Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-306/2023 05.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xeyrinə Cavabdeh 2.500 manat pulun və həmin məbləğə görə bank uçot dərəcəsinə müvafiq olan məbləğin alınaraq iddiaçının xeyirinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-ci ilin təxmini dekabr ayında Binəqədi rayonu, Dəməgül qəsəbəsində, “Fərid Palace” adlı şadlıq evinin qarşısında özünü Binəqədi rayon Tibbi Sosial Ekspert Komissiyasının vəzifəli şəxsi kimi təqdim edən Səidə adlı şəxs (mobil:***-***-**-**:ev telfonu:012- 561-67-40) oğlumu pensiya çıxartmaq adıyla məndən ilk dəfə 1000 mant,2-ci dəfə isə ondan təxmini 1 həftə sonra 1500 manat,toplam olaraq 2500 manat pul alaraq,mənə qarşı dələduzluq etmişdir. Həmçinin mənim oğlumu pensiya çıxartmaq üçün mənim oğluma məxsus hərbi bileti,şəxsiyyət vəsiqəsini və oğluma məxsus xəstəliyik sənədlərini almış və dəfələrlə telefon zənglərimdən sonra həmin sənədləri qaytarmış,lakin pulumu qaytarmamışdır. Məsələ ilə bağlı 10 sentyabr 2020-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə ilə müraciət olunmuşdur. Binəqədi RPİ-nin İstintaq şöbəsində material üzrə araşdırma başlanılmış və araşdırma baş müstəntiq, polis mayoru Nuru Həsənova həvalə olunmuşdur. Toplanmış material Binəqədi rayon prokurorluğunda öyrənilmiş 20 sentyabr 2022-ci il tarixdə ləğv edilərək əlavə araşdırma aparılması üçün Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və 30 sentyabr 2022-ci il tarixdə araşdırılması üçün baş müstəntiq, polis mayoru X4 həvalə edilmişdir.Binəqədi RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X3 HK/1-1667 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul olunmuşdur.X5 izahatında bildirmişdir ki, 2019-cu ilin dekabr ayında “Fərid Palace” şadlıq evinin yanında Cəmilə adlı tanış dərzinin yanına getmiş orda onun mobil telefonuna İradə adlı şəxs zəng vurmuş və onlar əlillik işinin düzəltməsi barədə söhbətlər etmişlər. Həmin vaxtı orada olan Əsli adlı qadın söhbəti eşitmiş və oğlu üçün də əlillik pensiyası düzəltmək istədiyini bildirmişdir. O, bu barədə İradə adlı qadınla danışmış və pensiyanın düzəldilməsi üçün 1.000 manat isdəmiş və o, bu barədə Əsliyə demiş və razılaşmışdırlar. Səhəri gün həmin yerdə görüşüb 1.000 manatı ondan almış, Əslinin ondan 2.500 manat isdəməsi həmin 1.000 manatın üstünə faiz olduğunu, Əslidən aldığı 1.000 manatı İradəyə vermiş və tez bir zamanda həmin pulu qaytaracağını demişdir.Lakin cavabdeh X5 izahatında İddiaçı 1.000 manat borcunun olmasını desədə, səs yazılarında onun mənə 2.500 manat borcunun olmasını təsdiqlədiyi səmimi etirafları mövcuddur. Həmin səs yazılarını əks etdirən diskidə iddia ərizəsinə əlavə etmişdir.Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında: İddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını və cavabdehdən 2.500 manat pulun onun xeyrinə alınaraq verilməsini xahiş etdi. İddiaçı həmçinin bildirdi ki, o, cavabdehə 1.000 manatı təkbaşına versə də qalan 1.500 manat pulu tanışı Rayisə Rüstəmovanın yanında vermişdir. İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsinə və iddiaçının izahatına oxşar məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. X1 bildirdi ki, o, İddiaçı ilə bir müddət qonşuluqda yaşamışdır. 2019-cu ilin təxminən dekabr ayının sonunda İddiaçı onun yanında Cavabdeh 1.500 manat pul vermişdir. Sonradan eşitmişdir ki, Əsli bundan əvvəl Saidəyə 1.000 manat da vermişdir. Onda olan məlumata görə Saidə aldığı cəmi 2.500 manat puldan Əsliyə heç nə qaytarmamışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinin tələbinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və onun təşəbbüsü ilə dəvət edilmiş şahidi dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı oğlunun pensiyaya çıxarılması üçün Cavabdeh hissə-hissə olmaqla cəmi 2.500 manat pul vermişdir. Lakin cavabdeh hal-hazırkı vaxtadək həmin pulu iddiaçıya qaytarmamışdır. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2.500 manat pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldığı gündən 10 (on) gün müddətində onun ləğvinə dair ərizə ilə Füzuli Rayon Məhkəməsinə müraciət edə bilər. Sədrlik edən: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-306/2023
Füzuli Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(064)-306/2023
05.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver