Məhkəmə qərarları › İş №2(064)-668/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-668/2023

17.03.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-668/2023 17.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi X1, kreditor İddiaçı borclu Cavabdeh qarşı pul tələbinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq, M Ü Ə Y Y Ə N E T D İ M: Kreditor İddiaçı (bundan sonra - kreditor) borclu Cavabdeh (bundan sonra - borclu) qarşı ərizə ilə məhkəməyə müraciət edərək, borcludan ödənilməmiş borca görə 5500 manat və ödənilmiş dövlət rüsumuna görə 100 manat məbləğində pulun tutulub kreditora ödənilməsinə dair məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in: - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 41-ci maddəsinə əsasən əmr icraatı qaydasında işlərə baxılarkən ərizə bu fəsillə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. - 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 278.4-cü maddəsinə əsasən məhkəmə əmri haqqında ərizə ilə bağlı bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Elektron məhkəmə portalından əldə edilib iş materiallarına əlavə edilmiş məlumatdan görünür ki, borclu Şəki şəhərində qeydiyyatdadır. Məhkəmə göstərilən qanunvericilik normaları və işin müvafiq prosessual halına əsaslanaraq belə nəticəyə gəlir ki, borclu Şəki şəhərində qeydiyyatda olduğuna görə kreditor iş üzrə ərizəni borclunun qeydə alındığı yerin məhkəməsinə verməli idi. Buna görə də həmin ərizə icraata götürülmədən, ona əlavə olunmuş sənədlərlə birlikdə kreditora geri qaytarılmalı, sonuncuya eyni məzmunlu ərizə ilə borclunun qeydə alındığı yerin məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPM-in 35.1, 41, 152.1.3, 263, 264, 266-269 və 278.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Kreditor İddiaçı borclu Cavabdeh qarşı pul tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər kreditora geri qaytarılsın. Kreditor İddiaçı izah edilir ki, eyni məzmunlu ərizə ilə borclunun qeydə alındığı yerin məhkəməsinə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar