Məhkəmə qərarları › İş №2(064)-904/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-904/2023

07.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-904/2023 07.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment borcundan azad edilmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı xx.xx.2011-ci il təvəllüdlü X1 üçün 2019-cu ilin avqust ayının 25-dən hesablanmış aliment borcundan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Babayeva (Əliyeva) Sevil Mütəllim qızı ilə ailə quraraq nigahlarını rəsimləşdirmişlər. Onların birgə nigahdan 1 uşaqları anadan olmuşdur. Sonradan birgə yaşaya bilmədiyi üçün məhkəmə qayıdasında boşanmışlar. 2019-cu ilin avqust ayında cavabdeh özünə yeni ailə həyatı qurduğundan 2019-cu ilin avqust ayının 25-dən oğlu X3 onun yanında yaşayır və bütün ehtiyaclarını o, ödəyir. Cavabdehlə ümumi təsərrüfatı birgə idarə etmirlər. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında: İddiaçı bildirdi ki, xx.xx.2011-ci il təvəllüdlü X3 2019-cu ilin avqust ayının 25-dən onunla birgə yaşayır. Lakin buna baxmayaraq icra vərəqəsinə əsasən hazırda 5.280 manat yığılmış aliment borcu var. Odur ki, məhkəməyə müraciət etçək məcburiyyətində qalmış və aliment borcundan azad edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı-ata İddiaçı iştirakı ilə xx.xx.2011-ci il təvəllüdlü X2 fikirləri dinlənilmiş və o, 4 ilə yaxındır ki, atası ilə birgə yaşadığını, onun qayğısı ilə əhatə olunduğunu və bu müddət ərzində anasını görmədiyini bildirmişdir. Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment Cavabdeh xeyrinə tutulmuşdur. Beyləqan rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, borclu İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ödəniş etmiş, yəni 960 manat ödəmiş, 5.280 manat isə ödənilməmiş qalmışdır. Tədqiq edilmiş sənədlərlə müəyyən edilir ki, dörd ildən artıqdır ki, azyaşlı xx.xx.2011-ci il təvəllüdlü Tunar atası İddiaçıla birgə yaşamaqla onun qayğısı və nəvazişi ilə əhatə olunmuş və maddi ehtiyacları atası tərəfindən qarşılanmaqdadır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı-ata məhkəmə qətnaməsi ilə tutulan, lakin faktiki ödənilməyən aliment borcundan azad edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 107.2-ci maddəsində deyilir ki, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı azyaşlı xx.xx.2011-ci il təvəllüdlü X1 üçün məhkəmə qətnaməsi ilə tutulan aliment borclarını ödəməkdən azad edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar