Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1899/2023 26.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlu, iddiaçı X1 Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X2 Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2018-ci il təvəllüdlü Rinat Məmmədovun və xx.xx.2021-ci il təvəllüdlü Zeynəb Məmmədovanın saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 maat olmaqla cəmi 440 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin mülki iş baxılması üçün aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi qənaətini belə əsaslandırmışdır ki, Cavabdeh yaşayış yeri Füzuli rayonu, Seyidmahmudlu kəndidir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı X1 yaşayış yeri Qazax rayonu, Aşağı Salahlı kəndidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin iddiaçının seçməsinə görə aidiyyətdən bəhs edən 36.3-cü maddəsinə əsasən, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Göründüyü kimi, himayəsində iki azyaşlı uşağı olan iddiaçı seçim hüququndan istifadə etməklə iradəsini sərbəst ifadə edərək MPM-in 36.3-cü maddəsinin tələbinə əsasən iddia ərizəsi ilə onun üçün daha əlçatan olan özünün yaşayış yeri üzrə Qazax Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının seçməsinə görə aidiyyətin müəyyən edilməsi pozulmuş və ya mübahisəli hüquqlarının məhkəmə müdafiəsinə ehtiyacı olan iddiaçıya məhkəməni seçmək üçün əlavə əlverişli hüquqi təminatlar yaradılması ilə bağlıdır. Belə ki, alternativ məhkəmə aidiyyəti konkret hallarda işlərə iştirakçılar üçün daha rahat şəraitdə, səmərəli qaydada baxmağa imkan verir. Bununla yanaşı, alimentin tutulmasına dair iddia ərizəsinin iddiaçının yaşadığı yerə görə verilə bilməsi iddiaçı ilə yanaşı, həm də onun himayəsində olan azyaşlı uşaqların mühüm hüquqlarının və qanuni maraqlarının müdafiəsini asanlaşdıran prosessual güzəşt kimi də qiymətləndirilməlidir. Odur ki, qeyd olunanları nəzərə alıb məhkəmə hesab edir ki, iddiaçı T.Kamilovanın Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi üzrə məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduğundan, həmin məsələnin həll edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsində deyilir ki, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 35.1, 44, 45, 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARVERDİ: İddiaçı X1 Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi üzrə məhkəmə aidiyyətinə dair yaranmış fikir ayrılığının həll edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-1899/2023
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1899/2023
26.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver