Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1772/2024 06.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 noyabr 2012-ci il təvəllüdlü X5 və 06 mart 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 28 iyun 2024-cü li tarixdən (yəni mediasiyaya müraciət etdiyi gündən) başlayaraq hər uşağa hər ay 235 manat olmaqla hər ay cəmi sabit pul məbləğində 470 manat alimentin və mediasiyaya müraciət edərkən ödədiyi 60 manat rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək tərəflərin birgə nikahından doğulmuş 24 noyabr 2012-ci il təvəllüdlü X5 və 06 mart 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay bir uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2005-ci ildə faktiki olaraq ailə qurmuş, nikahları rəsmi olaraq 23 avqust 2006-cı il tarixdə Füzuli rayon VVADQ şöbəsində qeydə alınmışdır. Birgə nikahlarından 12 oktyabr 2006-cı il tarixdə Rəsul, 24 noyabr 2012-ci il tarixdə Yusif və 06 mart 2015-ci il tarixdə Rövşən adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə ailə münasibətləri pozulub, xasiyyətləri uyğun gəlmir, aralarında mütəmadi olaraq narazılıqları olur, bir evdə yaşasalar da Eldar evə, ailəyə, uşaqlarına baxmır. Oğlu Rəsul Azərbaycan Tibb Universitetinin 2-ci kurs tələbəsidir, Bakı şəhərində kirayədə yaşayır, Yusif və Rövşən isə məktəblidir, tələbatları çoxdur, gündəlik yeməyə, paltara, həkim xərcinə və sair ödənişlərə ehtiyacları vardır. O, uşaqlarının bu tələbatlarını təkbaşına ödəməkdə çətinlik çəkir. Cavabdeh uşaqlarının saxlanılmasında ona köməklik göstərmir. Valideynləri sağ olduğu və özünün də müəllim işlədiyi vaxtlarda ailənin təminatlarını ödəyirdi, valideynləri vəfat edib, özü isə sertifikasiya imtahanından keçmədiyinə görə hazırda işləmir. Oğlu Rövşən alergiya xəstəsidir, mütəmadi dərman qəbul edir. Cavabdeh “ANAMA” təşkilatında sürücü işləyir, əmək haqqı alır, əlavə gəlirləri var. O, aliment tələbi ilə bağlı mediasiya şurasına müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirak etməyə dəvət edilsə də, ilkin mediasiya sessiyasında iştirak etməmiş, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ona arayış verilmiş, o, da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini artırılmış həcmdə müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, cavabdehdən uşaqların saxlanması üçün bir uşağa görə hər ay 250 manat olmaqla, hər ay cəmi 500 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, iddiaçının tələb etdiyi alimenti ödəməyə razıdır. O, məhkəməyə ərizə dəqdim edərək uşaqların saxlanması üçün bir uşağa görə hər ay 250 manat olmaqla, hər ay cəmi 500 manat sabit pul məbləğində alimenti iddiaçının xeyrinə ödəməyə razıdır. Məhkəmə, işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -işdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixində Füzuli rayon Qeydiyyat şöbəsində 409 nömrə ilə nikah bağlanmışdır. -doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 12 oktyabr 2006-cı il təvəllüdlü X2, 24 noyabr 2012-ci il təvəllüdlü X3 və 06 mart 2015-ci il təvəllüdlü X1 atası Cavabdeh və anası İddiaçıdır. -Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışından görünür ki, 25 iyul 2024-cü il tarixdə, saat 10:00da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin, Cavabdeh oğu ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. -cavabdehin məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, cavabdeh iddia tələbini artırılmış həcmdə qəbul edir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, tərəflər hazırda nikah münasibətlərindədirlə və onların birgə nikahlarından 3 uşaqları doğulmuşdur. Onların uşaqlarından biri 12 oktyabr 2006-cı il tarixdə doğulmuş Rəsul artıq yetkinlik yaşına çatmışdır. Digər uşaqlar 24 noyabr 2012-ci il təvəllüdlü X5 və 06 mart 2015-ci il təvəllüdlü X4 isə yetkinlik yaşlarına çatmamışlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Lakin məhkəmə, uşaqların saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən qeyd edir ki, iddiaçı uşağın saxlanılması üçün hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat alimentin tutulmasını tələb etmiş, cavabdeh isə buna etiraz etməmişdir. Məhkəmə hesab edir ki, tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən uşağların saxlanılması üçün hər ay bir uşaöğ üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment tutulması ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 24 noyabr 2012-ci il təvəllüdlü X3 və 06 mart 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddiaçı mediasiyaya müraciət edərkən 60 manat mediasiya xərci ödəmiş, həmin pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, Cavabdeh 60 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 24 noyabr 2012-ci il təvəllüdlü X5 və 06 mart 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulma müddəti xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Cavabdeh 60 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-1772/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1772/2024
06.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver