Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-43/2023 31.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X5 atası olmasının müəyyən edilməsi və onun xeyrinə Tuncayın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, onun bacısı X1 Davud Azadxan oğlu ilə qeyri-rəsmi nikaha daxil olmuş və onların bu nikahdan xx.xx.2015-ci il tarixdə Tuncay adlı övladları dünyaya gəlmişdir. Bacısı Z.İmanova xx.xx.2019-cu il tarixdə rəhmətə getmişdir. Azyaşlı Tuncay üzərində qəyyum təyin edilməyi ilə bağlı aidiyyəti üzrə müraciət etdikdən sonra Bakı səhər Nizami rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 1-1/92 nömrəli sərəncamı ilə bacısı oğlu Tuncay üzərində qəyyum təyin edilmişdir. Tuncay həmin tarxdən etibarən onun himayəsindədir. Tuncayın bütün təminatı onun öhdəsindədir. Tuncayın atası Cavabdeh isə bu günə kimi onlara heç bir maddi köməklik etməmişdir. Ona görə də, himayəsində olan Tuncayın saxlanılması üçün cavabdehdən aliment tələb edir. Məhkəmə iclasında: İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul etdi və bildirdi ki, azyaşlı oğlu xx.xx.2015-ci il təvəllüdlü Tuncayın saxlanılması üçün hər ay 100 manat aliment ödəməyə razıdır. Məhkəmə cavabdehi dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş: AZ-İİİ seryalı 549733 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2015-ci il tarixində Bakı şəhərində doğulmuşdur. X2, anası X3r. AZ-İİ № 018238 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 1-1/92 saylı sərəncamından görünür ki, İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X8 üzərində qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsində göstərilir ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.2-ci maddəsində göstərilir ki, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Göründüyü kimi, qanunun qeyd olunan tələblərinə görə iddiaçının həmin iddia üzrə ərizə ilə müraciət etmək hüququ olmuş, cavabdeh uşağın atası olmasını könüllü olaraq müvafiq qeydiyyat orqanına gedib etiraf etməmiş, buna görə də iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən elə cavabdeh atanın özünün izahatı ilə onun xx.xx.2015-ci il təvəllüdlü Tuncayın atası olması öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı sayılaraq təmin edilməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsində göstərilirki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasının 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununda göstərilir ki, 2023-cü il üçün yaşayış minimumu ölkəüzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlarla yanaşı, həm də yetkinlik yaşına çatmayan X5 mənafeyini, yəni onun artıq böyüyərək tələbatlarının artmasını, iddiaçının Tuncayı saxlamaq vəzifəsinin olmasını və sair diqqətəlayiq halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixdən etibarən azyaşlı X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü Tuncayın atası olması müəyyən edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdən etibarən azyaşlı xx.xx.2015-ci il təvəllüdlü Tuncayın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-43/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-43/2023
31.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver