Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-321/2025 10.04.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - İddiaçı) iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra - Məhkəmə) müraciət edərək Cavabdeh (bundan sonra - Cavabdeh) 1 ədəd nişan üzüyü, türk istehsalı 585 əyyarda-qiyməti 850 manat, komplekt qızıl dəsti (1 ədəd üzük, 1 ədəd qolbağ, 1 ədəd sep, 1 cüt sırğa) 585 əyyar-qiyməti 2800 manat, 1 ədəd karter üzük türk qızılı, 585 əyyar-qiyməti 455 manat, 1 gül üzük rus qızılı 583 əyyar-qiyməti 130 manat, 1 cüt sırğa rus qızılı 583 əyyar-qiyməti 310 manat qızıl-zinət əşyaları olmaqla 4545 manat dəyərində olan qızıl-zinət əşylarının geri qaytarılması, əks təqdirdə qaytarılmayan qızıl-zinət əşyalarının dəyərinin və Mediasiya üçün ödənilmiş 60 manat pul vəsaitinin əvəzini alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi bununla əsaslandırılıb ki, Cavabdeh ilə xx.xx.2024-cü il tarixində birgə nigaha daxil olmuşlar, ünvan 1 faktiki yaşadıqları mənzildə qaynanası və qaynatası ilə birgə yaşamışlar, Ailə münasibətləri korlanmış və bu səbəbdən birgə yaşamaqları mümkün olmdığından atası evinə qayıtmışdır. Hesab edir ki, cavabdehlə birgə yaşamaqları mümkün deyil. Cavabdeh ilə nigah bağlandıqdan sonra ona verilmiş hədiyə, cehiz əşyalarını və o cümlədən qızıl əşyalarını özü ilə cavabdehin qeydiyyatda olduğu mənzilə aparmışdır. Lakin o, yaşadıqları evi tərk edərkən ona məxsus qızıl-zinət əşyalarını ər evində qalmışdır. Hesab edir ki, ailə qurarkən ona verilmiş qızıl-zinət əşyaları cavabdeh tərəfindən onun özünə geri qaytarılmalıdır. Onlar mediasiya prosesində iddiaçıya məxsus qızıl-zinət əşyalarının geri qaytarılması ilə bağlı razılıq əldə edə bilməmişlər. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: İddiaçının etibarnamə üzrə qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verərək, qeyd olunan qızıl-zinət əşyalarının alınıb onlara verilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, iclasa gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilərək tədqiq edilmiş: Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən müəyyən edilir ki, cehiz və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair ilkin mediasiya sessiyasından sonra proses davam etdirilə bilməyib. İddiaçının təqdim etdiyi qızıl-zinət əşyalarının siyahısı əsasında müəyyən edilir ki, tələb olunan qızıllar 1 ədəd nişan üzüyü, türk istehsalı 585 əyyarda-qiyməti 850 manat, komplekt qızıl dəsti (1 ədəd üzük, 1 ədəd qolbağ, 1 ədəd sep, 1 cüt sırğa) 585 əyyarqiyməti 2800 manat, 1 ədəd karter üzük türk qızılı, 585 əyyar-qiyməti 455 manat, 1 gül üzük rus qızılı 583 əyyar-qiyməti 130 manat, 1 cüt sırğa rus qızılı 583 əyyar-qiyməti 310 manat qızıl-zinət əşyalarından ibarətdir. 4 saylı Bakı “Asan Xidməti” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 620725 saylı nikah haqqında şəhadətnamə əsasında müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli nikah aktı qeydə alınıb. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 09 saylı qiymətləndirmə rəyi əsasında müəyyən olunur ki, İddiaçının tələb etdiyi qızıl-zinət məmulatlarının qiymətləndirmə gününə bazar qiymətilə dəyərinin ümumi məbləği 4370 manat təşkil edir. Tərəflərin toy mərasimində çəkdirdikləri fotoşəkillərdən və CD diskə köçürülmüş fotoşəkillərdən müəyyən olunur ki, İddiaçı tərəfindən tələb olunan qızıl-zinət əşyaları həmin mərasim zamanı İddiaçının üzərində olmuşdur. CD disk dinlənilən zaman Cavabdehin anasının tələb olunan qızıl-zinət əşyalarını məhkəmədə İddiaçıya verəcəklərini bildirməsi müəyyən olunur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, məhkəmə əvvəlki məhkəmə iclaslarında Cavabdehin və hazırki məhkəmə iclasında onun qanuni nümayəndəsinin verdiyi izahatları əsasında müəyyən edir ki, iddaçı ilə cavabdeh rəsmi nikaha daxil olmuşlar, nikaha daxil olduqdan sonra cavabdeh özünə məxsus cehiz əmlaklarını iddiaçının yaşadığı ünvan 1 ünvana gətirmiş, daha sonra isə İddiaçı ilə Cavabdeh arasında ailə münasibətləri pozulmuş, iddiaçı cavabdehin yaşadığı ünvanı tərk etmiş, cehiz əşyaları qaytarılsa da, iddiaçıya məxsus 1 ədəd nişan üzüyü, türk istehsalı 585 əyarda - qiyməti 850 manat, komplekt qızıl dəsti (1 ədəd üzük, 1 ədəd qolbağ, 1 ədəd sep, 1 cüt sırğa) 585 əyar - qiyməti 2800 manat, 1 ədəd karter üzük türk qızılı, 585 əyar-qiyməti 455 manat, 1 gül üzük rus qızılı 583 əyar - qiyməti 130 manat, 1 cüt sırğa rus qızılı 583 əyar - qiyməti 310 manat qızıl-zinət əşyaları Cavabdeh tərəfindən saxlanılaraq geri qaytarılmamışdır. Bu səbəbdən iddiaçı özünə məxus əmlakların cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb edir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan həmin qızıl-zinət əşyalar naturada, bu mümkün olmadıqda isə onların dəyəri pulla Cavabdeh alınaraq iddiaçıya verilməlidir. İddia ərizəsində sadalanan qızıl-zinət əşyalarının dəyəri ilə bağlı məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən qiymətləndirmə rəyi iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillər əsasında verildiyinə görə real həqiqəti əks etdirdiyindən iş üzrə bitərəf mütəxəssis rəyindəki məbləğlər tələb olunun qızıl-zinət əşyalarının dəyəri kimi qəbul edilməlidir. Belə ki, 1 ədəd çəkisi 4,8 qram, 585 əyarlı, tros toxunuşlu boyunbağı - dəyəri 456 manat, 1 ədəd çəkisi 11 qram, 585 əyarlı lent toxunuşlu qolbağı - dəyəri 1045 manat, 1 cüt çəkisi 6 qram, 585 əyarlı damla formalı sırğa - dəyəri 570 manat, 1 ədəd çəkisi 4,6 qram, 585 əyarlı üzük - dəyəri 437 manat, 1 ədəd çəkisi 4,4 qram, 585 əyarlı üzük - dəyəri 418 manat, 1 ədəd çəkisi 5,8 qram, 585 əyarlı üzük - dəyəri 551 manat, 1 cüt çəkisi 6,2 qram, 585 əyarlı sırğa - dəyəri 589 manat, 1 ədəd çəkisi 3,2 qram, 585 əyarlı üzük - dəyəri 304 manat, ümumi dəyəri 4370 manat. Eyni zamanda məhkəmə Mediasiya üçün iddiaçı tərəfindən ödənilmiş 60 manat pul vəsaitinin cavabdehdən tutulmasını qanunamüvafiq hesab edir. Məhkəmə qeyd olunan iddia tələbinin qanunvericilikdə təsbit olunmuş əsasları ilə bağlı mülki və ailə qanunvericiliklərinin bir sıra normalarına istinad etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. MM-in 225.3-cü maddəsinin tələbinə görə isə daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1 və 34.2-ci maddələri də eyni tələbləri ifadə edir. MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112, 119, 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin olunsun. Cavabdeh İddiaçı xeyrinə 1 ədəd çəkisi 4,8 qram, 585 əyarlı, tros toxunuşlu boyunbağı - dəyəri 456 manat, 1 ədəd çəkisi 11 qram, 585 əyarlı lent toxunuşlu qolbağı dəyəri 1045 manat, 1 cüt çəkisi 6 qram, 585 əyarlı damla formalı sırğa - dəyəri 570 manat, 1 ədəd çəkisi 4,6 qram, 585 əyarlı üzük - dəyəri 437 manat, 1 ədəd çəkisi 4,4 qram, 585 əyarlı üzük - dəyəri 418 manat, 1 ədəd çəkisi 5,8 qram, 585 əyarlı üzük - dəyəri 551 manat, 1 cüt çəkisi 6,2 qram, 585 əyarlı sırğa - dəyəri 589 manat, 1 ədəd çəkisi 3,2 qram, 585 əyarlı üzük - dəyəri 304 manat qızıl-zinət əşyaları, həmin qızıl-zinət əşyaları olmadığı təqdirdə isə onların dəyəri olan 4370 manat və mediasiya üçün ödənilmiş 60 manat tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-321/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-321/2025
10.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver