Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-479/2023 13.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı verdiyi “alimentin ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra - cavabdeh) sonuncunun mərhum X2 ilə nikahından doğulmuş 03 sentyabr 2011-ci il təvəllüdlü X5, 10 avqust 2012-ci il təvəllüdlü X8 və 24 iyun 2014-cü il təvəllüdlü X3 Füzuli rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli, 40 nömrəli Sərəncamı əsasında onun qəyyumluğuna verilməsi ilə əlaqədar həmin uşaqları yetkinlik yaşına çatana kimi yanında saxlaması üçün cavabdehdən hər uşaq üçün hər ay 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində və məhkəmənin hazırlıq iclasında verdiyi izahatında tələbini onunla əsaslandırmışdır ki, cavabdehin anasıdır. Cavabdehlə X1 nikahından 03 sentyabr 2011-ci il tarixdə X5, 10 avqust 2012-ci il tarixdə X8 və 24 iyun 2014-cü il tarixdə X6 adlı uşaqları doğulmuşdur. X2 06 mart 2022-ci il tarixdə qəsdən öldürüldükdən sonra cavabdeh başqa qadınla evlənib yeni ailə üzvləri ilə yaşayır, X2 ilə nikahından doğulmuş uşaqlarını saxlamır, həmin uşaqların saxlanması ilə əlaqədar xərclərin ödənilməsində iştirak etmir, uşaqlarına maddi yardım etmir. Göstərdiyi səbəblərdən Füzuli rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli, 40 nömrəli Sərəncamı ilə cavabdehin X2 ilə nikahından doğulmuş üç nəfər uşağı onun qəyyumluğuna verilmiş, o, həmin uşaqların normal yaşaması və bütün ehtiyaclarını təmin edə bilmir. Cavabdeh məhkəmə iclasına vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, gəlməmiş, məhkəməyə bunun səbəbi barədə məlumat verməmişdir. İddiaçı isə məhkəməyə iş üzrə məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsi barədə ərizə təqdim etmişdir. Məhkəmə buna görə də tərəflərin iştirakı olmadan iş üzrə məhkəmə baxışı iclasının keçirilməsini və işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş aşağıda göstərilən sənədlər əsasında müəyyən etmişdir ki,: - cavabdehlə X1 nikahından 03 sentyabr 2011-ci il tarixdə X5, 10 avqust 2012-ci il tarixdə X8 və 24 iyun 2014-cü il tarixdə X6 adlı uşaqları doğulmuşdur (Müvafiq doğum haqqında şəhadətnamələr və şəxsiyyət vəsiqələrinin surətlərinə əsasən). - X1 06 mart 2022-ci il tarixdə ölməsi İmişli regional “ASAN xidmət” mərkəzindəki qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 18 mart 2022-ci il tarixdə 39 nömrə ilə qeyd edilmişdir (AZ-İİ 137671 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən). - Füzuli rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli, 40 nömrəli Sərəncamı ilə cavabdehin X2 ilə nikahından doğulmuş uşaqları - X5, X8 və X6 ata nənələri İddiaçı qəyyumluğuna verilmişdir (Həmin Sərəncamın surətinə əsasən). Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 79.1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment bu Məcəllənin 76-78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir. - 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən qanunvericlik normaları və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdehin mərhum X2 ilə nikahından doğulmuş 03 sentyabr 2011-ci il təvəllüdlü X5, 10 avqust 2012-ci il təvəllüdlü X8 və 24 iyun 2014-cü il təvəllüdlü X3 cavabdehin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1ci maddəsində nəzərdə tutulmuş, uşaqlarını saxlamağa borclu olması ilə bağlı valideynlik vəzifəsini yerinə yetirməməsinə görə Füzuli rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli, 40 nömrəli Sərəncamı əsasında iddiaçının qəyyumluğuna verilmələri, həmin azyaşlı uşaqların saxlanması, sağlamlıq, təhsil, inkişaf, məişət qayğıları ilə əlaqədar xərclərin, onların gündəlik qayğılarının ödənilməsinin iddiaçının üzərinə düşməsindən ibarət iddiaçının diqqətəlayiq mənafeyi nəzərə alınaraq, iddia qismən təmin edilməli, həmin hər üç azyaşlı uşaqların iddiaçının yanında saxlanması üçün iş üzrə iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu 13 fevral 2023-cü il tarixdən başlayaraq cavabdehdən hər ay hər bir uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməli, qətnamə dərhal icra edilməlidir. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə mərhum X1 nikahından doğulmuş 03 sentyabr 2011-ci il təvəllüdlü X5, 10 avqust 2012-ci il təvəllüdlü X8 və 24 iyun 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək İddiaçı yanında saxlanması üçün 13 fevral 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər bir uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(064)-479/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-479/2023
13.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver