Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-582/2024 28.02.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi ilə, ərizəçi İddiaçı maraqlı şəxs Füzuli Rayon Dövlət Notariat Ofisinə qarşı verdiyi “mirasın qəbul edilmə müddətinin bərpa edilərək, uzadılması” tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlərə Füzuli Rayon Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İddiaçı (bundan sonra - ərizəçi) ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunvericiliklə müəyyən edilmiş buraxılmış müddətin üzürlü sayılaraq uzadılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, ərizəçinin rəsmi qeydə alındığı ünvan Beyləqan rayonu, Mil qəsəbəsidir. Azərbaycan Respublikası MPM-in: -309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. -152.1.3-cü maddəsinin tələbinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə göstərilən qanunvericilik normaları və ərizənin məzmunu ilə bağlı hallara əsaslanaraq hesab edir ki, ərizəçi tərəfindən verilmiş ərizə və ona əlavə olunmuş sənədlər birlikdə ərizəçiyə geri qaytarılmalı və ərizəçiyə ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etməsi izah olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPM-in 263, 264, 266-269cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Ərizəçi İddiaçı maraqlı şəxs Füzuli Rayon Dövlət Notariat Ofisini cəlb etməklə verdiyi “mirasın qəbul edilmə müddətinin bərpa edilərək, uzadılması” tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi İddiaçı rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət etməsi izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-582/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-582/2024
28.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver