Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-744/2023 30.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından dünyaya gəlmiş azyaşlı xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 250 manat, bu günə qədər ödəmədiyi alimentlərə görə isə 3.000 manat sabir pul məbləğində aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2011-ci ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nigahlarından xx.xx.2012-ci il təvəllüdlü X3 adında qızı vardır. Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-1440 2022 saylı qətnaməsi ilə nigahlarına xitam verilmişdir. Faktiki olaraq 2019-cu ilin sentyabr ayından, yəni təqribən 3 il 6 aydır ki, cavabdehlə birgə yaşamırlar. Bu müddət ərzində cavabdeh övladının necə yaşaması ilə maraqlanmamış, onun təlim tərbiyəsi və maddi ehtiyaclarının qarşılanmasına köməklik etməmişdir. O, işləmədiyi üçün qızını saxlamağa çətinlik çəkir. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında: İddiaçı nümayəndəsi atası X4 bildirdi ki, 4 ildən artıqdır ki, iddiaçı qızı G.Hüseynova öz qızı Ümrə ilə onunla birgə yaşayır və bu müddət ərzində cavabdeh-ata Cavabdeh aliment ödəməmişdir. Odur ki, bu müddət ərzində ödənilməli olan 3.000 manat alimentin də cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iddiaçının nümayəndəsini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş: AZ-İİİ № 010819 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2012-ci il tarixdə Füzuli rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-1440/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə Füzuli rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydlər kitabında 32 nömrə ilə qeyd edilmiş nikahın pozulması və tərəflərin birgə nikahlarından doğulmuş azyaşlı xx.xx.2012-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsində göstərilirki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasının 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununda göstərilir ki, 2023-cü il üçün yaşayış minimumu ölkəüzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Аzərbаycаn Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2016-cı il tarixində Qərarında göstərmişdir ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlarla yanaşı, həm də yetkinlik yaşına çatmayan 2012-ci il təvəllüdlü Ümrənin mənafeyini, yəni onun artıq böyüyərək tələbatlarının artmasını, iddiaçının ananın özünün də uşağını saxlamaq vəzifəsinin olmasını və sair diqqətəlayiq halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixdən etibarən azyaşlı xx.xx.2012-ci il təvəllüdlü Ümrənin yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin ödənilməmiş alimentlərə görə 3.000 manatın cavabdehdən tutulması hissəsini rədd edərək bildirir ki, Ailə Məcəlləsinin yuxarıda isnad olunan 100.2-ci maddəsinin tələbinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023cü il tarixdən tutulmalıdır. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2023-cü il tarixdən etibarən azyaşlı xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-744/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-744/2023
30.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver