Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1994/2025 15.10.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması tələbi”nə dair iddiası üzrə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflərin nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2025-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehin hər ay 3 uşağa görə qazancının (başqa gəlirlərinin) yarısı, yəni 1/2 (ikidə bir) hissəsi miqdarında alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh ilə arasnda bağlanmış nikah pozulmuşdur. Onların nikahından xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2025-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Cavabdeh uşaqlara baxmır, o, uşaqlarını təkbaşına saxlaya bilmir. Uşaqlarını çətinliklə saxlayır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, o, iddia tələbini qəbul edir, uşaqların saxlanılması üçün iddiaçının xeyirinə iddia tələbində göstərilən alimenti ödəməyə razıdır və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında Füzuli rayon Qeydiyyat şöbəsində xx.xx.2025-ci ildə pozulmuşdur. -doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2025-ci il təvəllüdlü X3 atası Cavabdeh və anası İddiaçıdır. -Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 14:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Cavabdeh oğu ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, iddianı qəbul edir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, tərəflər arasında olan nikah pozulmuş və onların birgə nikahlarından 3 uşaqları doğulmuşdur. Uşaqlar yetkinlik yaşlarına çatmamışlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərində olan şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Qeyd olunanlara əsasən məhkəmə, iddiaçının tələbini, həmçinin cavabdehin uşağını saxlamaqda borclu olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən uşaqların saxlanılması üçün hər ay onun aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutulub iddiaçıya verilməsi ağlabatandır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2025-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin 1/2 (ikidə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in: -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu” haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - ... qaçqınlar və məcburi köçkünlər... dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, cavabdeh Füzuli rayonundan məcburi köçkündür və onun bu statusu qüvvədədir. Beləliklə, tərəflər dövlət rüsumu ödəməkdən azaddırlar. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2025-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı, yəni 1/2 (ikidə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-1994/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1994/2025
15.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver