Məhkəmə qərarları › İş №2(064)-466/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-466/2023

08.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-466/2023 08.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, onun nümayəndəsi – fərdi qaydada fəaliyyət göstərən Vəkil, Cavabdeh nümayəndəsi – Bakı şəhəri, 5 saylı vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı verdiyi “cehiz və qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması, əmlakın qiymətləndirilməsi üçün mütəxəssisə ödənilmiş pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra - cavabdeh) çəkisi 14 qram, dəyəri 1260 manat olan 1 ədəd brilyant qaşlı qızıl boyunbağı, çəkisi 7 qram, dəyəri 630 manat olan 1 ədəd qızıl qolbaq, çəkisi 3,8 qram, dəyəri 342 manat olan 1 ədəd qızıl üzük, çəkisi 4,2 qram, dəyəri 378 manat olan 1 ədəd qızıl üzük, çəkisi 5,6 qram, dəyəri 504 manat olan 1 cüt qızıl sırğa, çəkisi 3,6 qram, dəyəri 324 manat olan 1 cüt qızıl sırğa, çəkisi 4,8 qram, dəyəri 480 manat olan 1 ədəd brilyant qaşlı qızıl üzük, dəyəri 440,80 manat olan 1 ədəd şifoner, dəyəri 243,20 manat olan 1 ədəd 2 nəfərlik taxt, dəyəri 121,60 manat olan 1 ədəd termo, dəyəri 494 manat olan 1 ədəd servant, dəyəri 212,80 manat olan 1 ədəd stol-stul dəsti, dəyəri 425,60 manat olan 1 ədəd künc divanı, dəyəri 84 manat olan 1 ədəd tozsoran, dəyəri 45,50 manat olan 1 ədəd ətçəkən maşın, dəyəri 31,50 manat olan 1 ədəd stolüstü qaz plitəsi, dəyəri 392 manat olan 1 ədəd televizor, dəyəri 294 manat olan 1 ədəd soyuducu, dəyəri 266 manat olan 1 ədəd 10 kiloqramlıq paltaryuyan, dəyəri 31,50 manat olan 1 ədəd çörək sobası, dəyəri 38,50 manat olan 1 ədəd üçgözlü lüstr, dəyəri 52,50 manat olan 1 ədəd beşgözlü lüstr, birinin dəyəri 85 manat olmaqla, ümumi dəyəri 170 manat olan 2 ədəd 6 nəfərlik yemək dəsti, dəyəri 65 manat olan 1 ədəd qaşıq-çəngəl dəsti, birinin dəyəri 160 manat olmaqla, ümumi dəyəri 320 manat olan 2 ədəd qazan dəsti, dəyəri 24 manat olan 1 ədəd 12 nəfərlik stəkan-nəlbəki dəsti, dəyəri 24 manat olan 1 ədəd 12 nəfərlik farfor nəlbəki dəsti, birinin dəyəri 18 manat olmaqla, ümumi dəyəri 72 manat olan dörd ədəd 6 nəfərlik fincan dəsti, birinin dəyəri 49,40 manat olmaqla, ümumi dəyəri 98,80 manat olan 2 ədəd pərdə, birinin dəyəri 34,20 manat olmaqla, ümumi dəyəri 68,40 manat olan 2 ədəd yorğan, birinin dəyəri 26,60 manat olmaqla, ümumi dəyəri 53,20 manat olan 2 ədəd döşək, dəyəri 41,80 manat olan 1 ədəd iki nəfərlik taxt döşəyi, dəyəri 49,40 manat olan 1 ədəd iki nəfərlik taxt yorğanı, birinin dəyəri 13,68 manat olmaqla, ümumi dəyəri 82,08 manat olan 6 ədəd yastıq, birinin dəyəri 16,72 manat olmaqla, ümumi dəyəri 50,16 manat olan 3 ədəd yataq örtüyü, birinin dəyəri 13,68 manat olmaqla, ümumi dəyəri 54,72 manat olan 4 ədəd yataq dəsti, dəyəri 16,72 manat olan 1 ədəd yay yorğanının naturada, bu mümkün olmadıqda isə onların ümumilikdə dəyərini təşkil edən 8079,28 manat məbləğində pulun, eləcə də əmlakın qiymətləndirilməsi üçün mütəxəssisə ödənilmiş 185 manat məbləğdə pulun alınıb iddiaçıya verilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ildə o və cavabdeh el adətilə toy edib evlənmiş, nikahlarını rəsmiləşdirmişlər. Toydan sonra o, cavabdehin, qayınanası olmuş Şahid3 (bundan sonra – Zöhrə) və baldızı olmuş Şahid2 (bundan sonra - Ayna) yaşadığı ünvan 1 ünvanında yerləşən evə gəlin köçmüş, 2022-ci ilin yanvar ayının əvvəllərinə kimi həmin evdə yaşamışdır. 07 yanvar 2022-ci il tarixdə həmin evdə cavabdeh onu və uşaqlarını növbəti dəfə döydüyünə, Zöhrə və Aynanın ona qarşı etdikləri qanunsuz hərəkətlərindən bezdiyinə görə iddia ərizəsində ona qaytarılmasını xahiş etdiyi qızıl-zinət və cehiz əşyalarını həmin evdə saxlamaqla, uşaqlarını götürüb evdən çıxıb, bacısının Bakı şəhərində yaşadığı evə getmişdir. Bundan sonra atası onu və uşaqlarını Füzuli rayonunda yaşadığı evə gətirmişdir. Bu səbəbdən onun qızıl-zinət və cehiz əşyaları əvvəllər cavabdehlə yaşadığı Müşviqabad qəsəbəsində yerləşən evdə qalmışdır. Füzuli Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(064)- 681/2022 nömrəli qətnaməsi ilə onunla cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Bundan sonra da cavabdehdən iddia ərizəsində göstərdiyi qızıl-zinət və cehiz əşyalarını ona qaytarmasını xahiş etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iclasında İddiaçı verdiyi izahatında iddia ərizəsində göstərdiklərinə əlavə olaraq bildirmişdir ki, cavabdehlə nikahda olduğu müddət ərzində nikahlarından doğulmuş uşaqları ilə yanaşı, qayınanası olmuş Şahid3 (bundan sonra – Zöhrə) və baldızı olmuş Şahid2 (bundan sonra - Ayna) ilə birlikdə Zöhrənin gay Füzuli rayonunda yerləşən evində, gah da ünvan 1 ünvanında yerləşən evində yaşamışlar. İddia ərizəsində tələb etdiyi cehiz əşyalarını və cavabdehin ailəsi tərəfindən ona hədiyyə edilmiş qızıl-zinət əşyalarını Zöhrənin Müşviqabad qəsəbəsində yerləşən evində saxlamışdır. 2021-ci ildə Zöhrənin Füzuli rayonunda yerləşən evində yaşayarkən o, alt və üst çənəsindəki dişlərində baş vermiş kəskin ağrılardan əziyyət çəkdiyinə görə Zöhrə ona dişlərinin müalicə edilməli olduğunu, bunun üçün özündə nağd pul olmadığını bildirib, hədiyyə etdikləri qızıl-zinət əşyalarının satılmasını təklif etmiş və bunun əvəzində gələcəkdə qızıl-zinət əşyaları alacağını vəd vermişdir. Ona cavabdehin ailəsi tərəfindən hədiyyə edilmiş qızıl-zinət əşyalarını taxmadığına və kəskin diş ağrılarından əziyyət çəkdiyinə görə Zöhrənin bu təklifi ilə razılaşmışdır. Sonuncu onu Füzuli rayonunda işləyən diş həkiminə aparmış, həmin həkim dişlərini müayinə etdikdən sonra dişlərinin müalicəsi üçün 1400 manat məbləğində pul ödənilməli olduğunu demişdir. Göstərdiyi səbəbdən Zöhrə və Ayna ona hədiyyə edilmiş, Zöhrənin Müşviqabad qəsəbəsində yerləşən evində saxladığı, çəkisi 14 qram olan 1 ədəd brilyant qaşlı qızıl boyunbağı, çəkisi 7 qram olan 1 ədəd qızıl qolbaq, çəkisi 3,8 qram olan 1 ədəd qızıl üzük, çəkisi 4,2 qram olan 1 ədəd qızıl üzük və çəkisi 5,6 qram olan 1 cüt qızıl sırğanı onun iştirakı ilə olmasa da, onun razılığı ilə Bakı şəhərində cəmi 1100 manat məbləğində pula satmışlar. Zöhrə həmin pula 300 manat məbləğində pul da əlavə edib, cəmi 1400 manat məbləğində pulu Füzuli rayonunda onun dişlərini müalicə etmiş həkimə vermişdir. Buna görə də iddiasının Zöhrə və Aynanın onun razılığı ilə satmalarını göstərdiyi qızıl-zinət əşyalarına aid olan hissəsindən imtina edir, həmin qızılzinət əşyalarını cavabehdən tələb etmir. Cavabdehlə ər-arvad münasibətində yaşadığı dövrdə Zöhrə və Ayna dəfələrlə onunla mübahisə edib dalaşdıqlarına görə cavabdehdən ayrı evdə yaşamalarını istəmiş, lakin sonuncu onun xahişini yerinə yetirməmişdir. Sonuncu dəfə 03 yanvar 2022-ci il tarixdə axşam saatlarında Zöhrənin Müşviqabad qəsəbəsində yerləşən evində olarkən Zöhrə və Ayna onun axşam lazım olmadığı halda, tozsorandan istifadə etməsini bəhanə gətirərək, yenə də onunla mübahisə edib dalaşmışlar. Göstərdiyi səbəbdən həmin gün də cavabdehə Zöhrə və Ayna ilə onunla mübahisə edib dalaşmalarına görə bir evdə yaşaya bilmədiyini, ayrı evə köçmək istədiyini demişdir. Lakin cavabdeh ona bunun mümkün olmadığını dediyinə, Zöhrə və Aynanın ona qarşı etdikləri qanunsuz hərəkətlərindən bezdiyinə görə sabahı gün uşaqları ilə birlikdə yaşadığı evdən çıxıb Bakı şəhərində yaşayan bacısıgilə, oradan atasının Füzuli rayonunda yaşadığı evə getməyi qərara almış, lakin bu barədə sonuncuya hər hansı söz deməmişdir. İddia ərizəsində onun cavabdehlə yaşadığı evdən getməsi tarixi “04 yanvar 2022-ci il” əvəzinə, səhvən “07 yanvar 2022-ci il” göstərilmişdir. Belə ki, 04 yanvar 2022-ci il tarixdə səhər cavabdeh yaşadıqları evdən çıxıb işə getdikdən sonra saat 12 radələrində o, göstərdiyi məqsədlə uşaqlarını geyindirmiş, özünə məxsus servantdakı eyni qutuda özünə məxsus, çəkisi 3,6 qram olan 1 cüt qızıl sırğa və çəkisi 4,8 qram olan 1 ədəd brilyant qaşlı qızıl üzüklə birlikdə saxladığı, əvvəllər Zöhrənin uşaqlarına hədiyyə etdiyi qızıl-zinət əşyalarını uşaqlarına aid olmasına görə özü ilə götürmüş, özünə məxsus olan qızıl-zinət əşyalarını isə münasibətləri pisləşmiş cavabdehin ailəsi tərəfindən ona hədiyyə edilməsi səbəbindən özü ilə götürmək istəməməsinə görə içində olduğu qutu ilə birlikdə olduğu yerdə saxlamış, Zöhrə və Aynaya onun niyyətindən şübhələnməmələri üçün uşaqlarını parka aparacağını deyib uşaqları ilə birlikdə yaşadığı evdən çıxmışdır. Həmin vaxt xəstə olan uşağına görə pensiya məbləğinin köçürüldüyü plastik kartı onun paltarının cibində olmuşdur. Onun evdən çıxdığı ərəfədə Zöhrə və Ayna digər otaqda uzandıqlarına görə onun servantdan nə götürməsini görə bilməzdilər. Oradan müvafiq ardıcıllıqla bacısının Bakı şəhərində yaşadığı evə, atasının göndərdiyi taksi ilə atasının Füzuli rayonunda yaşadığı evə getmişdir. Zöhrənin Mehdiabad qəsəbəsində yaşadığı evdə qalmasını göstərdiyi qızıl-zinət əşyalarını cavabdehlə nikahından doğulmuş və onunla yaşayan uşaqlarının xərclərini ödəmək üçün ona lazım olduğuna görə cavabdehdən tələb edir. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi “WhatsApp” proqramı vasitəsilə edilmiş yazışmalar onun cavabdehlə yaşadığı evdən getməsi ilə əlaqədar onunla Ayna arasında olmuşdur. Həmin yazışmalarda ağ fon altındakı yazıları o, yaşıl fon altındakı yazıları isə Ayna yazmışdır. İddia tələbinin çəkisi 14 qram olan 1 ədəd brilyant qaşlı qızıl boyunbağı, çəkisi 7 qram olan 1 ədəd qızıl qolbaq, çəkisi 3,8 qram olan 1 ədəd qızıl üzük, çəkisi 4,2 qram olan 1 ədəd qızıl üzük və çəkisi 5,6 qram olan 1 cüt qızıl sırğa istisna olmaqla, qalan hissədə qismən təmin edilməsini xahiş edir. Məhkəmə icasında iddiaçının nümayəndəsi Vəkil verdiyi izahatında iddiaçının qayınanası olmuş Şahid3 və baldızı olmuş Şahid2 çəkisi 14 qram olan 1 ədəd brilyant qaşlı qızıl boyunbağı, çəkisi 7 qram olan 1 ədəd qızıl qolbaq, çəkisi 3,8 qram olan 1 ədəd qızıl üzük, çəkisi 4,2 qram olan 1 ədəd qızıl üzük və çəkisi 5,6 qram olan 1 cüt qızıl sırğanı satmaqla bağlı razılığını könüllü olaraq vermədiyini, iddiaçının iddia ərizəsində göstərdiyi digər qızıl-zinət və cehiz əşyalarının isə 04 yanvar 2022-ci il tarixdə uşaqları ilə birlikdə atası evinə getməsindən sonra əvvəllər yaşadığı, qayınanası olmuş Şahid3 məxsus olan, ünvan 1 ünvanında yerləşən evdə qalmasını göstərərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə (bundan sonra cavabdehin nümayəndəsi) verdiyi izahatında göstərmişdir ki, iddiaçı cavabdehlə nikahda olduğu müddət ərzində nikahlarından doğulmuş uşaqları ilə yanaşı, qayınanası olmuş Şahid3 (bundan sonra – Zöhrə) və baldızı olmuş Şahid2 (bundan sonra - Ayna) ilə birlikdə Zöhrənin gay Füzuli rayonunda yerləşən evində, gah da ünvan 1 ünvanında yerləşən evində yaşamışlar. İddiaçı 2021-ci ildə Zöhrənin Füzuli rayonunda yerləşən evində yaşayarkən alt və üst çənəsindəki dişlərində baş vermiş kəskin ağrılardan əziyyət çəkdiyinə görə sonuncu iddiaçıya dişlərinin müalicə edilməli olduğunu, bunun üçün özündə nağd pul olmadığını bildirib, hədiyyə etdikləri qızıl-zinət əşyalarının satılmasını təklif etmiş və bunun əvəzində gələcəkdə qızıl-zinət əşyaları alacağını vəd etmişdir. İddiaçı cavabdehin ailəsi tərəfindən hədiyyə edilmiş qızıl-zinət əşyalarını taxmadığına və kəskin diş ağrılarından əziyyət çəkdiyinə görə Zöhrənin bu təklifi ilə razılaşmışdır. Sonuncu iddiaçını Füzuli rayonunda işləyən diş həkiminə aparmış, həmin həkim iddiaçının dişlərini müayinə etdikdən sonra dişlərinin müalicəsi üçün 1400 manat məbləğində pul ödənilməli olduğunu demişdir. Göstərdiyi səbəbdən Zöhrə və Ayna iddiaçıya hədiyyə edilmiş, Zöhrənin Müşviqabad qəsəbəsində yerləşən evində saxladığı, çəkisi 14 qram olan 1 ədəd brilyant qaşlı qızıl boyunbağı, çəkisi 7 qram olan 1 ədəd qızıl qolbaq, çəkisi 3,8 qram olan 1 ədəd qızıl üzük, çəkisi 4,2 qram olan 1 ədəd qızıl üzük və çəkisi 5,6 qram olan 1 cüt qızıl sırğanı iddiaçının iştirakı ilə olmasa da, sonuncunun razılığı ilə Bakı şəhərində cəmi 1100 manat məbləğində pula satmışlar. Zöhrə həmin pula 300 manat məbləğində pul da əlavə edib, cəmi 1400 manat məbləğində pulu Füzuli rayonunda iddiaçının dişlərini müalicə etmiş həkimə vermişdir. Buna görə də iddiaçının həmin qızıl-zinət əşyalarını cavabdehdən tələb etməsini əsassız hesab edir. 03 yanvar 2022-ci il tarixdə axşam saatlarında iddiaçının cavabdeh, Zöhrə və Ayna ilə birlikdə yaşadığı, Müşviqabad qəsəbəsində yerləşən evdə tozsorandan istifadə etməsinə görə Zöhrə iddiaçını danlamış, bu səbəbdən onlar arasında kiçik mübahisə olmuşdur. 04 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Zöhrə və Ayna digər otaqda uzandıqları vaxt iddiaçının uşaqlarını geyindirməsini və özünə məxsus servantdan nəsə götürməsini görmüş, lakin konkret olaraq nə, o cümlədən qızılzinət əşyası və ya onların saxlandığı qutunu götürməsini görməmişlər. İddiaçı Zöhrə və Aynaya uşaqlarını parka aparacağını bildirib uşaqları ilə birlikdə evdən çıxmış, bacısının Bakı şəhərində yaşadığı evə getmişdir. Cavabdeh, Zöhrə və Ayna iddiaçıya qarşı hər hansı qanunsuz hərəkət etməmiş, iddiaçı yaşadığı həmin evdən hər hansı şəxs tərəfindən qovulmamış, könüllü olaraq getmişdir. Bununla əlaqədar “WhatsApp” proqramı vasitəsilə iddiaçı ilə Ayna arasında yazışmalar olmuşdur. Onun məhkəməyə təqdim etdiyi həmin yazışmalarda ağ fon altındakı yazıları o, yaşıl fon altındakı yazıları isə Ayna yazmışdır. Zöhrə və Ayna bir neçə gün sonra servanta baxanda orada iddiaçının əvvəllər içərisində qızıl-zinət əşyalarını saxladığı qutunun olmadığını görmüş, buna görə də sonuncunun 04 yanvar 2022-ci il tarixdə yaşadıqları evdən gedərkən həmin qutunu içərisində saxladığı, özünə məxsus olmuş, çəkisi 3,6 qram olan 1 cüt qızıl sırğa və çəkisi 4,8 qram olan 1 ədəd brilyant qaşlı qızıl üzük, Zöhrənin onun uşaqlarına hədiyyə etdiyi qızıl-zinət əşyaları və xəstə olan uşağına görə pensiya məbləğinin köçürüldüyü plastik kartla birlikdə özü ilə götürüb apardığını bilmişlər. Cavabdehin Müşviqabad qəsəbəsində yaşadığı evdə iddiaçıya məxsus, dəyəri 440,80 manat olan 1 ədəd şifoner, dəyəri 243,20 manat olan 1 ədəd 2 nəfərlik taxt, dəyəri 121,60 manat olan 1 ədəd termo, dəyəri 494 manat olan 1 ədəd servant, dəyəri 212,80 manat olan 1 ədəd stol-stul dəsti, dəyəri 425,60 manat olan 1 ədəd künc divanı, dəyəri 84 manat olan 1 ədəd tozsoran, dəyəri 38,50 manat olan 1 ədəd üçgözlü lüstr, dəyəri 98,80 manat olan 2 ədəd pərdə, dəyəri 68,40 manat olan 2 ədəd yorğan, dəyəri 53,20 manat olan 2 ədəd döşək, dəyəri 41,80 manat olan 1 ədəd iki nəfərlik taxt döşəyi, dəyəri 49,40 manat olan 1 ədəd iki nəfərlik taxt yorğanı, dəyəri 82,08 manat olan 6 ədəd yastıq, dəyəri 50,16 manat olan 3 ədəd yataq örtüyü, dəyəri 54,72 manat olan 4 ədəd yataq dəsti, dəyəri 16,72 manat olan 1 ədəd yay yorğan, birinin dəyəri 85 manat, ümumi dəyəri 170 manat olan 2 ədəd 6 nəfərlik yemək dəsti, dəyəri 65 manat olan 1 ədəd qaşıq-çəngəl dəsti, birinin dəyəri 160 manat, ümumi dəyəri 320 manat olan 2 ədəd qazan dəsti, dəyəri 24 manat olan 1 ədəd 12 nəfərlik stəkan-nəlbəki dəstindən ibarət cehiz əşyalarının qalmasını etiraf edir. O, məhkəməyə buna dair Ayna tərəfindən çəkilmiş videogörüntü və fotoşəkillər, tərtib edilmiş siyahını təqdim etmişdir. Həmin siyahıda iddiaçının iddia etdiyi, əvvəllər cavabdehlə yaşadığı, Müşviqabad qəsəbəsində yerləşən evə cehiz əmlak kimi gətirmədiyi əşyalar qarşısından mənfi işarəsi, cehiz əmlak kimi gətirdiyi və hazırda orada mövcud olan əşyaları isə təsdiqedici işarələr qoyulmaqla göstərilmişdir. İddiaçı əvvəllər cavabdehlə yaşadığı, Müşviqabad qəsəbəsində yerləşən evə ətçəkən maşın, stolüstü qaz plitəsi, televizor, soyuducu, paltaryuyan, çörək sobası, beşgözlü lüstr, 12 nəfərlik farfor nəlbəki dəsti, 6 nəfərlik fincan dəstindən ibarət cehiz əşyalarını gətirməmişdir. Həmin evdə göstərilən məişət əşyalarından iddiaçının gəlin köçməsindən əvvəl olmuşdur. Göstərdiklərinə əsasən iddia tələbinin etiraf etdiyi hissədə qismən təmin edilməsini xahiş edir. Cavabdehin nümayəndəsinin iddianı qismən etiraf etməsi onun məhkəməyə müvafiq hissəyə aid təqdim etdiyi videogörüntü, fotoşəkillər və siyahı ilə də təsdiq edilir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin verdiyi vəsatət üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olduğuna görə 04 yanvar 2022-ci il tarixdə Füzuli rayonundan Bakı şəhərinə sərnişin apararkən həmyerlisi Şahin Rzayevin telefon danışığı zamanı ona etdiyi müvafiq xahişi əsasında Şahin Rzayevin Bakı şəhərində yaşayan bacısıgildən qızı Nərgizi və sonuncunun iki nəfər uşağını götürüb X3 rayonunda yaşadığı evə gətirmişdir. Həmin ərəfədə Nərgizin əlində hər hansı əşya, o cümlədən qutu, əlində və ya üzərində hər hansı qızıl-zinət əşyası görməmişdir. Əgər Nərgiz cibinə qızıl-zinət əşyası qoysaydı, bunu görə bilməzdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsinin verdiyi vəsatət üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid2 ifadələrində cavabdehin nümayəndəsinin izahatında göstərdiyi bütün hallarla bağlı sonuncu ilə eyni məzmunda göstərmişlər. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə aşağıdakı halların göstərilməsini zəruri hesab edir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndələrinin verdikləri izahatlar, Şahid3 və Şahid2 şahid qismində verdikləri ifadələr, cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi, 04 və 12 yanvar 2022-ci il tarixlərdə iddiaçı ilə baldızı olmuş Şahid2 arasında “WhatsApp” proqramı vasitəsilə edilmiş yazışmaların məzmunu əsasında müəyyən etmişdir ki, 04 yanvar 2022-ci il tarixdə iddiaçının ünvan 1 ünvanında yerləşən, cavabdehlə yaşadığı evdən uşaqları ilə birlikdə getməsinin səbəbi iddiaçı ilə bir evdə yaşadığı, qayınanası olmuş Şahid3 arasında sonuncu dəfə 03 yanvar 2022-ci il tarixdə və bundan əvvəl isə dəfələrlə baş vermiş mübahisələr olmuş, buna görə də iddiaçı 04 yanvar 2022-ci il tarixdən sonra həmin evə qayıtmaqdan qəti şəkildə imtina etmiş, buna cavab olaraq Şahid2 04 yanvar 2022-ci il tarixdə saat 19:50-də iddiaçıya “Men seni bawa duwurem. Gel herweyivi yig” məzmununda mesaj yazmaqla sonuncunun mövqeyi ilə razılaşmışdır. Məhkəmə mülki işin materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş müvafiq sənədlər əsasında, həmçinin müəyyən etmişdir ki,: - Füzuli Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(064)-681/2022 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 25 mart 2016-cı il tarixdə 3 saylı Bakı “ASAN Xidməti” mərkəzinin qeydiyyat şöbəsində 951 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir (Həmin qətnamənin surətinə əsasən). - İddiaçının iddia ərizəsində cavabdehdən tələb etdiyi çəkisi 3,6 qram olan bir cüt qızıl sırğanın dəyəri 324 manat, çəkisi 4,8 qram olan bir ədəd brilyant qaşlı qızıl üzüyün dəyəri 480 manat, bir ədəd şifonerin dəyəri 440,80 manat, bir ədəd iki nəfərlik taxtın dəyəri 243,20 manat, bir ədəd termonun dəyəri 121,60 manat, bir ədəd servantın dəyəri 494 manat, bir ədəd stol-stul dəstinin dəyəri 212,80 manat, bir ədəd künc divanının dəyəri 425,60 manat, bir ədəd tozsoranın dəyəri 84 manat, bir ədəd ətçəkən maşının dəyəri 45,50 manat, bir ədəd stolüstü qaz plitəsinin dəyəri 31,50 manat, 1 ədəd televizorun dəyəri 392 manat, bir ədəd soyuducunun dəyəri 294 manat, bir ədəd 10 kiloqramlıq paltaryuyanın dəyəri 266 manat, bir ədəd çörək sobasının dəyəri 31,50 manat, bir ədəd üçgözlü lüstrün dəyəri 38,50 manat, bir ədəd beşgözlü lüstrün dəyəri 52,50 manat, 2 ədəd 6 nəfərlik yemək dəstinin birinin dəyəri 85 manat olmaqla, ümumi dəyəri 170 manat, 1 ədəd qaşıq-çəngəl dəstinin dəyəri 65 manat, 2 ədəd qazan dəstinin birinin dəyəri 160 manat olmaqla, ümumi dəyəri 320 manat, 1 ədəd 12 nəfərlik stəkan-nəlbəki dəstinin dəyəri 24 manat, 1 ədəd 12 nəfərlik farfor nəlbəki dəstinin dəyəri 24 manat, dörd ədəd 6 nəfərlik fincan dəstinin birinin dəyəri 18 manat olmaqla, ümum.i dəyəri 72 manat, 2 ədəd pərdənin birinin dəyəri 49,40 manat olmaqla, ümumi dəyəri 98,80 manat, 2 ədəd yorğanın birinin dəyəri 34,20 manat olmaqla, ümumi dəyəri 68,40 manat, 2 ədəd döşəyin birinin dəyəri 26,60 manat olmaqla, ümumi dəyəri 53,20 manat, 1 ədəd iki nəfərlik taxt döşəyinin dəyəri 41,80 manat, 1 ədəd iki nəfərlik taxt yorğanının dəyəri 49,40 manat, 6 ədəd yastığın birinin dəyəri 13,68 manat olmaqla, ümumi dəyəri 82,08 manat, 3 ədəd yataq örtüyünün birinin dəyəri 16,72 manat olmaqla, ümumi dəyəri 50,16 manat, 4 ədəd yataq dəstinin birinin dəyəri 13,68 manat olmaqla, ümumi dəyəri 54,72 manat, 1 ədəd yay yorğanının dəyəri 16,72 manat təşkil edir (Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş 28 iyun 2022-ci il tarixli, 33 nömrəli qiymətləndirmə rəyinə əsasən). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə göstərilən prosessual qanunvericilik normalarına əsaslanaraq, məhkəmə iclasında: - AR-İİ seriyalı, 567528 nömrəli etibarnamə əsasında müvafiq səlahiyyəti olan cavabdehin nümayəndəsinin verdiyi və məhkəmə tərəfindən qəbul edilmiş qismən etirafedici izahatı, Şahid3 və Şahid2 şahid qismində verdikləri ifadələr, cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi videogörüntü, fotoşəkillər və siyahı əsasında sonuncunun cavabdehlə iddiaçı arasında bağlanmış nikahın məhkəmə qaydasında pozulmasından sonra cavabdehin ünvan 1 ünvanında yerləşən yaşadığı evdə iddiaçıya məxsus, dəyəri 440,80 manat olan 1 ədəd şifoner, dəyəri 243,20 manat olan 1 ədəd 2 nəfərlik taxt, dəyəri 121,60 manat olan 1 ədəd termo, dəyəri 494 manat olan 1 ədəd servant, dəyəri 212,80 manat olan 1 ədəd stol-stul dəsti, dəyəri 425,60 manat olan 1 ədəd künc divanı, dəyəri 84 manat olan 1 ədəd tozsoran, dəyəri 38,50 manat olan 1 ədəd üçgözlü lüstr, ümumi dəyəri 98,80 manat olan 2 ədəd pərdə, ümumi dəyəri 68,40 manat olan 2 ədəd yorğan, ümumi dəyəri 53,20 manat olan 2 ədəd döşək, dəyəri 41,80 manat olan 1 ədəd iki nəfərlik taxt döşəyi, dəyəri 49,40 manat olan 1 ədəd iki nəfərlik taxt yorğanı, ümumi dəyəri 82,08 manat olan 6 ədəd yastıq, ümumi dəyəri 50,16 manat olan 3 ədəd yataq örtüyü, ümumi dəyəri 54,72 manat olan 4 ədəd yataq dəsti, dəyəri 16,72 manat olan 1 ədəd yay yorğan, ümumi dəyəri 170 manat olan 2 ədəd 6 nəfərlik yemək dəsti, dəyəri 65 manat olan 1 ədəd qaşıq-çəngəl dəsti, ümumi dəyəri 320 manat olan 2 ədəd qazan dəsti, dəyəri 24 manat olan 1 ədəd 12 nəfərlik stəkan-nəlbəki dəstindən ibarət cehiz əşyalarının qaldığını, - iddiaçının verdiyi, məhkəmə tərəfindən qəbul edilmiş etirafedici izahatı, Şahid3 və Şahid2 şahid qismində verdikləri ifadələr əsasında əvvəllər iddiaçının cavabdehlə ünvan 1 ünvanında yerləşən yaşadıqları evdə saxladığı, çəkisi 14 qram olan 1 ədəd brilyant qaşlı qızıl boyunbağı, çəkisi 7 qram olan 1 ədəd qızıl qolbaq, çəkisi 3,8 qram olan 1 ədəd qızıl üzük, çəkisi 4,2 qram olan 1 ədəd qızıl üzük və çəkisi 5,6 qram olan 1 cüt qızıl sırğanın iddiaçı ilə cavabdehin ər-arvad münasibətində yaşadıqları dövrdə 2021-ci ildə iddiaçının razılığı ilə sonuncunun qayınanası olmuş Şahid3 və baldızı olmuş Şahid2 tərəfindən 1100 manat məbləğinə pula satıldığını, həmin pulun iddiaçının dişlərinin müalicəsinə xərcləndiyini müəyyən etmişdir. Bu səbəbdən iddiaçı iddiasının həmin qızıl-zinət əşyalarına aid olan hissədə təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin müəyyən etdiyi həmin hallar tərəflərin mübahisələndirmədikləri işin hallarını və ya işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə cavabdehin nümayəndəsinin mübahisələndirdiyi işin halları ilə bağlı hesab edir ki,: - iddiaçının məhkəmə iclasında verdiyi izahatında yuxarıda göstərilən qızıl-zinət əşyalarına münasibətdə işin faktiki hallarını etiraf etməsi, bundan sonra ağlamaqla təsirli şəkildə bildirdiyi sözlərində qayınanası olmuş Şahid3 ilə arasında dəfələrlə baş vermiş mübahisələr səbəbindən 04 yanvar 2022-ci il tarixdə sonuncunun ünvan 1 ünvanında yerləşən evindən uşaqları ilə birlikdə getdiyi ərəfədə özünə məxsus servantdakı eyni qutuda saxladığı, uşaqlarına aid olan qızıl-zinət əşyalarını götürməsini onların uşaqlarına aid olması ilə, özünə məxsus, çəkisi 3,6 qram olan 1 cüt qızıl sırğa və çəkisi 4,8 qram olan 1 ədəd brilyant qaşlı qızıl üzüyü özü ilə götürməməsini münasibətləri pisləşmiş cavabdehin ailəsi tərəfindən ona hədiyyə edilməsinə görə istəməməsi ilə, həmin qızıl-zinət əşyalarını hazırda cavabdehdən tələb etməsini isə cavabdehlə nikahından doğulmuş və onunla yaşayan uşaqlarının gündəlik xərclərini ödəmək üçün ona lazım olması ilə izah etməsi, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və cavabdehin bacısı Şahid2 ifadələrində iddiaçının 04 yanvar 2022-ci il tarixdə yaşadıqları evdən çıxdığı ərəfədə çəkisi 3,6 qram olan 1 cüt qızıl sırğa və çəkisi 4,8 qram olan 1 ədəd brilyant qaşlı qızıl üzüyünün olmasını etiraf etmələri, servantdan nəsə götürməsini görsələr də, konkret olaraq nə, o cümlədən qızıl-zinət əşyası, eləcə də iddiaçının qızıl-zinət əşyalarını saxladığı qutunu götürməsini görmədiklərini bildirmələri (baxmayaraq ki, həmin şəxslər ifadələrində 04 yanvar 2022-ci il tarixdən bir neçə gün sonra servantda iddiaçının əvvəllər içərisində qızılzinət əşyalarını saxladığı qutunun olmadığını gördüklərini göstərmişlər), məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində 04 yanvar 2022-ci il tarixdə iddiaçını Bakı şəhərindən atasının Füzuli rayonunda yerləşən evinə gətirərkən iddiaçının üzərində hər hansı qızıl-zinət əşyasının olmasını görmədiyini bildirməsi, həmçinin, 04 yanvar 2022-ci il tarixdə saat 19:54-də iddiaçının Şahid2 yazdığı mesajda yaşadığı evdən heç nə götürmədiyini yazması iddiaçının iddia ərizəsi və məhkəmə iclasında verdiyi izahatında 04 yanvar 2022-ci il tarixdə cavabdehlə yaşadığı Müşviqabad qəsəbəsində yerləşən evdən çıxarkən özünə məxsus, çəkisi 3,6 qram olan 1 cüt qızıl sırğa və çəkisi 4,8 qram olan 1 ədəd brilyant qaşlı qızıl üzüyünü özü ilə götürmədiyi barədə irəli sürdüyü dəlilin iş materialları ilə sübut edilməsi ilə bağlı nəticəyə gəlməyə kifayət qədər daxili inam yaratmaqla, əsas verir. - Cavabdehin 2016-cı ildə iddiaçının ünvan 1 ünvanında yaşadığı evə gəlin köçdüyü və orada 04 yanvar 2022-ci il tarixədək, yəni təxminən 6 il ərzində yaşadığı halda, həmin evə iddia ərizəsində göstərdiyi, cavabdehin nümayəndəsinin etiraf etmədiyi, gündəlik məişətdə istifadə edilməsi zəruri olan əşyaları el adəti üzrə cehiz əmlak kimi gətirməməsi inandırıcı hesab edilə bilməz. Məhkəmə bu barədə nəticəyə gələrkən məhkəmə iclasında cavabdehin nümayəndəsinin verdiyi izahatında, Şahid3 və Şahid2 şahid qismində verdikləri ifadələrində iddiaçının iddia ərizəsində göstərdiyi, cavabdehin nümayəndəsinin etiraf etmədiyi, gündəlik məişətdə istifadə edilməsi zəruri olan əşyalardan cavabdehin yaşadığı ünvan 1 ünvanında yerləşən evdə mövcud olduğunu göstərmələrini də nəzərə alır (baxmayaraq ki, onlar həmin evdə göstərilən əşyaların iddiaçının gəlin köçməsindən əvvəl mövcud olmasını bildirmişlər). Məhkəmə yuxarıda işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki,: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Məhkəmə yuxarıda göstərilən, bir-biri ilə qarşılıqlı əlaqə təşkil edən işin müəyyən edilmiş faktiki halları və qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, iş üzrə iddia tələbi 14 qram olan 1 ədəd brilyant qaşlı qızıl boyunbağı, çəkisi 7 qram olan 1 ədəd qızıl qolbaq, çəkisi 3,8 qram olan 1 ədəd qızıl üzük, çəkisi 4,2 qram olan 1 ədəd qızıl üzük və çəkisi 5,6 qram olan 1 cüt qızıl sırğaya aid olan hissələr istisna olmaqla, qalan hissələrdə, yəni qismən təmin edilməlidir. Ona görə ki, iddiaçı iddianın qismən təmin edilməli olan hissələrinə daxil olan qızıl-zinət əşyalarının cavabdehlə nikaha girməsi ilə əlaqədar cavabdehin ailə üzvləri tərəfindən ona hədiyyə edilməsi, cavabdehlə yaşadığı evə gətirdiyi cehiz əşyalarının isə nikaha daxil olanadək ona məxsus olması səbəbindən mülkiyyətçisidir, həmin əmlaklarını cavabdehin qanunsuz sahibliyindən tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.1-ci maddəsinə əsasən mütəxəssislərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş materiallarında olan 24 iyun 2022-ci il tarixli müqavilə və ƏZU seriyalı, 059183 nömrəli kassa mədaxil orderinin qəbzi əsasında müəyyən etmişdir ki, 24 iyun 2022-ci il tarixdə iddiaçı ilə "xxxx" MMC-nin qiymətləndiricisi arasında bağlanmış müqaviləyə əsasən qiymətləndirici iddiaçının təqdim etdiyi qızıl-zinət və cehiz əşyalarının bazar dəyəri əsasında qiymətləndirilməsini öhdəsinə götürmüş, bunun müqabilində iddiaçı qiymətləndiriciyə 185 manat məbləğində pul ödəmişdir. Buna görə də iddiaçının mütəxəssisə ödədiyi həmin məbləğ işə baxılması ilə əlaqədar olan məsrəfə daxildir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli olduğuna görə işə baxılması ilə əlaqədar iddiaçının mütəxəssisə ödədiyi 185 manat məbləğində pulun 100 manatı cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh çəkisi 3,6 qram, dəyəri 324 manat olan bir cüt qızıl sırğa, çəkisi 4,8 qram, dəyəri 480 manat olan bir ədəd brilyant qaşlı qızıl üzük, dəyəri 440,80 manat olan 1 ədəd şifoner, dəyəri 243,20 manat olan 1 ədəd 2 nəfərlik taxt, dəyəri 121,60 manat olan 1 ədəd termo, dəyəri 494 manat olan 1 ədəd servant, dəyəri 212,80 manat olan 1 ədəd stol-stul dəsti, dəyəri 425,60 manat olan 1 ədəd künc divanı, dəyəri 84 manat olan 1 ədəd tozsoran, dəyəri 45,50 manat olan 1 ədəd ətçəkən maşın, dəyəri 31,50 manat olan 1 ədəd stolüstü qaz plitəsi, dəyəri 392 manat olan 1 ədəd televizor, dəyəri 294 manat olan 1 ədəd soyuducu, dəyəri 266 manat olan 1 ədəd 10 kiloqramlıq paltaryuyan, dəyəri 31,50 manat olan 1 ədəd çörək sobası, dəyəri 38,50 manat olan 1 ədəd üçgözlü lüstr, dəyəri 52,50 manat olan 1 ədəd beşgözlü lüstr, birinin dəyəri 85 manat olmaqla, ümumi dəyəri 170 manat olan 2 ədəd 6 nəfərlik yemək dəsti, dəyəri 65 manat olan 1 ədəd qaşıq-çəngəl dəsti, birinin dəyəri 160 manat olmaqla, ümumi dəyəri 320 manat olan 2 ədəd qazan dəsti, dəyəri 24 manat olan 1 ədəd 12 nəfərlik stəkan-nəlbəki dəsti, dəyəri 24 manat olan 1 ədəd 12 nəfərlik farfor nəlbəki dəsti, birinin dəyəri 18 manat olmaqla, ümumi dəyəri 72 manat olan dörd ədəd 6 nəfərlik fincan dəsti, birinin dəyəri 49,40 manat olmaqla, ümumi dəyəri 98,80 manat olan 2 ədəd pərdə, birinin dəyəri 34,20 manat olmaqla, ümumi dəyəri 68,40 manat olan 2 ədəd yorğan, birinin dəyəri 26,60 manat olmaqla, ümumi dəyəri 53,20 manat olan 2 ədəd döşək, dəyəri 41,80 manat olan 1 ədəd iki nəfərlik taxt döşəyi, dəyəri 49,40 manat olan 1 ədəd iki nəfərlik taxt yorğanı, birinin dəyəri 13,68 manat olmaqla, ümumi dəyəri 82,08 manat olan 6 ədəd yastıq, birinin dəyəri 16,72 manat olmaqla, ümumi dəyəri 50,16 manat olan 3 ədəd yataq örtüyü, birinin dəyəri 13,68 manat olmaqla, ümumi dəyəri 54,72 manat olan 4 ədəd yataq dəsti, dəyəri 16,72 manat olan 1 ədəd yay yorğanı naturada və ya bu mümkün olmadıqda, onların dəyərini təşkil etdiyi göstərilən pul məbləğləri alınıb İddiaçı verilsin. İş üzrə əmlakın qiymətləndirilməsi üçün mütəxəssisə ödənilmiş 100,00 manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar