataq örtüyü, bir ədəd yataq dəsti, əl dəsmalı, bir ədəd kaşmir xalça, bir ədəd qayçı, bir ədəd iynə- sap dəstindən ibarət, cəmi qiyməti 1160,96 manat olan yatacaq ləvazimatı naturada, bu mümkün olmaqdıqda isə onların dəyəri pulla cavabdeh X4 alınaraq İddiaçı verilsin. İddia tələbi digər hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar