Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1963/2023 25.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun himayəsində olan 12 aprel 2019-cu il təvəllüdlü X1 üçün hər ay 500 manat məbləğində alimentin, mediasiya haqqı olaraq ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, Cavabdeh ilə qeyri-rəsmi nikahda yaşamış və faktiki ailə münasibətlərindən 12 aprel 2019-cu il təvəllüdlü X3 adlı uşağı anadan olmuşdur. Onlar cavabdehlə faktiki ər-arvad münasibətində olmuşlar. Cavabdeh ilə bir müddət mehriban yaşasa da sonradan münasibəti pozulmuş, ailə münasibətlərinə son qoyulmuşdur. Faktiki münasibətindən olan yetkinlik yaşına çatmayan 12 aprel 2019-cu il təvəllüdlü X3 onun himayəsindədir. O, azyaşlı övladı ilə birlikdə anasinin himayəsində yaşayır. Atası şəhid olmuşdur. Maddi cəhətdən əziyyət çəkir. Övladının çatışmayan tələbatını yaşlı valideyni ödəyir. Cavabdeh maddi cəhətdən vəziyyəti olduqca yaxşıdır. Uşağın bütün qayğısını, ehtiyacını yalnız o, çəkir, onun həm təlim-tərbiyəsi, həm də maddi tələbatlarını ödəmək tək və işsiz qadın olaraq onun üçün çox çətindir. Ümumiyyətlə, cavabdeh övladı ilə maraqlanmır. Əlavə olaraq qeyd edir ki, hal-hazırda uşaq baxçaya və bud-çanaq problemi ilə əlaqədar olaraq üzgüçülük kursuna gedir. Aliment almağa ehtiyacı var. Buna görə də alimentin təlim edilməsi ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalmış. Bununla bağlı o, mediasiya təşkilatına müraciət etsə də nəticəsi olmamışdır. Odur ki, uşagjın yetinlik yaşına çatanadək saxlanılması üçün aliment tələbinə dair iddia qaldırmaq qərarına gəlmişdir. Ona görə də iddia tələbinin təmin olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. İddiaçı həmçinin bildirdi ki, Cavabdeh özünə məxsus avtomobilləri icarəyə verir və bu yolla pul qazanır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: AZ-İV № 283172 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. “AZEMİS”-dən çıxarışdan görünür ki, Cavabdeh vergi ödəyicisi olmaqla şəxsi maşınların sürücü ilə icarəsi ilə məşğuldur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasının 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununda göstərilir ki, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2-ci bəndinə əsasən, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Odur ki, məhkəmə yetkinlik yaşına çatmayan 2019-cu il təvəllüdlü Milananın mənafeyini, yəni onun artıq böyüyərək tələbatlarının artmasını, həmçinin əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, tərəflərin maddi və ailə vəziyyətlərini, o cümlədən cavabdeh ata Cavabdeh vergi ödəyicisi olmaqla məşğul olduğu əmək fəaliyyətini, iddiaçı ananın özünün də bir valideyn kimi uşağını saxlamaq vəzifəsinin olmasını, eləcə də sair digər diqqətəlayiq halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixdən 12 aprel 2019-cu il təvəllüdlü Milananın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı, AR MPM-in 107 və 109-cu maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, görə də, məhkəmə 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2023-cü il tarixdən etibarən azyaşlı 12 aprel 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli alimentin müvəqqəti tutulmasına dair qərardadı ilə mülki işə baxılıb qətnamə qəbul edilənədək 12 aprel 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 140 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması nəzərə alınsın. Qətnamə dərhal icra olunsun. Cavabdeh mediasiya xərcinə görə ödənilmiş 50 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-1963/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1963/2023
25.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver