Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-489/2025 20.02.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qızıl-zinət tələbinə dair ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açaq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qızıl-zinət tələbinə dair idia ərizə ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən ona məxsus qızılzinət əşyalarının, özləri olmadıqda isə, 10350 manat məbləğində əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 borcunu tam ödədiyini bildirmiş və iddiadan imtina etmişdir. Məhkəmə ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddiaçının iddiadan imtina edilməsinə dair ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinin tələbinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Mülki Prosessual Məcəllənin 191-ci maddəsinə müvafiq olaraq, … iddiadan imtina etmə … bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə … məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmənin qənaətinə görə iddiaçının ərizədən imtina etməsi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinin tələbinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.1-ci maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263,264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qızıl-zinət tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası təsdiq olunsun və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində tərəflər işə baxan Füzuli Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-489/2025
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-489/2025
20.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver